Paulo Koelo – Əlkimyagər
Braziliyalı yazıçı Paulo Koelo 1947-ci ildə mühəndis ailəsində anadan olub. Uzun müddət ailəsi onun yazıçı olmağına qarşı çıxıb. Ailəsinin təzyiqi ilə o, Rio-de-Janeyro Universitetinin hüquq fakültəsinə daxil olur, amma tezliklə təhsili atır və jurnalistika ilə məşğul olmağa başlayır. Yazıçı bir müddət teatr aktyoru kimi də fəaliyyət göstərib. Onun kitablarının ən çox satıldığı ölkələr Fransa, Braziliya, Polşa, İsveçrə, Argentina, Yunanıstan, Xorvatiya və Rusiyadır. Paulo Koelo WordPress və Myspace bloglarında da müxtəlif yazılarla çıxış edir. Yazıçının ilk kitabı “Cəhənnəm arxivləri” olub. Paulo Koelonun ən çox sevilən və oxunan əsərlərindən biri “Əlkimyagər”di. Kitab 1988-ci ildə çap edilib. “Əlkimyagər” XX əsrdə yazılmış ən vacib kitablardan biridir.
Kitab Əndəlüslü çoban oğlan Santyaqonun hekayəsindən bəhs edir. Əsərdə Santyaqo gördüyü yuxunu reallaşdırmaq, xəzinəni tapmaq üçün uzun və çətin yollardan keçməli olur. Kitabı oxuduqca ürəyimizi dinləmək, həyatımızda olan müxtəlif işarələri oxumaq, arzularımızı həyata keçirmək istəyi artır. Yazıçı “Əlkimyagər” əsərini yazmaq üçün 8 il ərzində Quranı oxuyub, öyrənib. “Əlkimyagər” beynəlxalq bestsellerdir. Kitab dünyanın 67 dilinə tərcümə edilib və 2008-ci ilin oktyabrında “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. 117 ölkədə çap edilib, portuqal dilində yazılan kitablar içində ən çox satılan “Əlkimyagər”di. Bugünədək kitabın 30 milyon nüsxəsi satılıb. “Əlkimyagər” Dünya İqtisadi Forumunun “Crystal Award”, Fransanın “Legion d`Honneur” və Böyük Britaniyanın “Nilsen Qızıl Kitab Mükafatı”na və b. layiq görülüb.
Bu kitab Azerbaijanda genish yayilib. Metrolarda da satilir. Ali ve Nino kitab bagazalarinda da var.
Salam bu kitab haqqinda cox esitmisem,Ama hec vaxt oxumaq qismet olmuyub.Zehmet olmasa mene komek edin ki, men bu kitabi elde eliye bilim,satisda var?varsa hardadi?yoxdusada elektron versiyasini nece elde eliye bilerem.
Evvelceden her kese tesekkurler…
Bu kitabı bir neçə dəfə oxumuşam. Ən pis vaxtlarımda… Həmişə də ayağa qaldırıb məni
Eser cox yaxshi, psixoloji tesire malik eserdir. Umumiyyetle hamini daha cox kitab oxumaga, savadlanmaga, dunya gorushunu artirmaga, bosh ve menasiz eylencelerden daha maraqli ve menali meshguliyyetle meshgul olmaga cagiriram.
Salam butun edebiyyetseverlere! men de bu kitabi oxumusam ve cox tesir edib.tebii ki bu kitabin da minuslari ve ya bizim qebul etmek istemediyimiz meqmlari var,onsuz da bu gozel heyatda mutleq hec bir sey yoxdu,yeni her bir gozelin eybi var.
Fikirlərinlə razıyam Rəşad. Alın yazısı haqqında deyim ki, bunu biz yox Allah təyin edir. Heç kim əvvəldən nə baş verəcəyini bilmir. Bizim əlimizdən taleyi dəyişdirmək gəlməz taleyimiz doğulduğumuz gündən yazılır. Tək o qalır ki, doğru yolda olaq.
Kitabı oxudum.
Insana nikbinlik aşılayır. Öz arzu və istəklərinə məqsədlərinə doğru irəliləyərkən qarşılaşdığır uğursuzluqları müsbət yöndə yozmağı və öz yolunda davam eləməyə istiqamətləndirir.
Əsərdə alın yazısı, tale haqqında fikirlər səslənir. Məncə kitabda tale və alın yazısı haqqında söylənən fikirlər doğru deyil. Yazıcı əsərdə taledən qaçmaq alın yazısını dəyişdirməyin mümkünlüyünü təbliğ edir. Halbu ki, alın yazısı dəyişə bilməz.
P.S. Bəzilər aın yazısını dəyişdirmək omlursa onda deməli insan iradəsi xricində yaşayır ? sualını verir. Cavab isə budur ki, Allah zamansız və məkansız olduğu üçün gələcəyi də görür və insanın öz iradəsi ilə yaşadığı həyatı bilir və yazır !!
Rewad bey umumilikde eser xowuma geldi. O eseri oxuyandan sonra ureyimin sesine daha chox qulaq asmaga bawlamiwam, iwarelere bir az inanmiwam. Sade dilde yazilmagi yaxwidi oxuyanda yorulmursan. Bir az inandirici olmayan weyler de var eserde meselen oglanin kulekle, sehrayla daniwmagi ve s. Amma eslinde onun da boyuk menasi var. Mene ele gelir ki, eserde bu hisseler ona gore verilir ki, yeni bir weyi urekden isteyende ve onun olmagina chaliwanda chox zaman olur. Bu kitabi oxumagi meslehet goren hemkarima tewekkur edirem:):):)
Günay xanım şəxsi fikirlərinizi də bilmək istərdim. Əsər haqqında üslub haqqında yanaşma haqqında nə deyə bilərsiz ? 🙂
Siz de chox sag olun Kamran, oxuyub fikir bildirdiyiniz uchun:)
cox saqol Gunay xanim ))movzularin hemesheki kimi savadli, dushunulmush ve maraqlidilar.