Şəhər böyüklükdə kənd
Bakı. 2 miliondan çox əhalisi olan bir şəhər. Əslində şəhər böyüklükdə kənd ! Niyə kənd ? deyə soruşa bilərsiz. Bəlkə də heç soruşmazdınız. Bakıdakı vəziyyəti hamı görür. Yeni binalar tikilir, köhnə binalar təmir olunur. Ən bahalı maşınlar alınır. Hətda prototip maşınlar belə sifariş verilir. Neft sağolsun. Neftdən gələn pul sağ olsun ! O pulu yeyən məmur sağ olsun. O məmurun qohumları sağ olsun. Yaxşı neft bu inkişafı verir bəs mədəniyyət ? ? İndi ağıllı baş istəyirəm ki oturub fikirləşsin. Fikirləşsin görək daha nə istehsal edə bilərik ki, onun gəliri ciblərimizə yox beynimizə ruhumuza dolsun, mədəniyyətimizi inkişaf etdirsin.
Mədəniyyətin yaradıcısı və göstəricisi əsasən şəhərlər olur. Bizdə şəhər mədəniyyəti varmı ? Var deyə düşünürsünüzsə özünüzü aldadırsınız ! Yoxdu heç olmayıb da. Bəziləri sovet dövründə şəhər mədəniyyəti var idi deyə etiraz edə bilər. Elədir sə sübut edin. Hanı bu göstəricilər ? Biz evli və subay qadınlara, qızlara, kişilərə və uşaqlara necə müraciət etməliyik onu dəqiqləşdirməmişik. Sadə bir nümunədi. Mədəniyyət var idisə bu ətraf rayonlara da təsir etməliydi. Edibmi ? kimlərə necə təsir edib ?
Hər gün metrodan istifadə edirəm. Min cür sifət görürəm. Bu min cür sifətin daşıyıcılarının hər biri min cür oyundan çıxır. Məni qıcıqlandıran bir hadisə: “28 may” metrostansiyasında gözləyirdim. 17-20 yaş arası 4 gənc mən dayandığım yerə tərfə gəlirdilər. Danışıqlarından görünürdü ki kefləri əladı. Yaxınlıqda qızlar da dayanmışdı. Bu “qaqaşlar” qızların diqqətini çəkmək üçün başladılar şiləşdəyə. Elə bil 4 dost ictimai hama giriblər. yüksək səslə oyun göstərir. qızlarıən ətrafına fırlanıb deyillər : “Ə bə qardash mənim biletimdə yazılıb bu qapıdan girməlisən. Bax gör düzdü ? o biri də həmin oğlanın qolundan yapışıb qızların o biri tərıfinə keçib,”yox ee qardaş sən səhv görmüsən burdan minməlisən “. Bax beləcə qatar gələnə kimi qızların həm də ətrafdakıların zəhləsini tökdülər.
Bu cür hadisələri hər gün görürük. İndi deyə bilərsiz ki bu uşaqlar tərbiyəsizdir ? ? Hardasa haqlısınız ama sizinlə mübahisə də etmək olar. Əgər bu cür insanları öz kəndlərində və ya yaşadıqları yerlərdə müşahidə etsək özünü qanacaqlı, tərbiyəli aparan görərik. Nəyə görə ? ? çünki kənd təfəkkürü var. Tanıdığı bildiyi insana hörmət edir, tanıdığı yaşlılara hörmət edir. Tanımadıqlarını isə heç insan yerinə saymır. Söyüş də söyər əl də qaldırar.
İndi müasir geyimli, türkiyəli tələbələrdən görüb götürmüş, özünü fərqli göstərən gənclər biz mədəniyik deyəcəklər. Çox gözəl. Mədəniyyət geyimdirmi ? Saç düzümüdürmü ? Xarici dildə danışmaqdırmı ? Qoy sizə cavabı şəhər mədəniyyəti olan yerlərdə yaşayan Azərbaycanlı tələbələr versinlər. Özləri və yerli mədəniyyət arasındakı fərqi desinlər.
Kimlərsə deyəcəklər kəntdən gələnlər Bakını pis günə qoyublar ! Yenə yanılırsınız. Çox uzağa getməyək elə Moxkvanın özünə Bakıdan da çox insan axını var. Onlar əsasən erməni,azərbaycanlı, özbək, başqırd və sairə mədəni cəhətdən geridə qalmış xalqın nümayəndələridir. Ama Moskvada bir il yaşayan insan müsbət cəhətdən dəyişir. Özü fərqinə varadan dəyişir. Şəhər mədəniyyətinə tabe olur. Bəlkə də bu mədəniyyətin şərtlərini bəyənmir ama yenə də tabe olur. Zibili yerə atmır. Növbəyə durur və sairə. Görünür biz sovet dövründə sadəcə imitasiya etmişik. Mədəniyyət oynamışıq.
Sözlərimi kəndlilərə təhqir kimi başa düşməynizi istəmirəm. Kəndli və şəhər başqa şeydi. Kəndli olmaq ayıblı deyil. Şəhərlilər də kendən gəlir ama kənd kəntdə qalmalıdır.
Mədəniyyət düşüncə tərzidir. Mədəniyyət insanların bir birinə olan münasibətidir. Mədəniyyət özünü cəmiyyətin bir hissəsi kimi görməkdir. Mədəniyyət məktəblərdir. Mədəniyyət Universitetlərdir Akademiyalardır. Bakıda bunlar(həqiqi mənasında) varmı ? ? Nə vatxa qədər olmayacaq o vaxta qədər Bakı şəhər böyüklükdə kənd olaraq qalacaq !
dehshete gelmek hec ne vermir:) gerek medenilesek, bizde geride qalanlara tesir edek. Bigane olmayaq:)
esilnde bu choox agir bir problemdi ele bir problem ki insan sadece bunu dushundukce dehste gelir
Aileden geldiyi dogrudur. Ama insani cemiyet yetisdirir. Cemiyet her zaman aile terbiyesini sixisdira bilir.
Siz kendli ailesini medeniyyetsiz terbiyetsizdi demek haqsizliq olar. Onlarin verdiyi terbiye natamamdi. Onlarin yashami ictimai deyil. Kendli ailesi ovladina ictimai yerlerde ozunu aparmaq medeniyeti oyrede bilmez. Cunki onun ictimai fealiyeti yoxdu. Fealiyeti kend teserrufati, munasibeti qohum qonsu iledi.
Misallari artira bilerik. Sozumun cani kend medeniyeti terbiyesizlik deyil ama sheherlerde kendleshme felaketdi.
medeniyyet ilk once ailedi. kim ne terbiye alib, oda galacaq axira kimi. insani deyishmek mumkin deyil
Gunay xanim deniz usyan edirde )) baxin ne geder insan batir cimerliklerde.Allah bize sebr versin….
Mədəniyyət – hamının dediyi böyük mənalı söz. Amma gəl gör ki, hər kəs əməl edirmi bu sözə. Hami başqalarından mədəniyyətli olmağı tələb edir. Bəs özü necə başqalarından tələb etdiyi mədəniyyətin nə olduğunu bilirmi və əməl edirmi? Son zamanlar təəssüf ki, mədəniyyət bizdə heç də ürəkaçan deyil – nə metroda, nə avtobusda, nə yolda, nə parklarda, nə təhsil ocaqlarda nə də…. Nə isə bu siyahını nə qədər istəsək artıra bilərik. Gündəlik istifadə etdiyimiz metroda bəzən elə hərəkətlər görüb, sözlər eşidirik ki, onda mədəniyyətdən söhbət belə gedə bilməz. Ona görə də metrodan maksimum dərəcədə az istifadə etməyə çalışıram. Əsasən də metronun – 28 May, 20 Yanvar, Əzizbəyov, Ulduz stansiyalarında çıxmaq istəmirəm çünki özümü inkişafdan geri qalan kənd yerində hiss edirəm. Avtobus sürücüləri bayagı mahnılar qoyurlar və sərnişinin də xoşuna gəldi, ya gəlmədi, zövqünə uyğun oldu, ya olmadı məcbur olur qulaq asmaga. Sürüclər bir-birlərinə elə nalayiq sözlər deyirlər ki, onların yerinə sən utanırsan.
Hara baxırsan hündürmərtəbəli binalar belə getsə dənizi də qurudub yerində yeni bina tikiləcək. Zibil qabları hər yerdə var bəs onda niyə küçələr zibillə dolu olur. Dəniz kənarı parka gəzmək üçün getmək istəyirsən alınmır. Kimin əlinə nə zibil düşür atır dənizə. Yazıq dənizin dili olsa insanların əlindən üsyan edər.