Əsas səhifə > Maraqlı, Siyasi, Sosial, Xəbər > NEFT SƏLTƏNƏTİNDƏ DİLƏNÇİLİK

NEFT SƏLTƏNƏTİNDƏ DİLƏNÇİLİK

,,AZƏRBAYCAN : XƏZƏRIN ŞƏRQ SAHILINDƏ YERLƏŞƏN ƏMIRLIK,,

,,LE MONDE,,QƏZETI

Neft adlanan təbii sərvət bir çox ölkələri xoşbəxt, bir çoxlarını isə bədbəxt vəziyyətə salıb. Reallıqlar bunu tam şəkildə diqtə edir. Konkret  götürsək bir çox ekspertlərə görə, neft ölkələri iki fərqli qrupa bölünür: Xalqın olan nefti xalqın arasında ədalətli şəkildə paylayan ölkələr, Məs: BƏƏ, SƏUDİYYƏ ƏRƏBISTANI, KÜVEYT, QATAR və s., digərləri isə xalqın olan nefti hakimiyyət təmsilçiləri arasında bölən, yəni neftdən öz diktaturalarını möhkəmlətmək üçün istifadə edən ölkələr, Məs: Səddamın Iraqı, Qəddafinin Liviyası, Nigeriya və BIZIM AZƏRBAYCAN. Bəli, təəcüblənməyə dəyməz. Bu məsələ barədə bir qədər sonra. Ancaq bu iki qrup neft ölkələri ikisi də çox geridə qalmış hesab olunmalıdırlar. Deyə bilərsiniz ki, niyə BƏƏ-də əhali neftin hesabına yağ-bal içində yaşayır. Lakin yaşamasalar ondan yaxşıdılar.

Çünki yerli əhali öz ölkəsində çalışmır, belə götürsək əmək qabilliyətləri sıfıra bərabərdir. Savadsızlığı da bura əlavə etsək əməlli-başlı fiasko. Xarici siyasətdə isə tam surətdə qərbdən: ABŞ-dan asılı olan belə ölkələrin kralları kukla liderlər adlanır. Bu pul hesabına şeyxlər qocalmış futbolçuları ölkələrinə gətirməklə milyonlarla dolları göyə sovururlar. Neftdən öz diktaturasını və ailəsini gücləndirmək  üçün istifadə edən liviyalı M.Qəddafinin oğlu Əl-Səədi Italiyanın klublarını ölkəsinə gətirməklə milyonları boş-boşuna xərcləyir. Gördüyünüz kimi hər iki qrupun ölkələri arasında fərq o qədər də böyük deyil. Indi bu ssenari məmləkətimiz Azərbaycanda həyata keçirilir. Azərbaycan dilində doğru-dürüst danışa bilməyən, hansısa millətin nümayəndəsini azəri kimi millətə sırıyıb milyonlarla dollara düşük-düşük yarışlar keçirilir. Halbuki bu pullar hesabına neçə-neçə kasıbın uşağının qarnını doydura bilər, əməlli-başlı onlara şərait yaradıla bilər. Neftdən gələn milyonlarla  dollarlar bu gün klanın cibinə axir. ,,Fantastik,, dərəcədə inkişaf edən ölkənin  iki milyon əhalisi Rusiyada kartof-soğan satmaz, regionlardan əhali Bakıya axışmaz. Qarşınızda uşaq yoxdu ,,şanlı iqtidarımızın,, məddah, yaltaq texnoloqları. Hər gün efirdə yalan-yalan danışmaqla xalqın zəhləsini az tökün, yaxşımı. Xalqın gözü tərəzidi. Bir vaxtlar kommunist andı içənlər, başlarının üstündə Leninin portretlərini gəzdirənlər indi azərbaycançılıqdan danışırlar. Allahsız toplumundan çıxanlar indi müsəlmançılıqdan danışır. Tülkü Həccə gedir misalı kimi. Materialist təffəkkürlü insanlardı indi dövlətimizin başındakılar. Bütləriniz üçün artıq ölkədə yer qalmayıb. Yaxşısı xarici ölkələrə bir neçə kub metr qaz, bir neçə barel neft verməklə gözəl heykəl yeri, küçə sifariş verin. Diktaturaların ən böyük dayağı isə ordu və polis olur. O ordu ki, Türkiyədə yalnız xalqın yanında olan ordu. Bu yaxınlarda polis bayramı günündə prezident I.ƏLIYEV 2003-2005-ci illərin prezident və parlament seçkilərində xalqa qarşı amansız davranan polis işçilərinin şəxsən onun tərəfindən əl dəyilməməsi tapşırığı verildiyini bildirdi. Hər şey çılpaqlığı ilə ortadadı. Bir də klanın yuxarısından aşağısına kimi hamı beynəlxalq təşkilatları ermənipərəstlikdə suçlayır. Hansı təşkilatdı ermənipərəst. BMT-di dörd qətnamə çıxarıb ki, ermənilər QARABAĞI TƏRK ETSINLƏR, yoxsa AŞPA-dı erməniləri işğalçı kimi tanıyırlar. Ermənipərəst sizsiniz ki, QARABAĞI ALANLARLA BIR MASA ARXASINA ƏYLƏŞMISINIZ. Nə sülh yolu  ilə, nə də müharibə vasitəsilə o torpaqları ala bilməyəcəksiniz. Mümkün deyil, demokratikləşməlisiniz. Kim oğlunu müharibəyə göndərəcək, yalnız yazıq kasıb. Nazir, deputatların gül balaları isə Allah bilir harda kefdə-damaqda olacaqlar. Geri qafalıqla heç yerə gedə bilməyəcəksiniz o qədər, bunu yaxşı bilin. ,,SƏRHƏDSIZ REPORTYORLAR,, I.ƏLIYEV-ə mətbuatın düşmənləri sırasında, diktatorların arasında yer verdi. Ancaq rejimin təbliğat naziri, MK-nin Geppelsi E.Həsənov təşkilatın sədri ROBERT MENARI ermənipərəst adlandırdı. Absurd və gülünc səslənir. Deyəsən Absurdistanda yaşadığımı unuduram. Neyləməlidilər ki, E.Hüseynovun qatillərini tapmaq baxımından heç nə etməmisiniz, yeddi jurnalist həbsdədi, neçə qəzetin fəalliyətini rəsmən dayandırmısınız, arvad kimi jurnalistləri döyüb, çadranızı başınıza çəkib gizlənirsiniz. Neyləməlidilər ki, özünü demokrat adlandıran Buş kimi neftinizdən dadıb sizi demokratiyanın beşiyi elan etmələrinimi? Neftin iyi sizi bihuş edib, ayılın, artıq reallıqları görün, gələcəyimiz dediyiniz körpə uşaqlar təkər qaraltmaqdan qapqara olublar. Cənnət ayaqları altında olan analar, qoca nənələr daşların üstündə gecə-gündüz tum satmaqla məşğul olurlar. Utanmadan da demokratiya haqda kitab buraxırlar. Budur sizin inkişafınız? O inkişafı özünüzə və xarici havadarlarınıza saxlayın. Xalqı artıq kor, şil-şikəst etmisiniz. Zombi, qavros, manqurt, yaltaq yetişdirirsiniz. TƏBRIKLƏR. 1990-cı illərdəki azərilərlə indiki arasında yerlə-göy qədər fərq var. Indiki xalqı topal etmisiniz. Nə istəyirsiniz, onu da edirsiniz. Bahalaşmanı islahat kimi sırıyırsınız. ƏHSƏN. Xalqda günah çoxdu. Yusif Sərracı devirən xalq Şah Abbas kimilərini nədənsə çox sevir. Bura ABSURDISTANDI. Bir ölkədə şəxsiyyət vəsiqəsini almaq üçün rüşvət verirsən, o ölkədən danışmağa dəyməz. I.Hegelin bir sitatını vurğulamamaq olmur: ,,Hər xalq öz hakimiyyətinə layiq olur,, Gözləri doymur bunların. Əməlli-başlı dilənirlər bu rejimin məmurcuqları: başdan-ayağa kimi. Yəni balıq başından iyləndiyi kimi. MILYONÇUNUN DILƏNÇI ÖVLADLARIYIQ BIZLƏR, YƏNI AZERBAYCANLILAR. Hələ də kölə, hambal, qul psixologiyasından qurtula bilmirik. Neyləmək olar ümid yalnız ALLAHADI. ALLAH SIZLƏRI QORUSUN, YƏNI VICDANINI, ŞƏRƏFINI PULA, VƏZIFƏYƏ SATMAYANLARI.

Advertisements
Kateqoriyalar: Maraqlı, Siyasi, Sosial, Xəbər Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: