Əsas səhifə > Düşüncə, Sosial, Xəbər > Rüşvət alan binamus deyil rüşvət alandan rüşvət alan binamusdu ! !

Rüşvət alan binamus deyil rüşvət alandan rüşvət alan binamusdu ! !

Bu gün söhbət zamanı belə bir sual verildi ki, nəyə görə rüşvət verən şəxs onu yoxlamaq üçün gələn və ondan pul istəyən şəxsə alçaq, vicdansız, şərəfsiz və sairə yazmağı uyğun saymadığım söyüşlərə layiq görür. Nəticədə hər ikisi də rüşvət alır. Rüşvət almaq şərəfsizlikdirsə rüşvət alan da, rüşvət alandan rüşvət alan da vicdansızdır.

Ama bizim cəmiyyətdə rüşvət alan yox, rüşvət alandan rüşvət alan binamusdur. Bizim özünəməxsus xüsusiyyətlərimizdən daha birisidir. Bəli bu bizik. Əfəlləsən fərasətlisən,  səni əfəlləsələr axmaqsan. Sən döysən cəsursan,  döyülsən lox. Mənə elə gəlir ki, bu xüsusiyət  maldar dədə babalarımızdan bizim  şuuraltına keçən bir  keyfiyyətdir.  Çünki, bu cür tayfalardan oğurlamaq kişiliyin bir xüsusiyyəti sayılıb. Oğurluğa məruz qalan kişi biyabır edilirdi. Baxın bu prinsipin biz azərbaycanlıların şuuraltına işləməsinin səbəbidir ki, insanlarımız bu cür düşünür.  Komandir əsgərdən rüşvət alıb samavolkaya göndərə bilər, digər əsgərlərdən seçib əziyətsiz xidmət etməyini təmin edə bilər, ama hüquqşunas, xüsusi bölmə əməkdaşı ondan rüşvət olanda alçaq olur, özü isə məzlum. Müəllim şagirdlərdən pul yığıb özünə yaxşı bir bayram hədiyyəsi ala bilər, ama onu yoxlamağa gələn jurnalist ondan susmaq üçün pul tələb edəndə jurnmalist olur binamus müəllim isə məzlum. Gəlirlərini gizlədən, işçilərinə layiq olduqlarından aşağı maaş verən idarə rəhbəri olur məzlum ondan rüşvət istəyən vergi işçisi olur əclaf. Qaz, elektrik, su oğurlayan vətəndaş olur məzlum, onun bu fırıldaqlarına görə susması qarşılığında pul istəyən kamunal xidmət işçisi olur binamus.

Bəs neynəməliyik?? Məncə bu cür şuuraltı keyfiyyətlərdən xilas olmalıyıq. Qanunları bilməli, cinayətlərin nə olduğunu dərk etməli. Bütün qayda qanunların bizə də, hət da birinci növbədə biza aid olduğunu dərk etməliyik. İlk öncə özümüz bu qaydalara əməl etməliyik. Sonra ətrafımıza baxmalıyıq. Özümüz qanun poza-poza, cinayət törədə-törədə qanuna əməl olunmasını tələb edə bilərikmi ?

P.S: Rüsvət alan hər  bir kəs, vəzifəsindən və kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunu pozan hər bir vətəndaş, onun kasıb və ya varlıq, fəhlə və ya  məmur olmağından  asılı olmayaraq törətdiyi qanun pozuntusuna  görə günahkardır.  Yazıda  heç bir rüşvətxora, qanun pozuntusu törədənə haqq qazandırılmır :))

Advertisements
  1. Ali Resh
    Mart 13, 2009 tarixində, saat 20:20

    Kamran sənin sözlərində həqiqət var. Rüşvət həmişə olub və olacaq. İnkişaf etmiş ölkələrdə buna bonus, yardım və sairə kimi adlar verirlər. Ama bu rüşvət böyük partiyalar, lobbilər, firmalar ilə dövlət və siyasətçilər arasında olur. Bizim danışdığımız isə sosial həyatda adi insanlar arasında olan rüşvətdir. Bu isə aradan götürülə bilər. Sadəcə istəmək və çalışmaq lazımdır.

  2. kamran
    Mart 13, 2009 tarixində, saat 19:46

    ay Reshad saq ol movzuya gore. menim fikirim rushvet olub, var ve olacaq her bir yerde ! ! bununla mubarize mumkun deyil !

  3. Ali Resh
    Mart 13, 2009 tarixində, saat 00:58

    sözlərində həqiqət var qadası. ama idarəçilərin bezip sistemi dəyişəcəyini düşünmək və yazıdakı düşüncəyə sahib bir cəmiyyətimizdə idarəçilik edən yeni qüvvələrin əvvəlkindən fərqlənəcəyini düşünmək də düzgün deyil. Hər şeydən önəmlisi insanların şuurunun dəyişməyidi. sadə insanların toplumun baxışı dəyişməlidir.

  4. Mart 13, 2009 tarixində, saat 00:12

    NE RUSVET ALAN NE VEREN SHEREFSIZDIR. SHEREFSIZ RUSHVET ALDIRAN VE RUSHVET VERDIREN QURULUSHDUR. DAYAQLARI RUSHVET OLAN IDARE EDICILIKDI. SHEREFSIZ HEC VAXT NETICE OLA BILMEZ. SHEREFSIZ ANCAQ SEBEBDI.

  5. Ali Resh
    Mart 12, 2009 tarixində, saat 23:09

    🙂 kütlə nədir bəs ? fərdlər toplusu. Kütlə olması üçün fərdlərin başlaması lazımdır. iki-üç fərdə baxib daha iki-üç fərd ürəklənib mübarizə aparır və beləcə zamanla kütlə formalaşır. Həm məncə kütlə sözünü işlətməsək yaxşıdır. Ondansa toplum daha yaxşıdır və düzgün anlayış yaradır 🙂

  6. Gunay Kerimova
    Mart 12, 2009 tarixində, saat 22:00

    Bilirsən Rəşad, bizdə bu real olacaq bir iş deyil. Rüşvət o zaman aradan qalxa bilər ki, hamı onunla mübarizə aparsın. Axı rüşvətlə mübarizə aparıram deyən insan özü də həm rüşvət alır, həm rüşvət verir. Rüşvət aradan qaldırmaq üçün 2-3 nəfər kifayət deyil, böyük bir kütlə lazımdı bunun üçün. Elə bir sahə yoxdu ki, rüşvət olmasın. Bu dəqiqə yaxşı vəzifə üçün rüşvət verib keçilir, sonra da verdiyi rüşvətin əvəzində başqalarından rüşvət alınır.

  7. Ali Resh
    Mart 12, 2009 tarixində, saat 21:48

    Ən böykük səhfimiz, rüşvət verməsən işin düzəlmir deyirsən. Budur bəlamız. hami bele dushunur. Ona görə də rüşvət aradan qalxmır. Çox yox iki-üç nəfər rüşvət alan insana qarşı gəlsə, öz hüquqlarını tələb etsə əminəm ki rüşvətxor geri addımlayacaq. bu cür hadisələrin şahidi olmuşam.

  8. Gunay Kerimova
    Mart 12, 2009 tarixində, saat 21:26

    Ay Rəşad, elə bir məsələyə toxunmusan ki, indi hamı bundan şikayət edir, amma hamı da əməl edir:). Yəni demək olar hamı həm rüşvət alan olur, həm rüşvət verən. Sən başqa hansı bir ölkədə görmüsən ki, cinayət hesab edilən rüşvətə “hörmət” adı verilsin. Rüşvət verəni çox da qınamaq olmur, məcburdu, rüşvət verməsə işi yolunda getməyəcək, lazım olan işini həll edə bilməyəcək, başqa yolu qalmır rüşvət verir. Rüşvət alan üçün isə bu elə bir əziyyət deyil, fikirləşir ki, hamı alır mən niyə almayım ki. Azərbaycanda deyiləndə ki, rüşvətlə mübarizə aparılır, sadəcə gülmək tutur adamı. Çünki əgər mübarizə aparılırsa, bəs bu iyrənçlik niyə günü-gündən artır. Hə, iş də elə bundadı da. Demək elə rüşvətlə mübarizə aparmağın özü üçün də rüşvət lazımdı. Düzün bilmək istəyirsənsə Rəşad, mənim heç gümanım yoxdu ki, Azərbaycanda rüşvət yox olacaq nədi, heç olmasa bir az azalacaq. Hərçənd ki, ən son ölən ümiddi:).
    Bax, ehtiyatlı ol, səndən də şübhələnərlər ki, bu yazını rüşvət alıb yazmısan:):):).

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: