Əsas səhifə
> Maraqlı > DARIXARSAN / ŞEİR
DARIXARSAN / ŞEİR
Həsrət qonar uz-gözunə
Bənzərin olmaz özunə.
Kədər səni yeyə-yeyə
Laqeyd olub hər bir şeyə
Nə danişib nə dinərsən
Yuxulu tək gəzinərsən
Özun də bilmədən elə
Damla olub gilə-gilə
Göz yaşı tək hey axarsan
Məndən ötru darıxarsan.
Bezərsən axırda sən də
Uzdə laqeyid görunsəndə
İcində vicdanın səsi
Gecə-gunduz mələrtisi
Aman verməz, inləyərsən
Məcbur olub dinləyərsən
Xatirədən, boş fikirden
Qurtarmaqçün bəzən birdən
Qaçıb kücəyə cıxarsan
Məndən ötrü darıxarsan.
Xəyalım bir kölgə kimi
Vicdanında ləkə kimi
Gecə-gündüz izlər səni
Hara getsən gözlər səni
Mənə bənzər görüb hərdən
Boğulmamaqçün sən qəhərdən
Yalandan deyib-gulərsən
Nə çəkdiyini bilərsən
Neyləsən də karıxarsan
Məndən ötru darıxarsan.
Axır bir gun daşar səbrin
Dərya kimi coşar səbrin
Od olarsan, alışarsan
Unutmağa çalışarsan
Bacarmazsan gözləsən də
Ürəyinin alovunu gizlədəmməz
Şimşəyə dönüb çaxarsan
Məndən ötrü darıxarsan.
Dərk edərsən öz-özunu
Həm səhvini həm düzünü
Ağıl-ürək savaşında
Bu dövründə, bu yaşında
Qəm dənizində batarsan
Tənhaliğa can atarsan
Fikir verməyib heç bir şeyə
Bəlkə də qayıtdın deyə
Getdiyim yola baxarsan.
Məndən ötru darıxarsan.
Kateqoriyalar: Maraqlı
darıxarsan, şeir
Müəllif Elçinin özüdür 🙂 şadam ki xoşunuza gəldi.
Qeweng weir idi Elchin, sag ol:)
sheire gore saqol, dushundurur.muellifi kimdi?