Əsas səhifə > Elmi yeniliklər, Maraqlı, Xəbər > Eynşteyn geri dönür… amma robot olaraq…

Eynşteyn geri dönür… amma robot olaraq…

Alimlər gur bığları, ağ, dağınıq saçları olan, 54 il bundan əvvəl dünyadan köçən Albert Enşteynə çox bənzəyən robot düzəldiblər. Robot Enşteyn hələlik nisbilik nəzəriyyəsi kimi qarışıq mövzulara baş işlətməyə qadir deyil. O, insanların üzünə baxaraq, sevincli, kədərli, incik və s. olduğunu müəyyənləşdirə bilir və ona uyğun reaksiya verir. Robot, əli ilə hərəkətlər edə bilir və başını yelləməyi bacarır. Kaliforniya Universitetinin alimlərinin düzəltdiyi robot 31 mühərrikdən ibarətdir. Onlardan 17-si üz hərəkətlərini etməyə yardımçı olur.
Robotu düzəldən alimlərdən biri, Javier Movellan: “Bu robot bizə insanlar və robotlar arasında həqiqətən bir ünsiyyət olub, ola bilməyəcəyini göstərəcək” deyib.

Nisbilik nəzəriyyəsinin banisi olan Albert Enşteyn 1879-cu il martın 14-də Almaniyada anadan olub. 3 yaşına qədər danışa bilməyən alim alman vətəndaşı olsa da, 1933-cü ildən Amerikaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb. Bir çox Universitetlərdə professor işləyən Enşteyn 1945-ci ildən təqaüdə çıxıb. Nüvə silahının yaradıcısı Albert Enşteyndir. Amma o, nüvə silahından enerji almaq məqsədilə yaradır. Enşteyn, 1945-ci ildə Ruzveltə məktub yazaraq nüvə silahı yarada bildiyini deyir. Alim Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasına görə çox peşman olur və nüvə silahının yaradılması, istifadəsinə qarşı mübarizə aparır.

“Time” jurnalının 1999-ci ildə keçirdiyi sorğuya əsasən Albert Enşteyn “Əsrin adamı” adını alıb. Fiziklər arasında keçirilən sorğuda isə Enşteyn bütün dövr və xalqların ən böyük fiziki seçilib.
Albert Enşteyn 1955-ci il aprelin 18-i Pristonda dünyasını dəyişib.

Advertisements
Kateqoriyalar: Elmi yeniliklər, Maraqlı, Xəbər Etiketlər: ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: