Əsas səhifə > Xəbər > 4 İL ƏVVƏL QƏTLƏ YETİRİLƏN, BU GÜN DƏ ÖLDÜRÜLƏN ELMAR HÜSEYNOV

4 İL ƏVVƏL QƏTLƏ YETİRİLƏN, BU GÜN DƏ ÖLDÜRÜLƏN ELMAR HÜSEYNOV

elmarin qebri

4 il bundan əvvəl Elmar Hüseynov qətlə yetirildi. Müxalifət nümayəndələri qətlin iqtidar tərəfindən törədildiyində israr edirdi və bu gün də israrında qalır. İqtidarımız isə cinayətin üstünü açmaq iqtidarında olduğu deyib, müxalifətin ittihamını üzərindən atacağını demişdi. Geridə qalmış bu 4 il iqtidarın verdiyi sözün çəkisini azaldaraq  müxaliflərin sözlərini sübut edir.
Bəli Elmar 4 il bundan qabaq qətlə yetirildi. Ama əvəzində Elmar yarandı. Bu Elmar azad sözün simvolu oldu. Özünü azad hiss etmək istəyənlərin, sözünü xalqa çatdırmaq istəyənlərin, dövlətin xalqla hesablaşmasını istəyən hər bir kəsin bayrağına çevrildi.


Amma yeni doğan Elmar ilbə-il günbə-gün yenidən ölür. Martın 2-si Müxalif partiya rəhbərləri, jurnalistlər və Elmarın kim olduğunu yaxşı bilənlər onun qəbrini ziyarət etdi. Gördüyüm qədəriylə dövlət Elmara xalqdan daha çox önəm verir. Elmarin qəbrinin ziyarət olunması saat 4-ə təyin olunmuşdu. Biz Niderland Jurnalistika Məktəbin tələbələri(Zərdüşt Əlizadənin rəhbərlik etdiyi bu məktəb jurnalistikanın standartlarının öyrədilməsi və jurnalist peşəkarlığının artırılması üçün kurslar təşkil edir) saat 2-də gəlmişdik. Biz yığışdıqdan sonra bir polis maşını gəldi. Daha sonra 2 oldular. Elmarın qəbrini ziyarət edib qayıdana qədər polis maşınlarının sayı 5 olmuşdu. Polislərin sayı isə 20-yə yaxın idi.
Vəədə yaxın olanda artıq partiya rəhbərlərindən Əli Kərimli, İsa Qəmbər xarici səfirliklərdən ABŞ və Norveç səfirliyinin nümayəndələri, QHT rəhbərlərindən Leyla Yunus, Arif Əliyev və Elmarı sayan və Elmar ideyasını özü üçün rəhbər tutan bütün gənc və peşəkar jurnalistlər toplanmışdı. Görünür hökümətin gözlədiyindən az insan gəlmişdi. Çünki bu 5 polis maşını çox keçmədən yenə 2 oldu. Bax belə, dövlət bizim ictimai şüurumuzu daha yüksək qiymətləndirmişdi.

Mən istərdim ki, peşəsindən asılı olmayaraq azad söz sahibləri, demokratiya istəyən, hökümətin xalq ilə hesablaşmasını istəyən hər bir azərbaycan vətəndaşı Elmar ideyasının yaşaması üçün çalışsın və gücləndirsin. QƏTLƏ YETİRİLMİŞ ELMARI ÖLMƏYƏ QOYMAYAQ, ONU YAŞADAQ ! !

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Ali Resh
    Mart 4, 2009 tarixində, saat 17:57

    Kamran məncə bu cür olmasının səbəbi demokratik anlayışların bizim üçün hələ dəyərə çevrilməməsidir. Bizim dəyərlərimiz Elmarı qəhraman kimi görməyə manə olur. Bu dəyərlərə görə Ramil Səfərovudur qəhrəman. Bu dəyərlər Ramili qəhrəman eləyib azərbaycanlıları dünyaya vəhşi, qəddar xalq kimi tanıtdı. Bəli biz bu cür cinayətkarlarda özümüzü tapa bilirik. Ama Elmarda özümüzü tapa bilmirik. Onun tutduğu yolu başa düşmürük, onun yerinə qoya bilmirik özümüzü. Bax buna görə belə olur

  2. kamran
    Mart 4, 2009 tarixində, saat 14:05

    Reshad gadasi indi shahidi oldun bu milletin ictimai shuurunun derecesine .tutaqki mueyyen tebeqe neise itirmekden gorurxur, mercburi susur. bes ishsiz gezen esas kutle neden goruxub gelmemishdi ??? Elmar meyer onlarin huguglarini goruyaraq ozunu gurban vermedi??? Allah rehmet elesin. amma indi oz oqulunun ailesinin icinde olsa daha yaxshi olardi

  3. nahidqasimzade
    Mart 4, 2009 tarixində, saat 11:08

    elmarin atasinin mustentiqin nece cesaretsiz is aparmasini danisanda, elmarin oldurulmesi soz azadliginin bogulmasini bir daha tesdiq etdi.amma onu oldurenler bilmediler ki, elmarin yolunu davam etdirenler var, ve bu ideyalar daimidir. allah butunmuqeddes ideyalarin qurbanlarina rehmet elesin…

  4. ahmedphoto
    Mart 4, 2009 tarixində, saat 00:05

    Mence ELMARin oldurulmesi ozluyunde facie olsa da, bir yandan Azerbaycan jurnalistikasi, ictimai shuru uchun musbet rolu oldu. O menada ki, ona deyen gulleler ele bil ki, beyinleri silkeledi, qaranliga sonuk de olsa ishiq saldi..Sadece o ishigin choxalmasi uchun ELMAR kimi olmasaq da, ELMARin ideyalarinin dashiyicilari ola bilerik. En azindan oz jurnalistika fealiyyetimizde durust olariq.

    ALLAH REHMET ELESIN!

  5. vuqar07
    Mart 3, 2009 tarixində, saat 22:55

    insallah qatilleri tapilar o rahat olar..hem qatillerin indiye tapilmamagi cox maraqlidi..basqa vaxt arxasinda pul olanda tez tapirlar ama haqq yerini tapanda ort-basdir eliyirler (bunlarda gosterirki unutqaniq herseyi unudub gedirik neceki cox torpaqlarimizi unuttugumuz kimi…)insallah haqq yerini tapar tapilar qatiller..ALLAH BIR DAHA REHMET ELESIN,,MEKANI CENNET OLSUN!! AMIN!!!!!

  6. Zek
    Mart 3, 2009 tarixində, saat 22:34

    her halda jurnalistin oldurulmesi azad soze vurulan en boyuk zerbedir. qatillerin indiye qeder tapilib cezalandirilmamasi ise hokumetin azad soze verdiyi qiymet kimi de deyerlendirilmelidir.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: