Əsas səhifə > Düşüncə, Sosial > Kürənin daxili və xarici.

Kürənin daxili və xarici.

Bu  gün metroda  basırığa düşdüm. Bir hadisənin şahidi oldum.  Vaqonda həddən artıq  adam  var  idi. Onu deyim ki, əllərim göydə qalmışdı. Əlimi aşağı sala  bilmirdim( Əlimin necə yuxarı qalxdığı isə elə də maraqlı deyil 🙂 ). Nə etmək olardı hər kəs işdən çıxıb evinə getmək istəyir.  Stansiyalarda da  insan  cox idi. Boş qatarı gözləyəsi olsan  gərək  saat yarımdan çox  gözləyəsən dözməlisən(civil ölkələrdə yəqin ki, bu cür hallarda metropoliteynin rəhbərliyinə narazılıqlarını bildirərdilər(yazılı şəkildə).  Təsir etməsə dövlət orqanlarına. ama  biz sivil olmadığımız  üçün dözməli idik.  ) Ama bir nəfərin xoşuna  gəlmədi bu basırıq. 40dan yuxarı yaşı  olan bu adam  yanındakının üstünə qışqırdı ki, “bir yerdə diyana  bilmirsən,  niyə o yan buyana  hərəkət edirsən ?  məni narahat edirsən”.

Bu basırıqda  7-8 stansiya  ayaq üstə  getməyin çətinliyi kişinin vecinə deyildi. Onun sərhətdinə keçmişdilər. Bu sərhəd hər bir azərbaycanlının ətrafında  yaratdığı görünməz  kürənin sərhədi idi.  Biz azərbaycanlıların bəlası bu kürədə yaşamağımızdır yəqin. Səhər evdən çıxırsan Məmmədin üzündə təbəssüm var. Nə yaxşı belə svinclidir ? qonşusu Azərə çek gəlib  işıq  pulundan  60 manat.”Bilirsən ə qədər güldüm. Bağırda bağırda aldılar 60 manatı”. Bir neçə gün sonra Məmmədin burnu  yer süpürür. Niyə Məmməd ? ” Eşi görçürsən alçaqlar yalandan çek göndəriblər  güya  nə vaxtsa  100 manat borcum olub verməmişəm. indi ödəməliyəm. Şikayət edəcəm belə də qanunsuzluq olar? “. Ay Məmməd bəs dünüən gülürdün ? ?

Bax  bu bəlanın səbəbi o kürədir. Kürənin daxilində işləyir, pul qazanır yetdiyi qədər xərcləyirik. Kürənin daxilində ailəmiz  və nadir hallarda  bizə yaxın insanlar olur. Kürədən xaircdə başqa  insanlar var, dövlət var, böyükl bir dünya var. Bu dünyada  nə baş verdiyinə baxır ama  görmürük. Yəni mahiyyətini duymuruq. Qanun dəyişir.  Maaşım azalmayacaqkı ? əlavə işlətməyəcəklr  ki ?  yox Prezidentin təkrər  seçilməsini istəyirlər. Əşi eybi yoxdur istəyir qoy seçilsin. Mən prezidetn olası deyiləm ki !

Nə qədər bəla  kürənin çölündədir azərbaycanlı rahatdır. Kürəsinin içindən ətrafdakılara baxıb gülür. Özünü təhülkəsizlikdə hesab edir. Ama  bu kürə maddi deyil təhlükə hər an içəri keçə bilər və keçirdə. Bu dəfə artıq  gülmək olur ? ? Həşir  qopur. Kömək istəyir. Cvab gəlmir. Çunki yardım umduqlrımız da  kürənin içindədirlər. Əvvələr biz  səssizcə təbəssümlə seyr elədiyimiz kimi onlar da  bizi seyr edir və özlərini təhülkəsizlikdə hiss edir.

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,
  1. Ali Resh
    Fevral 19, 2009 tarixində, saat 14:51

    demlei insan oz kuresine qapanib qalmamalidir kurenin xaricindeki probmlemleri de gorum bu problemere qarshi feal olmalidir :))

  2. elnur
    Fevral 19, 2009 tarixində, saat 13:06

    kurenin daxilinde olan problemler ustundekinin tesiridir. ust ne qeder qayqikes, deyerli, demokratik olarsa alt da o qeder problemler olmaz

  3. Gunay Kerimova
    Fevral 18, 2009 tarixində, saat 16:40

    Bizi maraqlandiran daha chox kurenin daxilindekiler olur, amma gerekdir ki, kurenin xaricini de yaddan chixartmayaq. Bezen bilerekden ve ya bilmeyerekden kurenin xarici unudulur. Bu ise bir chox problemlerin yaranmagina sebeb olur.

  4. Ali Resh
    Fevral 18, 2009 tarixində, saat 14:09

    he e kurenin olmasi yaxhsidir. Insan bu kurenin daxilini qoruyur axi. Ama tehluke esaen xaricden gelir. Ya gerek kureden xaricde olanlara bigane olmayasan 🙂 ya da bu kureni xaricde bize tesir edecek uzaql;qa genish tutasan :)))))))

  5. kamran
    Fevral 18, 2009 tarixində, saat 12:23

    eqer insanin oz kuresi varsa bu artiq bir varliqdi, galir yalniz bu varligi goruyub saxlamaq ve nail olmaq ki kurenin icinde heshir gopmasin :D. kurenin daxilini idare etmek mumkun deyil, bu bir cox bizden asili olmayan amillerden ibaretdi. ele here oz efrafindaki kureye cavabdeh olsa umumilikde bir kure topulumu yaranar:D. pis , zeif kureler ele daxilsalar yaxshidi.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: