Əsas səhifə > Xəbər > EYNULLANIN SON SÖZÜ

EYNULLANIN SON SÖZÜ

22039 Mən ilk növbədə vəkillərim İsaxan Aşurova və Aydın Nəzərliyə ehtiramımı bildirmək istəyirəm. Çünki İsaxan Aşurov bu müddət ərzində mənə yaxınlarımı, doğmalarımı əvəz edib. O, böyük vəkildir və böyük insandır. O, mənim qəlbimdə çox yaşayacaq. Aleksandr Umnyaşkinin sözü var: «İsaxan Aşurov bizim keşişimizdir». Bütün jurnalistlərə, qardaşlara, bacılara təşəkkür edirəm. «Gündəlik Azərbaycan»a, «Realnıy Azerbaydjan»a. Valideynlərimdən üzr istəyirəm. Onlara əzab verdim. Elmar Hüseynov deyirdi ki, jurnalist olmaq üçün yetim olmaq lazımdır. Mən düşündüyümü söyləyirdim və riyakarlıq etmirdim. Azərbaycan cəmiyyətini olduğu kimi göstərirdim, təhlil edirdim. Dövlət ittihamçısı, sizə təşəkkür edirəm. Siz mənə çox yüngül cəza verirsiniz. Mən daha ağırını gözləyirdim. MTN-də bir kitabxana var. Orada ədəbiyyatı qaldırdım diktatorlarla bağlı kitablar var. Məsələn, Paraqvayda hər gün bir jurnalist itirdi. Onların sümükləri də tapılmırdı. Amerikanın «Tayms» jurnalının müxbirləri axtarış apardılar. Oranın prezidenti Stressner öldükdən sonra məlum oldu ki, «krokodil» saxlayıb və jurnalistləri həmin «krokodil»lərə yedizdirirmiş. Haiti diktatoru Düvayle hakimiyyətə gələn kimi 7 jurnalisti tutdurdu və redaksiyalarını məhv etdi.

Mən məqaləmə görə tutulmuşam. Çində bir dəfə 1986-cı ildə bir jurnalistə 10 il həbs cəzası verdilər. Onlar bolşevik idilər, Avropa Şurasının üzvü deyildilər.

Mən xahiş edirəm ki, heç olmasa 8-9 il olsun. Biz biabır olmayaq. Mən ilk dəfə internetdə getmiş sözə görə həbs olunmuşam. Dəhşət ondan ibarətdir ki, ikinici belə presedent yoxdur. Əli Həsənov belə bir xəbər yaydı: «ABŞ-da jurnalist həbs olunub». Dövlət sirrini yaydığına görə 4 ay həbs etmişdilər. 10 il narkobarona verirlər. Jurnalistə 10 il həbs cəzası anormal şeydir. Mən razıyam, 8 ildir dincəlmirdim. Bütün jurnalistlərə bunu arzulayıram – belə istirahəti.

Mən neçə dəfə sizdən xahiş etdim ki, «digər region» sözünü yazmamışam orada. «Naxçıvan» sözünü yazmışam. Yenə də «digər region» sözünü təkrar-təkrar deyirsiniz. Qorxursunuz «Naxçıvan» sözündən? Bilirəm, yuxarılar sizə qadağan ediblər bu sözü işlətməyi. Nə qədər saxlamaq olar? Siz ittiham aktında mənim Azərbaycan neftinin nəqlini dayandırmağımı göstərmisiniz. Elə cümləni Baron Münhauzen də işlədə bilməzdi. Yazırlar ki, Eynulla Fətullayev kiçik bir təxribat törətmək istəyirdi. Tutaq ki, dayandırdım, sonra? Azərbaycan biabır olur. Orada istintaq idarəsində mənə deyirlər ki, gül kimi dövlət qurmuşuq. Mehman Şıxəliyev, sən nə vaxt dövlət qurmusan? Bu dövləti quranlar – Fərhad Əliyev o biri zalda mühakimə olunur, Əli İnsanov mühakimə olundu, Sirus Təbrizli yoxdur, ona görə bu dövləti bəyənmirəm. Mənim istintaqım «Buratino»dakı lisa Alisaya və pişik Bazilyonun davasına bənzəyir. Bir adamın üstünə neçə nazirlik düşər? MTN, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, məhkəmələr, Xarici İşlər Nazirliyi. Bir qəzetin tənqidinə dözmürsünüz? Təsəvvür edin ki, bircə o qaldı ki, Səfər Əbiyev tankları çıxarsın və redaksiyanı bombalasınlar. Onu da bacardılar – Üzeyir Cəfərovu başından vurdular. Nə istəyirsiniz? Çıxaq gedək ölkədən? Ramiz Mehdiyevin çıxışı yadınıza düşür? Bizi redaksiyadan çıxaranda o çıxdı Azərbaycan xalqının qabağına, dedi ki, o ofis qəza vəziyyətindədir. Sonra orada bir təşkilat məskunlaşdı. Hitler deyirdi ki, xalqla qadın kimi davranmaq lazımdır. Bunlar uşaq kimi davranırlar. Azərbaycanda 7 jurnalist həbs olunub. Cənab prezident deyir ki, hamı qanun qarşısında bərabərdir. Jurnalist böhtan atır, həbs edirlər. Elmar Məmmədyarov deyir ki, ərizə verməmişəm, amma verib. Onu amma mən məhkəməyə verib həbsə ata bilərəm? Bu yazıqlar yazırlar ki, Cəlal Əliyevin dükanı var – onları həbs edirlər. Amma Cəlal Əliyev jurnalistə ekranda «fahişə» deyir – olar? Bilirəm ki, bu məhkəmə də mənim taleyimi həll etməyəcək. Bu Azərbaycanda bir mütləq-hakim qərar verir. Azərbaycan hara gedir? Çindən danışdım. Ora böyük ölkədir. Düzdür diktaturadır, amma onlar yol seçiblər. Avropa demokratiyasını qəbul etmirlər – riyakarlıq etmirlər. Azərbaycan konkret seçim etsin, bilək. Əgər Avropa demokratiyasını qəbul edərlərsə, yazaq, Çin olacaqlarsa, yenə də bilək. Ayaz Salayev demişkən, daxilə miqrasiya edək. İlham Əliyev deyir ki, Litvadan öyrənirik. Litvada jurnalistə 10 il həbs verirlər? Nə qədər böhtan, iftira olar? Mən ikinci dəfə demədiyim sözə görə həbs olunuram. Avropa Məhkəməsində o işə baxılacaq. Hər yerdə deyirlər ki, erməni diasporu anti-Azərbaycan kompaniyası aparır. Eyni zamanda mənə erməni mövqeyi sırıyıblar. Mənim işim çıxıb Avropa Məhkəməsinə. Orada mən də bəraət alacam, amma ermənilər də alacaq. Onlar istəyirlər e, Eynulla Fətullayevə bəraət. Guya mən demişəm ki, Xocalını azərbaycanlılar edib. Axı mən bəraət alsam, ermənilər də bəraət alacaq. Arzu Abdullayeva daha çox iş aparır, nəinki Xarici İşlər Nazirliyi. O insanın işi alt-üst olacaq. Bir söz də deyim, son sözümü yekunlaşdırıram. Hitler deyirdi ki, məhkəmələr nə üçündür? Hitlerin vaxtında insanlar bəraət aldılar. Siz Azərbaycanda mənə bir insan göstərin, bir siyasətçi, bir jurnalist göstərin ki, bəraət alıb. Deməli bu faşist diktaturasından da betərdir.

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,
  1. ferid njm
    Mart 27, 2009 tarixində, saat 11:48

    Şərhə görə sağol.Amma mən sən dediyin qədər özündənrazi deyiləm,sadəlövhəm.Sadəcə sənin yersiz söhbətlərinə fikir vermirəm buda sənə elə fikir yaratmağa əsas verir ki guya mən tirpaşam hə.yaxşısı məni tanimirsan oxu Vuqar,oyren Vuqar.Akademiklik etmek senin üçün hələ çox amma çox tezdi

  2. Mart 25, 2009 tarixində, saat 20:55

    Maraqlı yazı idi. Eynulla haqqında məlumat bazamı bir qədər də genişləndirdim. Amma konkretlik olsa, daha yaxşı olardı.Sitatalar çoxdur,Fərid bir neçə sitatı redaktə etsəydin yaxşı olardı. Uğurlar!!!!!!!!!!!!!! Sadə olmağa çalış. Vəssalam

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: