Əsas səhifə > Maraqlı, Xəbər > Bibiheybət məscidi

Bibiheybət məscidi

Bibiheybət məscidi
dsc03380Bakıdan 4-5 km aralıda, düz Xəzər dənizinin sahilində insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidi yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım (ə) zəmanəsinin imamı olsa da çox kasıb olub. Hətta onun evində bir ədəd köhnə, yamaqlı çarşab olduğu üçün namaz vaxtı qızlar növbə gözləmək məcburiyyətində qalıblar. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib.Bu məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz “Bibiheybət” adlanır. Düşmənlərinə xəbər çatmasın deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona “bibi” deyə müraciət edir. Hacı Bədir “Hacı” sözünün 1-ci hərfi “hey” və “bədir” sözünün 1-ci hərfi “bə” adından istifadə edərək Həzrəti Həkimə xanıma “Bibiheybət”, yəni “Heybətin bibisi” deyə müraciət edir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı bütün qalmaqal, dedi-qodu, təqib və zülmlərdən qorumağı bacarır. Hacı bədir öz arzusuyla xanımın məzarının ayaq tərəfində və hündürlük baxımından aşağı səviyyədə dəfn edilib. Bu, onun Həzrəti Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir.
İmamzadələrin adları nə qədər gizli saxlanılsa da, sonradan bu sirr Bakı əhalisinə, Şirvan şahına aşkar olur. Həzrəti Həkimə xanımı tanıyan yaxın çevrəsi bütün olaraq onun ziyarətinə gəlir, biliyindən, mənəviyyatından bəhrələnirdilər. Həzrəti Həkimə xanımın türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan elə bu məzarlıqda öz arzusuyla torpağa tapşırılıb. XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan Xurşudbanu Natəvan da övladı olmadığı üçün ziyarətgaha gəlib və Allahdan övlad diləyib. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkəcəyini əhd edib. Oğlu dünyaya gələndən sonra öz əhdini yerinə yetirən Xurşudbanu Natəvan övladını qolları üstünə alıb çəkdirdiyi yolla ziyarətgaha gəlib. Bu xidmətilə “Xan qızı” Azərbaycanın Yaxın Şərq və qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırıb.
1934-cü ildə bu ziyarətgah dinamitlə partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin müstəqillikdən sonra Bibiheybət məscidi yenidən bərpa olunub. Məscidin bərpasına 1998-ci ildən başlanılıb.
2008-ci ilin iyulun 12-də yenidən qurulmuş Bibiheybət məscidinin açılışı oldu. Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdi. Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub. Məscidin hündürlüyü 5 m-dir və bu ibadətgahda 3000 nəfər eyni vaxtda namaz qıla bilər.
Həmin uşaqların da məzarı Həzrəti Həkimə xanımın məzarı ilə yanaşıdır. Bəzi rəvayətlərə görə, VII İmam Museyi-Kazımın (ə) oğlu İmam Rza (ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirilir. Bu hadisədən sonra, İmamın övladları müqəddəs Mədinə şəhərinə buraxılmır. Bu hadisədən sonra İmamın 3 nəvəsi ilə birgə Həzrəti Həkimə xanım İranın Ənzəli şəhərinə yollanır. Burada Baba Sucəd adlı mömin bir şəxsin vasitəsilə Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar üçün təhlükəsiz hesab edir və xanımı Hacı Bədir Heybət adlı varlı bir dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq bir insan olduğundan, bütün ömrü boyu Həzrəti Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə xanımın vəfatından sonra bu yer pir kimi şöhrət qazanır.

Advertisements
  1. Lale
    Oktyabr 11, 2010 tarixində, saat 20:57

    Cox maragli melumatdir.By megale bashga dillere-ingilis, rus, ereb, fars dillerine tercume olunsa daha cox oxuculara catdirila biler,

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: