Əsas səhifə > Xəbər > R e f e r e n D O O O M M M

R e f e r e n D O O O M M M

Artiq  referendum keçərli sayılır. Mən isə getmədim.  Nə üçün? Çünki əvvəlki təcrübəmdən hər  şeyin qabaqcadan həll olunduğunu bilirəm. 2002-ci ildəki referendumda mən kameraman kimi iştirak etmişdim. 

Həmin gün nələr görmədim ki! Referendum qutulara  möhür vurulmazdan qabaq  imzalı vərəqlərin atılması ilə başlamışdı həmin gün. Daha sonra müşahidəçilər gəlmişdi. Əksəriyyəti müxalifət partiyalarından idi. Bir istədim ki, yaxınlaşıb baş verənləri onlara danışım, nədənsə ürək eləmədim. 11-ci sinifdə oxuyurdum o zaman. Həm də direktorun adamı məni izləyirdi.

Yavaş yavaş insanlar gəlməyə,   səs verməyə başladılar.  Direktor mənə yaxınlaşıb tapşırdı ki, “səs verənlərin üzünü çəkmə ! Bülleteni qutuya salanda əllərini çək bəsdi.  Çəkməyinə əllərini çəkirdim ama üzlər tanış gəlirdi. Bir xeyli keçəndən sonra  dəqiqləşdirdim ki, səs verənlərin bir qismi yenə də gəlib təzədən səs verirdi. Bunu da istədim müşahidəçilərə deyimç amma yenə imkan tapmadım.  Lakin müşahidəçilər də saxtakarları görmüşdü.  Narazılıq elədilər, amma onları da razı salan oldu. Beş on günlük çörək pulu üçün susdular.

Nəysə, bu mənzərədən sonra  heç bir seçkiyə getməmişəm.  Bu referenduma  da getmədim. Çünki referendumda 25%-dən az  insan iştirak etdiyi halda referendum nəticələri sayılmayacaqdı. Keçmişdəkiləri unutmuşdum yəgin. Romantik xəyalara dalmışdım yəgin. Özümü  yuxarıdakılardan ağıllı bilmişdim yəgin. Ama yəgin olan bir  şey var ki,  2002-ci ildən bu yana dəyişən heç nə yox idi. Yox var idi. İnsanların geyimi onların mindiyi maşınlar. Təbii bu təşkilatşılara iddir. Seçicilər isə əvvəlki kimi qalmışdı.

Yəgin ki, mənim keçmişdə təsvir elədiklərimin oxşar senarisi bu referendumdan sonra da  başqalarının dilindən nəql olunacaq. Artıq müəyyən nəticələr var.  Bu yazıdan əvvəl  yazıdan da göründüyü kimi insanları  məcburi şəkildə də referenduma aparıblar. Daha nələrin baş verdiyi də bilinəcək.

Nəticəni səbirsizliklə gözləyənlərə deyim nahaq  yerdən gözləməsinlər. Referendumdakı bütün maddələr qəbul ollunub.  Elə referendumdakı maddələr hazırlandığı günü. Nə tez nə gec.

Advertisements
Kateqoriyalar: Xəbər
  1. Gunay Kerimova
    Mart 21, 2009 tarixində, saat 21:35

    Düz deyirsən Sara. Sadəcə olaraq təəssüflər olsun ki, açıqlaya bilmədiyim məsələlər var, buna görə bir şey edə bilmədim.

  2. Sara
    Mart 21, 2009 tarixində, saat 10:56

    Gunay,

    Paylashdigin uchun teshekkurler, ancaq mence sen daha ciddi movqe numayish etdirib, oz haqqini teleb etmeliydin annan buna qrashi chixsaydi bele, bu birinci sehvin. Ikincisi de ki, sen OZUN bashqasinin adinin altina qol chekmisense, bu ki, lap dehshetdir, sen shuurlu shekilde bunu etmemeliydin, buna beraet qazandirmaq chetindir.
    Men de bir Azerbaycan qizi olaraq, basha dushurem ki, bezen hansisa sert addimlar atmaq xususile de qizlar terefinden chox sert qarshilana biler,vetendash olmaq, vetendashliq haqqini teleb etmeyin cinsi olmadigini dushunurem ve bir de en esasi senin vicdanin!

  3. Gunay Kerimova
    Mart 18, 2009 tarixində, saat 22:39

    Rəşad, narahat olma elə 2002-ci ildə olan hadisələr indi də baş verir. Elə bir dəyişiklik yoxdu. Referendum üçün əvvəl mən səsverməyə getmək istəmədim. Amma sonra gedib referendumda baş verənlərin şahidi olmaq istədim.Saat 11.00-la 12.00 arasında ailəmlə birgə getdik səsverməyə. Biz gedəndə orda məntəqə işçilərindən başqa heç kim yox idi. Nəsə, biz getdik. Qapıda heç bizi yoxlamadılar. Yəni ki, barmağımıza maddə vurub ultrabənövşəyi işıqla yoxlamadılar. Səsvermədəki nəzarətçilər bizi tanıyırdı ancaq salamlaşıb xoş gəlmisiz dedilər:) Şəxsiyyət vəsiqəmizi təqdim etdik və hərəmiz bir səsvermə kabinəsinə girdik ki, səs verək. Hərçənd ki, əvvəldən hansı dəyişikliklər olacaqdısa oxumuşdum. Amma yenə də səs verəndə bir-bir oxudum. Biz səs verə-verə başqa 3-4 nəfər də gəldi. Gələnlər də bir-bir sağ olsunlar hamısı bizim olduğumuz kabinələri açırdılar ki, burda adam var? İndi bu səs-küydə fikri toplayıb səs ver görüm necə verirsən. Nə yazmaq istəyirdimsə səs-küydən çaşırdım. Nəsə axır ki,səs verib kabinədən çıxdım və kağızı qutuya atdım. Getdim nəzarətçilərə dedim ki, səs verdim kağızı verin adımın qarşısına qol çəkim. Sağ olsunlar,bizim yerimizə qol çəkdiklərini dedilər:). Yəqin ki, bizi əziyyətə salmaq istəməyiblər:)Orda istədim deyəm ki, sizin nə haqqınız var mənim yerimə qol çəkəsiniz, heyf ki, anam qoymadı.
    Prezident seçkilərində də başıma bir iş gəlmişdi, getdim səs verməyə (həm də birinci dəfə idi səsverməyə gedirdim deyə həvəslə getmişdim:)). Getdik, mənim adımı kağızda tapmadılar, dedim adım yoxdusa onda səs vermirəm. Dedilər narahat olma, nə fərqi var başqa bir adamın adının qarşısına qol çəkməyi məndən xahiş etdilər. Adı mənim adım, soyadı başqa biri.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: