Əsas səhifə > Xəbər > Referendumda qanunsuzluq

Referendumda qanunsuzluq

Press-reliz

93 saylı Bərdə şəhər Seçki Dairəsinin poliklinikada yerləşən məntəqəsinin nümayəndələri 105 saylı peşə məktəbində məskunlaşan məcburi köçkünləri seçkiyə aparmaq məqsədilə avtobusla həmin əraziyə gəliblər. Məcburi köçkünlər siyahıda adlarının olmadığını əsas gətirərək, seçkiyə getmək istəməyiblər. Məntəqə üzvləri bunun önəmli olmadığını, seçkilərdə iştirakın vacib olduğunu desələr də, məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər.
“Qaynar xətt”ə məlumat “Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının Bərdə bürosu tərəfindən daxil olub.

***
Bərdə bürosu 94 saylı DSK-nın 39 saylı məntəqəsi ərazisində sorğu keçirib. Sorğuda 60 nəfər müxtəlif peşə sahibləri iştirak edib və onlar səsvermədə iştirak etmək istəmədiklərini bildiriblər.

***
Masallı bürosundan daxil olan məlumata görə, rayonda referendumun keçirilməsi hiss olunmur. Əhali səsverməyə getmır. Yalnız büdcədən maliyyələşən şəxslər məcburi halda məntəqələrə gətirilir.

***
Şirvan bürosundan verilən məlumata görə, saat 11.00-da əhalinin təxminən 4-6 faizi arasında aktivlik müşahidə olunub. Əsasən büdcə təşkilatlarında çalışanlar səsvermədə iştirak edir.

***
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurası üzvlərinin Suraxanı rayonu 30 saylı DSK-nın məntəqələrində apardığı monitorinqlərdə əhalinin aktivliyi aşağıdakı kimidir:
8 saylı seçki məntəqəsində saat 11.00-11.20 – 12 nəfər; 17 saylı seçki məntəqəsində saat 11.30-11.50 – 9 nəfər; 1 saylı seçki məntəqəsində saat 11.35-12.15 – 3 nəfər; 11 saylı seçki məntəqəsində 12.20-12.40 – 8 nəfər; 15 saylı seçki məntəqəsində 12.50-13.10 – 10 nəfər; 9 saylı seçki məntəqəsində 13.20-13.40 – 18 nəfər.

Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: