Əsas səhifə > Maraqlı, Xəbər > Qalstuku ilk dəfə xorvatlar taxıb

Qalstuku ilk dəfə xorvatlar taxıb

Hamı bilir ki, qalstuk kişi geyiminin bir atributu hesab olunur. O, yaxalığın ətrafına dolandırılmış və uzun lentdir. Qədimdə “qalstuk” anlayışı yox idi. Ona bogaz yayligi deyirdiler. İnsanlar bogazlarini soyuqdan qorumaq üçün ipək və yun parçalardan istifadə edirdilər. Amma bu zəiflik əlaməti sayılırdı. Ona görə də insanlar bogazlarini açıq saxlamağa üstünlük verirdilər.

Qalstukun yaranması haqqında iki nəzəriyyə var. Birincilərə görə, boğazlarını ilk dəfə yaylıqla örtənlər romalilar olub. Digər ən inanılan versiyaya görə isə onu ilk dəfə muzdur xorvat əsgərləri bağlayıblar.

Bizim dilimizdə işlənən “qalstuk” sözü rus dilinə almanlardan keçib və mənası “halstuch”, yəni “boğaz yayligi”dır. Oksvordun izahli lüğəti isə təsdiqləyir ki, “cravate” (kravat) sözü “Croat”, yəni “xorvat” sözündən əmələ gəlib.

Indiki qalstukların forması Habsburq İmperiyasına qarşı otuzillik müharibə zamanı meydana çıxıb. Bu müharibədə fransız kralı XIII Lüdovikin tərəfindən muzdur süvari xorvatlar döyüşürdü. Onlar boyunlarinda düyünlənən yayliqlar əgəzdirirdilər. Fransızlar olardan “Bu, nədir?”soruşduqda, xorvatlar elə bilirdilər ki, “sən kimsən?” sualını verirlər. Buna görə də bu suala “xorvat” deyə cavab verirdilər. Çox keçmir ki, xorvatların bu dəbi fransızlara keçir. İngilis və fransız aristokratları da bu cür qalstuklarda görünməyə başladilar.

Artıq XVII əsrin axırları qalstuk kişi qarderobunun vacib elementinə çevrildi. 1827-ci ildə məşhur yazıçı Onore de Balzak “Qalstuk taxma incəsənəti” adli kitab yazir. İlk qalstuklar ətrafi kryjevadan ibarət olan uzun lent idi. Bu qalstukları boyunun ətrafina bir neçə dəfə firladib sinədə düyünləyirdilər. Onların bağlanmasina çox vaxt tələb olunurdu və bu əziyyətli iş idi. Ona görə də qalstukun daha sadə formalarini axtarib tapmağa çalışırdılar.

Dfön ştdükcə qalstukun formalarıni, o cümlədən də düyünləri dəyişdi. Indi qalstuk bağlamağın 85 müxtəlif üsulu var. Qəbul olunun ölçüyə görə, qalstuk 7,5-8 sm olmalıdır.

Advertisements
Kateqoriyalar: Maraqlı, Xəbər
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: