Əsas səhifə > Maraqlı, Xəbər > Dünyadakı qəribə qanunlar

Dünyadakı qəribə qanunlar

Çikaqoda nüvə silahını partlatmağın cəzası cəmi 500 dollardır.
Ontariyoda şəhər sərhədləri daxilində xoruzların banlamağı qadağandır.
Koloradoda içki satılan yerlərdə qida maddəsi, qida satılan yerlərdə isə içki satıla bilməz.
Koloradonun Denver şəhərində qonşuya tozsoran vermək qadağandır. Həm də şəhərdə siçanlara pis davranmaq olmaz.
Floridada gözəllik salonunda saç quruducusunun altında yatan qadın və salon sahibinə pul cəzası verilir.
Floridada subay xanım bazar günü paraşütlə atlana bilməzlər. Burada at oğurluğunun cəzası edamdır.

Alabamanın Lee mahalında çərşənbə günləri günəş batdıqdan sonra fıstıq satmaq olmaz.
Alyaskada təyyarədən maral şəkli çəkmək və yatan ayını fotoşəkil çəkmək üçün oyandırmaq qadağandır.
Alyaskanın Faribansk şəhərində marala spirtli içki verməyin cəzası həbsdir.
Arizonada eşşəklərin ləyəndə yatması qadağandır.
Arizonada kaktus kəsməyin cəzası 25 ilə qədər həbsdir.
Haydendə dovşan və qurbağaları narahat edən pulla cəzalandırılır.
Arizonada qırmızı maska taxaraq edilən yüngül cinayət belə ağır cinayət sayılır.
Arizonanın Mohave mahalında sup oğurlayanın cəzası, supu oğrunun başına tökməkdir.
Kaliforniyada hərəkət edən motorlu vasitədən heyvanlara atəş açmaq olmaz. Bu qanunda tək istisna balinalaradır.
Los-Ancelesdə kişinin həyat yoldaşını 5 sm-dən qalın kəmərlə döyməyi qadağandır:).

Fransada donuzlara Napoleon adının qoyulması qadağandır.
Kanadada yağış yağanda çəmənləri sulamaq olmaz.
Çində kollecə getmək istəyənlərin mütləq intellekt səviyyəsi yüksək olmalıdır.
Kanadanın Oşava şəhərində ağaca dırmaşmaq olmaz.
Kanadanın Ottava şəhərində Bank Streetdə bazar günləri dondurma yemək qadağandır.
Kanadanın Toronto şəhərində Yong prospektində ölü atları bazar günü sürümək olmaz.
İtaliyada yubka geyinən kişilər həbs olunur.
Şotlandiyada bazar günləri balıq ovlamaq və inək sahiblərini sərxoş olması qadağandır.
İsveçrədə bazar günü paltar asmaq olmaz.
Avstraliyada uşaqların siqaret almalarına icazə verilmir, amma çəkə bilərlər.
Avstraliyanın Viktoriya şəhərində bazar günləri çəhrayı şalvar geyinmək olmaz.
Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.
Sinqapurda metroda saqqız tapdalayan həbs olunur.
Pensilvaniya ştatında soyuducunun qapısı açıqkən qarşısında yatmaq və duşda mahnı oxumaq olmaz.
Hollivud Bulvarında mindən çox qoyun varsa, avtomobil istifadə etmək qadağandır.
Oklahomada ayaqqabı ilə yatmaq qadağandır.
Los-Ancelesdə şübhəli kürsüsündə ağlamaq olmaz.
İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməyi, evdə içki içmək, birinin arxasından danışmaq və dedi-qodu etmək qeyri-qanunidir.

Atlantada zürafəni telefon dirəyinə bağlamaq olmaz.
Vyominqdə iyun ayında dovşanın fotoşəklini çəkmək olmaz.
Texasda başqa birinin inəyinin südünü içmək olmaz.
San-Antonioda mal oğurlamağın cəzası oğrunu oğurluq etdiyi yerdən asmaqdı.
Missisipidə davar oğurlayanın cəzası asılmaqdır.
Montanada qadın həyat yoldaşına aid olan məktubu aça bilməz.

Vaterlo şəhərində bərbərlərin saat 07.00-dan 19.00-a qədər soğan yemələri qadağandır.
Nevada sizə aid bir məkanda itinizə atəş açan birini asmaq haqqınız var.
Şimali Karolinada fillərin pambıq tarlalarına girməyo qadağandır.
Ohiyoda balıqları sərxoş etmək olmaz.
Nikaraquanın Mataqalpa şəhərində bir kişi həyat yoldaşı tərəfindən aldadıldığını öyrənsə, ondan boşanmaq məcburiyyətindədir. Boşanmasa cəzalana bilər.
Danimarkada avtomobilinin qarşısına at çıxan sürücü maşınını kənara çəkmək məcburiyyətindədir.

Younqstonda yolda avtomobilin benzinin bitməsi qadağandır. Bu, cinayət sayılır.
Macarıstanda birdən çox xanımla evlənmək qadağandır. Bu ölkədə əgər kişi iki qadınla evlənməyə cəhd etsə iksiylə də bir evdə yaşamağa məhkum edilir. Çünki Macar qanununa görə bu, kifayət qədər böyük bir cəzadır.
Seneqalın Dakar şəhərində aldadılan qadının ərini öldürməsinə icazə verilir. Amma əri hansı xanımla aldadıbsa, o xanımı öldürə bilməz, onu üç il qulluqçu işlədə bilər:).

Advertisements
Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,
  1. erida
    Aprel 2, 2009 tarixində, saat 14:31

    yaxwidi cox teriflemeyim goz deyer 🙂 men de birin deyim de Toqo Respublikasinda (Afrika qitesi) kiwi yoldan kecen bir xanima kompliment dese onunla mutleq evlenmelidir 😀 deyirem qizlar belke gedek Toqoya 😀 😀 😀

  2. Gunay Kerimova
    Mart 13, 2009 tarixində, saat 21:09

    Hə Kamran, elə mənim de ən çox xoşuma gələn qanunlardan biri Seneqalin Dakar şəhərindəki qanun oldu:):):)

  3. kamran
    Mart 13, 2009 tarixində, saat 19:52

    ela 🙂 cox maraqli melumatlardi. xisusen Senegalin Dakar weherindeki ganun:)))))

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: