Əsas səhifə > Maraqlı, Xəbər > Ey, taksi!

Ey, taksi!

Taksi şəhərdə və ya kənddə yaşamağından asılı olmayaraq, hər bir insana məlumdur. Hər hansı bir yerə gedəndə, işə gecikəndə, kiminləsə görüşə tələsəndə çox zaman taksidən istifadə edirik. O, bir çox iri şəhərlərin imicində xüsusi rol oynayır.
Taksilərin tarixi qədim vaxtlara gedib çıxır. Əvvəllər taksiləri at qoşulmuş arabalar əvəz edirdi. Belə formada olan arabalar 1639-cu ildə Böyük Britaniyada, sonralar isə Fransada görünməyə başladı. Onlara “fiakra”deyilirdi. Bu, bütün dünyada ictimai nəqliyyatın ilk nümunəsi idi. “Fiakra”da sürücü rulun arxasında və arabanın açıq olan hissəsində əyləşirdi. Sürücü havanın şıltaqlığından (yağışdan, qardan və s.) qorunmaq üçün uzun, su keçirməyən dəridən olan plaş geyinirdi. Sərnişin isə arxada, qapalı karetdə otururdu. Bu arabalar açıq rəngi ilə seçilirdi. Sonuncu dəfə at qoşulmuş arabalar Londonda 1947-ci ildə lisenziya alıb. 1867-ci ildə Almaniyanın “Thurn and Taxis” ailə şirkətinin taksiləri hökümətin məktub və ya paketlərini istənilən yerə çatdırırdılar. Şirkət arabaları daha sonra məktub və ya paketlərlə yanaşı, sərnişin də daşımağa başladı. Deyilənə görə, bu cür nəqliyyat vasitəsinə taksi deyilməsi elə bu ailənin soyadı ilə bağlıdır. Fransızca “taxi”, latınca “taxo” – “qiymətini müəyyən edirəm” deməkdir.taxi2_big XIX əsrdə texniki inqilab nəticəsində at arabaları, benzinlə işləyən nəqliyyatla əvəz olundu. Bu cür taksilər ilk dəfə olaraq, 1899-cu ildə Parisdə işləməyə başladı. Londonda belə taksilərdən ilk dəfə 1903-cü ildə istifadə edildi. 1905-ci ildən başlayaraq taksilərə sayğac qoyuldu. Bu isə taksinin nə qədər yol getdiyini hesablayırdı. 12 avqust 1907-ci il Nyu-York küçələrində də taksilər şütüyürdü. Nyu-Yorkda taksilər daha çox mafiyaya xidmət edirdi. Mafiya üzvləri bir yerdən başqa yerə getmək üçün taksilərdən istifadə edərək iz itirməyə nail olurdular. Rusiyada ilk dəfə 1907-ci ildə Sankt-Peterburqda taksilər görünməyə başladı. Yaponiyada taksilər gec tətbiq olunub. Yapon sürücülər işlərini çox yaxşı bacarırlar, onlar həm sərnişinlərin, həm də öz hüquqlarını yaxşı bilirlər. Əllərinə həmişə ağ əlcək taxırlar. Həm də yapon sürücülər yol boyu sərnişinlərlə danışmırlar. Bütün yol boyu səssizlik hökm sürür, bəzən isə bu, çox darıxdırıcı olur. Kaş ki, bizim sürücülərdə bu xüsusiyyətlət olardı

Londonda taksilər qara, Honkonqda 3 rəngdə, əsasən də qırmızı, Yeni Zelandiyada isə yaşıl rəngdə olurdu. Rusiyada taksilərin rənginə o qədər də əhəmiyyət verilmirdi, amma qapılar şahmat formalı xətlərlə bəzənirdi. Nyu-Yorkda isə taksilər sarı rəngdə olurdu. Ümumiyyətlə, bir çox ölkələrdə taksilərin standart rəngi sarıdı. Sarı rəng diqqəti uzaqdan tez cəlb edir və yollarda taksiləri asanlıqla ayırd etmək olar. Bəzi məlumatlara görə isə sarı rəng gəlib-keçən, müvəqqəti olan mənasını verir. Yəni insanlar taksiyə minirlər və lazım olan yerdə də düşürlər.

Advertisements
Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,
  1. Gunay Kerimova
    Mart 1, 2009 tarixində, saat 18:40

    Çox sağ ol Tofiq, təşəkkür edirəm fikirlərin üçün. Sayğac üçün narahat olma, bilirsən ki, biz başqa millətlərə baxıb götürməyi xoşlayırıq, hələ ki, pis cəhətləri götürmüşük, yəqin bir az vaxt keçəndən sonra yaxşıları da götürərik:)

  2. Tofiq SDGT
    Mart 1, 2009 tarixində, saat 00:43

    Yazi super, Gunay hemiseki kimi bol melumatli bir yazi yazib. Usaqlar bizde her rengde taksi olsa da olar,derd orasindadi ki? Londonda 1905-ci ilde taksilere saygac qoyulsa da XXI ‘srin evvelerni yasayan Bakida hele de saygacli taksi yoxdur-men hele rayonlari demirem :)ve ya 😦

  3. ElNur
    Fevral 25, 2009 tarixində, saat 19:47

    Ela yazmisan soz ola bilmez. en azi taxi sozunun kokunu ve tarixini oyrendik. sari rengden xosun gelmirse onsuzda her rengde taksi var. HERE AZERBAiJAN.

  4. Gunay Kerimova
    Fevral 22, 2009 tarixində, saat 22:30

    Ola bilər Kamran. Amma mən uşaqlığımdan taksiləri sarı rəngdə görmüşəm. Əvvəl taksilərin rəngindən xoşum gəlmirdi, çünki sarı rəngdən xoşum gəlmir. Amma indi Azərbaycanda nə rəngdə istəsən taksi var:)

  5. kamran
    Fevral 22, 2009 tarixində, saat 20:34

    Gunay xanim bu yaziniz mene ushaqligimda olan yashil ishigli taksiler i xatirlatdi. siz unudubsuz? bosh taxi olanda gabaq shushesinde yashil ishiq yanirdi 🙂 zelenoglazoe taxi ;D

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: