Elmar Hüseynovun qətlindən 4 il keçir…
“Məni çox zaman ixtisasca jurnalist olmamağıma görə qınayırlar. Amma burda nə var ki? Mən ixtisasca jurnalist olmasam da, bu sənəti sevirəm. Sevgidən qorxmaq lazım deyil ki?! Elə peşəkarlar var ki, onda sevgi yoxdur. Həvəskar olub bu sənəti sevmək, peşəkar kimi bu sənəti sevməməkdən üstündür” deyən mərhum jurnalist Elmar Hüseynovun qətlindən 4 il keçir. Bu gün Elmar Hüseynovun anım günü idi. Və bu gündə mərhumun ailə üzvləri, jurnalistlər, siyasətçilər, bəzi səfirliklərin və QHT nümayəndələri onun məzarını ziyarət ediblər.
Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonunda yerləşən 234 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. İki illik hərbi xidmətdən sonra (1985-1987-ci illər) jurnalist kimi fəaliyyət göstərib. “Monitor” jurnalının baş redaktoru olub.
Xatırladım ki, Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib.
Çox sağ ol Vüqar fikrin üçün. Hə, tanıdıq səni.
Rejadmaraqli faktlar toplayib Gunay xanim. Men shexsen beyendim yazini.Ugurlar!!!!! Yeqinki meni tanidiz.