Əsas səhifə > Xəbər > Psixoliji test

Psixoliji test

Psixoloji test
Suallara “hə” və ya “yox” cavabı verin
1. Həmsöhbətinə acı cavab verməkdən çəkinirsən ki, onun xətrinə dəyə bilərsən?
(“hə” – 1, “yox” – 0)
2. İşə və ya dərsə gecikəndə otağa səssiscə girirsən ki, səni heç kim görməsin?
(“hə” – 1, “yox” – 0)
3. Qorxub, risk etmədiyin işi dostunun etməsini xahiş edirsən?
(“hə” – 1, “yox” – 0)
4. Oyunda məğlub olmağı bacarırsan?
(“hə” – 1, “yox” – 0)
5. Zarafat etməyi bacarırsan?
(“hə” – 1, “yox” – 0)
6. Birinə elə yalan söyləyə bilərsən ki, o, bunun sayəsində açıb həqiqəti sənə söyləsin?
(“hə” – 1, “yox” – 0)
7. Sənə lazım olan məlumatı yoldaşından köçürəndə, o, bunu hiss edib?
(“hə” – 1, “yox” – 0)
8. İstədiyini əldə etmək üçün mütləq bir yol axtarıb tapırsan?
(“hə” – 1, “yox” – 0)
9. Məcbur olub yalan danışanda üstü tez açılır?
(“hə” – 1, “yox” – 0)
Nəticə:
6 baldan yuxarı: Sən çoxbilmişsən. Elə bir şey yoxdur ki, sənin nəzərindən qaçsın. İstədiyini əldə etmək üçün hiyləyə də əl atırsan. Lakin bu xasiyyətin zamanla səni insanlara qarşı qeyri-səmimi edə bilər. Xasiyyətində bir az dəyişiklik etsən yaxşı olar.
3 baldan-6 bala qədər: Sən çox ağıllısan. Səni heç kim aldada bilməz. Və eyni zamanda yalan danışa bilmirsən. Bu cür xasiyyət insanları sənə yaxınlaşdırır.
3 baldan aşağı: Sən hər şeyə inanan birisən. Səni aldatmaq və hövsələdən çıxartmaq çox asandır. Ona görə də hər zaman dostlarının gülüş obyektinə çevrilirsən.

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Gunay Kerimova
    Mart 1, 2009 tarixində, saat 18:42

    Sən çox ağıllısan. Səni heç kim aldada bilməz. Və eyni zamanda yalan danışa bilmirsən. Bu cür xasiyyət insanları sənə yaxınlaşdırır:):):)

  2. Tofiq SDGT
    Mart 1, 2009 tarixində, saat 00:34

    Gunay teste gore cox sag ol.mende 5 bal oldu.ozun qiymet ver,ne qeder qemimi cavablandirmisam 🙂

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: