Əsas səhifə > Xəbər > REFERENDUMDA TƏKLİF OLUNAN MADDƏLƏR

REFERENDUMDA TƏKLİF OLUNAN MADDƏLƏR

1.

12-ci maddənin I-ci hissəsinə “azadlıqlarının”  sözündən sonra, “Azərbaycan respublikasının vətədaşlarına layiqli həyat səviyyəsinin” sözləri əlavə edilsin.

2.

15-ci maddənin I-ci hissəsinə “əsasında”  sözündən sonra, “sosial yönümlü” sözləri əlavə edilsin.

3.

17-ci maddə “Ailə,  uşaqlar və dövlət” adlandırılsın, maddəyə aşağıdakı məzmunda III-cü, IV-cü, V-ci və VI-cı hissələr əlavə edilsin:” III.  Valideynləri və ya qəyyumları olmayan, valideyn qyağısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.IV.  Uşaqları  onların həyatına, saglamlığın və ya mənəviyyatına təhlükə törədə  bilən fəaliyyətə cəlb etmək qadağandır.V.    15 yaşına çatmamış uşaqlar  işə götürülə bilməz.VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “

4.

18-ci maddənin II hissəsində “dinlərin” sözündən sonra  “(dini cərəyanların)”  sözləri əlavə edilsin.

5.

19-cu maddənin II hissəsində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz  edilsin.95-ci maddənin 15-ci bəndində “Milli” sözü “Mərkəzi” szöü  ilə əvəz edilsin.109-cu maddəinn I hissəsinin 10-cu bəndində “Milli” sözü “Mərkəzi” sözü iləz əvəz edilsin, bəndə aşağıdakı sözlər eləavə edilsin:”Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin təyin edir.”.

ardı . . .

6.

25-ci maddəyə aşıağıdakı məzmunda IV və  V hissələr əlavə edilsin:” IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən  əsasləara görə zərər vura  bilməz, güzəştlər və ya imtiyazlar verə bilməz.V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət  organları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər  hüquqları təmin edilir.”.

7.

29-cu maddəin IV  hissəsindən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılsın.

8.

32-ci maddədə:

II hissənin ikinci cümləsində  “şəxsi həyat” sözləri “şəxsi və ailə həyatına”  sözləri ilə əvəz  edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Hər  kəsin  şəxsi və ailə həyatına qanunsuz  müdaxilədən müdafiə hüququ var.”;

III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Qanunla  müəyyə edilmiş hallar istisna  olmaqla, heç kəs  onun xəbəri olmadan  və ya etirazına  baxmadan  izlənilə bilməz,  video  və foto çəkilişinə, səs yazılışına və bu cür hərəkətlərə məruz  qoyula  bilməz.”;

aşağıdakı məzmunda  V  hissə əlavə edilsin:

“V. Qanunla müəyyən edilmiş hallar istisna  olmaqla, hər kəs  onun haqqında  toplanmış məlumatlarla  tanış  ola  bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, habelə qanun tələbləri  pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.”.

9.

39-cu maddəyə aşağıdakı məzmunda  III və IV hissələr əlavə edilsin:

“III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla  müəyyən edilmiş hədlərdən artıq təhlükə  törədə və ya ziyan vura  bilməz .

IV. Dövlət ekoliji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.”.

10.

48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:

“V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə  (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.”.

11.

50-ci hissəyə aşağıdakı məzmunda III  hissə əlavə edilsin:

“III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya  mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona  cavab vermək hüququna  təminat  verilir.”.

12.

67-ci maddədə:

maddənin adında “ittiham edilənlərin” sözləri “təqsirləndirilən şəxslərin” sözləri ilə, maddənin mətnində “ittiham etdiyi” sözləri “təqsirləndirdiyi” sözü ilə əvəz edilsin;maddənin mövcud mətni  I hissə hesab edilsin,

maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

“II. Cinayət  törədilməsində təqsirləndirilən hər  bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.”.

13.

71-ci maddədə:II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:”Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərin hüquq və azadlıqları ilə məhdudlaşır.”.

Aşağıdakı məzmunda IX v’ X hissələr əlavə edilsin:

“IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.”.

14.

72-ci maddənin I hissəsinə  aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Hər kəsin üzərinə vəzifələr yalnız bu konstitusiya ilə və ya qanunla qoyula bilər.”.

15.

75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

“II. Dövlət rəmzlərinə hörmtəsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”.

16.

84-c2 maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:”Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli məclisinin çağırışının səlahiyyət mddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanlarının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.”.

17.

88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:”IV. Azərbaycan Respublikası Milli Məclisin sessiyalarının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.”.

18.

92-ci maddədə “daimi və başqa” sözləri “komitələr və” sözləri ilə əvəz edilsin.

19.

95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:”20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.”.146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

“IV. Qanunla müəyyən edilmiş hallarda  və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.”.

20.

96-ci maddədə:I hissəyə”Ali Məhkəməsinə” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, “sözləri, II və IV hissələrinə “Ali Məhkəməsinin” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,” sözləri əlavə edilsin;III hissədə “orqanın” sözü “subyektin” sözü ilə əvəz edilsin;

aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin;

“VI. Azərbaycan Respublikasının seçki qeququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar lahiyyələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.”.

21.

101-ci  maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:”V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikasının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.”.

22.

108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:”II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.”.

23.

109-cu maddənin I hissəsində:13-cü bənddə “İcra Aparatını” sözləri “Administrasiyasını” sözü ilə əvəz edilsin;

17-ci bənddə “dövlətərarası beynəlxalq” sözləri “dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökümətlərarası” sözləri ilə əvəz edilsin.

95-ci maddənin I  hissəinin 4-cü bəndində “dövlətlərarası” sözündən sonra “və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası” sözləri əlavə edilsin.

24.

125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:”VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.”.

25.

129-cu maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:”II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.”.

26.

130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:”Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.”.

27.

131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:”III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.”

28.

146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III  hissələr əlavə edilsin:

“I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.”.

29.

149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:

“VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmasına(ona riayət olunmasına) görə məsuliyyətə cəlb edilə bilməz.

Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.”.

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: