İşıqforun sarı rəngi əvvəl ağ olub
İşıqforlar əvəllər dəmiryollarının qatarlarını idarə etmək üçün tətbiq edilib. Dəmiryolu idarəsi işıqfor üçün üç rəng nəzərdə tuturdu – qırmızı, yaşıl və ağ. Qırmızı rəng “dayan” mənasını verirdi. Qan rəngi olduğundan qırmızı əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olub. 1830-cu ildə dəmiryolu ilk dəfə fəaliyyətə başlayan zaman, yaşıl “xəbərdarlıq”, ağ rəng isə “getmək” mənasını verirdi.
Bir müddət sonra ağ rəng çox problem yaratmağa başladı. Işıqforun ağ rəngi digər küçə lampaları ilə səhv salınırdı. Daha da pisi bu idi ki, “dayan” mənasını verən qırmızı rəngin işığı yananda ağ rəngin də üzərinə işıq düşürdü. Və bunun da nəticəsində çoxlu qəzalar baş verirdi. Sonralar ağ işıq sarı ilə əvəz olundu. Bundan sonra – qırmızı “dayan”, yaşıl “getmək”, sarı isə “xəbərdarlıq” mənasını verməyə başladı. Sarı ona görə seçildi ki, o, rənglər içində ən gözəçarpan idi.
Nəqliyyat üçün nəzərdə tutulan, ilk işıqforlardan 1868-ci ildə London küçələrində istifadə edilməyə başlanıldı. Avtomobillər çoxaldıqca şəhər yollarında gəzmək problemi yaranırdı. Nəticədə indi görməyə alışdığımız işıqforların bənzəri yaradıldı. Bu işıqfor amerikalı Qarett Auqustus Morqanın ideyası əsasında hazırlanırdı. 1914-cü ildə ilk sınaqlara başlayan Morqan 1923-cü ildə bunun üçün patent aldı.
Morqanın yaratdığı işıqfor “T” hərfinə bənzəyirdi, amma iki rəngi var idi – qırmızı və yaşıl. Çox keçmədi ki, “xəbərdarlıq” mənasını verən sarı da bu işıqfora əlavə edildi.
Məlumat üçün sağ olun.Ancaq DYP-nin işçiləri sarı(xəbərdaredici) işıqda keçəndə cərimə yazırlar.
Bilirsiz Kamran fikrimce iwiqfora mawin suren her bir kesin ehtiyaci var – qara eynekle, ag eynekli, eyneksiz ferqi yoxdu:)
Gunay xanim nece bilirsiz bizim gara eynekli suruculerimizin ishiqfora ehtiyaclari var:D . zarafat edirem. cox saqolun melumat ucun 🙂