Günümüzün qəhrəmanı olmuş hadisə
Bərk qar yağırdı. Əsgərlər yemək yeyə-yeyə yeməkxanadan bayıra baxırdılar. “Görəsən bu qarlı havada da bizi işə aparacaqlar?” deyə düşünürdülər. Yay-qış demədən bizim sərhəd bölgəsindəki əskərlər tez-tez səngər qazmağa, blindaj (post əsgərlərinin yaşadığı yer) tikməyə aparırdılar.
“Nə oldu hazır deyil əsgərlər?” rəisin səsi gəldi. Komandir içəri girib əsgərlərə tələsməyi tapşırdı. Yenə də iş. Qar da onları işdən saxlaya bilmədi. Hər kəs tələsik yeməyə başladı. Əsgər Abbasov qaşığı tullayıb ordunu orduya daş qoyanı güllələməyə başladı. Abbasov el arasında necə deyərlər prikol oğlan idi. Həmişə əsgər yoldaşları ilə zarafat eləyir, onları güldürürdü.
Yeməyi bitirib əsgərlər iş paltarlarını geyinməyə başladılar. Budur maşın da gəldi. Hər kəs maşına doluşdu. Soyuqdan hamı bir-birinə qısılmışdı. Maşın tərpəndi.
Yollar buzlamışdı. Onlar ermənilərə çox yaxın idilər. Yolun qarşıdakı hissəsini erməni PK-çısı (plemyot kalaşnikov) yaxşı görürdü. Yolun sağ tərəfi qayalıq, sol tərəfi isə dərə idi. Ehtiyatlı olmaq lazım idi. Çox ləng getsələr, erməni atəşə tuta bilərdi. Amma tələsmək də olmazdı. Sürücü sonra bu haqda deyir: “Bərk qar yağırdı. 5m qabağı görmürdüm. Erməni postu yaxında olsa da, mən sürəti artırmadım. 10-15 sürət ilə gedirdim.”
Maşının arxasındakı əsgərlər də, çavuşlar da olanlardan xəbərsiz idilər. Şaxta bədənlərinə işləməsin deyə bir-birinə qısılmışdılar. Əsgər Abbasov yenə zarafatından qalmır hər kəsi güldürürdü. O, yaşca hamıdan böyük olduğu üçün zarafatları heç kəsin xətrinə dəymirdi. Elə onlar deyib-güldüyü bir anda maşın silkələndi sakitlik çökdü.
“Elə bir an oldu ki, elə bildim həyat dayanıb, tam qaranlıq oldu, heç nə eşitmədim. Amma onu hiss eləyirdim ki, fırlanıram. Bir qədər sonra özümə gəldim. Maşında heç kəs yox idi” Abbasov deyir.
Abbasov maşının arxasından çıxıb ətrafına baxır. Maşın yoldan sürüşüb dərəyə yuvarlanıb. Dünya başına hərlənirdi. Heç nə düşünə bilmirdi. Yenə ətrafına boylandı. Bircə erməni postu yerləşən təpəni gördü. O, bu postu yaxşı tanıyırdı və burada PK olduğunu da bilirdi. Cəld hərəkət eləməyi qərara aldı. İndi ətrafı daha aydın görürdü. Qar yağmağa davam edirdi. Qar dənəcikləri dayanmadan onun gözünə girirdi. Sanki onun ətrafını görməyini istəmirdi. Abbasov kabinə tərəfə getdi, sürücü içəridə idi. Onu pəncərədən sürüyüb bayıra çıxardı. Sürücünün gözləri açıq idi, amma nə danışır, nə də hərəkət edirdi. Bir neçə dəfə sillə vurandan sonra sürücü bir az özünə gəldi, yerdə oturub üzünü tutdu, başı ağrıyırdı. Qorxudan ayaqları da tutulmuşdu. Abbasov yaxında inilti səsi eşitdi. Səs gələn tərəfə getdi. Bu kiçik çavuş Cabbarov idi. Sifət qan içində idi, danışa bilmirdi. Abbasov onu sakitləsdirməyə çalışdı. Yəqin ki, o, huşunu itirmişdi. Abbasovu görüb huşu özünə qayıtmağa başladı. Üzünü əli ilə silib əllərinə baxdı. Yəqin ağrını hələ hiss eləməmişdi. Qanı görüb qorxdu.
Abbasov: “Ilahi, Cabbarov orada elə bir qışqırmaq qışqırdı. İnsan bilə-bilə elə qışqıra bilməz. Bədənim birtəhər oldu. Heç cür sakitləşmirdi. Erməni yadıma düşdü. Bu dəqiqə PK bizi tutub hamımızı qıra bilərdi. Bir yumruq vurdum sakitləşdi”
Abbasov çavuşun qoltuğuna girib təpəyə, yola tərəf qalxmağa başladı. Təpə yuxarı qalxdıqca digər yoldaşlarını da gördü. Vəziyyət çox pis idi. Bir tərəfdə qolu qırılan, o biri tərəfdə qıçı, iki nəfərin də qarnı kəsilmiş bağırsağı çölə çıxmışdı. Abbasov Əsgər yoldaşlarını bir-biri yuxarı yola çıxartmağa başladı. 17 əsgər və 3 zabiti yola düzdü. Sonra enmə dərəyə düşüb bütün silahları, güllələri yığıb yuxarı qalxırdı ki, maşın dayandığını gördü. Sən demə, onların arxasınca digər bir qrup gəlirmiş. Abbasov yuxarı qalxanda digər qrupun rəisi Abbasovu qucaqlayıb ağlamağa başladı. İndi də o, zabiti sakitləşdirməyə çalışırdı. Qolunun sancdığını hiss elədi. Qoluna baxanda gördü ki, paltarı kəsilib nə isə onun paltarını və qolunu kəsib. Diqqətlə baxanda gördü ki, yara dərindir, onun hətta sümüyü də görünür. Yara ciddi idi, amma o, bu yara ilə 20 nəfəri necə daşıyıb yola düzə bilmişdi? Hər halda möcüzə olmasa da çətin iş idi.
Abbasov deyir: “Allaha şükür heç kimə bir şey olmadı. Heç kəs ölmədi. Həmin anda sanki ermənilər də kor olmuşdu. Bilmirəm, bəlkə də bilərəkdən atmadılar, amma istəsəydilər hamımızı qıra bilərdilər. Yaxşı oldu, şükür şikəst olanımız yoxdur. Amma heyf bu gün həmin uşaqların hərəsini bir bölüyə göndərdilər”
Yuxarıdakı hadisə 100% olmuş hadisədir. Yazıçılıq qabiliyyətim zəif olsa da, istədim bunu sizinlə bölüşüm. İstədim biləsiniz ki, bu gün də bizim aramızdan qəhrəmanlar yetişir.
yuxaridaki shehrde yazdiqim qehreman sozun esl menasinda qehremandi. Babek, koroglu, xetai ve sair. Normal cemiyetde qehremana ehtiyac yoxdu. Chunki cemiyet ozu oz problemlerini hel eleye bilir.
Reshad stajina gore yazin yaxshidi. sen jurnalistikani secibsen, zeif yazicilq gabilliyeti hagda etiraflarin yeri yoxdu ! ! movzun maragli idi gorursen az gala Gunayi agladasan )) her bir cemiyyetin Gehramanlara etiyyaci var
Rəşad, sağ ol ki, bu yazını yazmısan. Düzünü bilmək istəyirsənsə, mən inanmırdım indiki zamanda belə qəhrəmanlar olduğunu. Elə bilirdim qəhrəmanlıq qalıb 90-cı illər və ondan əvvəldə.
Yazının əvvəlini oxuyanda çox pis oldum elə bildim ki, orda yaralananlardan bəziləri dünyalarını dəyişib, sonra oxuyanda ki, sağ qalıblar çox sevindim. Əhmədin fikri ilə tam razıyam, bizim millət üçün keçmişdə də, indi də, hələ bəlkə bundan sonra da qəhrəmanlar ancaq Babək, Koroğlu olaraq qalacaq.
Mən Azərbaycan millətinin bundan sonra da çox qeyrətli, vətənpərvər oğullarının ola biləcəyinə inanıram, sadəcə stimul verən lazımdı.
“Qehremana ehtiyaci olan xalq bedbextdir ! ! ! ” gozel sozdur ama menim deyil 🙂 bizden bedbext xalq var ki ? ?
Ahmed nece bilirsen indiki zaman Babek, Koroglular lazimdi bizim millete?
Eslinde bu tip yazilara metbuatda ehtiyac var. İndi insanlarda ele bir dushunce yaranib ki, indi daha qehreman yoxdu Azerbaycanda…Buna goredi ki, agzin achan qehreman kimi Koroglunun, Babekin adin chekecek. Amma bir sorushsan ki, Babek, Koroglu “kimdi?! ” “nechidi?!” durub uzume baxacaq. Ya da ki, bashlayacaq qishqira-qishqira danishmaga (Choxuna bu suali verirem ele danishir. Chunki arqumenti yoxdu..).
Odur ki, Muellifin de dediyi kimi qehremanlari, ozu de esl qehremanlari gunumuZzde axtarmaq lazimdi…Sagol Ali Resh. Ellerine sagliq