Əsas səhifə > Düşüncə, Mədəniyyət, Sosial > Meyxananı kəsib ataq?

Meyxananı kəsib ataq?

Son vaxtlar yaman meyxananın üstünə düşüblər. Elə indicə Azadlıq radiosunda meyxanaçılar haqda verlişə qulaq asdım. Daha öncə meyxana haqda tənqidi yazılar oxumuşam.  Meyxana haqda öz düşüncələrimi  bölüşmək istədim.

Belə demək mümkündürsə müasir  düşüncəli gənclərimiz meyxananın gərəksiz olduğunu  düşünür. Meyxana  primitivliyə, cılızlığa  gətirib çıxarır  kimi fikirlər səslənir.

Məncə meyxana  rep ilə eyni keyfiyyətdə olub. afrikalilar öz dushuncələrini,  sözlərini şeir  şəklinində deyir  kopud musiqi ilə də müşayiət olunurdu. RAP internetdə 3 cür açılışı var “Rythm and  Poetry”, “Rythmic African Poetry” və “Rythmic accompanied Poem” hamisi  Ritmlə deyilən şeir mənasına  gəlir.  Ele meyxana da. Sadecə rep  inkişaf etdi. BU işin içində olanlar  rap ilə yaxşı pul qazana biləcəklərini düşünüb onu daha  qulaq  asası formaya saldılar. Fərqli musiqi çalarları daxil oldu və daha geniş auditoriyaya yayıldı. Bu gün ən çox  dinlənən müsiqi növünə çevrildi. Əslində rapin geniş yayılmasının əsas  səbəblərindən ən önəmlisi  rap vasitəsi ilə qaraların öz etirazını bildirməsi oldu.

Meyxana geri mi qaldı ? Lap qədimdəki kimi nagara ritmi il deyilir. Tək müasirlik sintizatordu. Bəlkə kəsək ataq ??  Tələsməyək.

Meyxana rusların çastushkası ilə də yaxındır. Ama rusların çastuşkaları tənqid etdiyini, bizə lazım deyil dediklərini heç bir tv və radiolardada eşitməmişəm. Nə də  bir saytdan oxumamışam.

Bəs nə üçün  rep və çastuşka xalqı geri salan, onun çılızlaşdıran bir qüvvə deyil  meyxana belə bir qüvvə sayılır.

Maraqlıdır elə deyilmi?  bax  meyxana  məsələsində də sırf azərbaycanlı kimi fikir yürüdürük.   Sərf eləmir?  kəs at !  Düzəldə bilmirsən ? dağıt !

Əvvəla onu deyim ki, azərbaycanın bir parçası olaraq  meyxana çox önəmlidir. Bizim tariximizdəç mədəniyyətimizdə öyünməli, bizi  başqalarından fərqləndirəcək xüsusiyyətlərimiz azdır. Meyxana bunlardan biridir.  Bu bizə mxəsus  bir mədəniyyətdir. Meyxananı silmək, muagmı silmək özümüzü silmək deməkdir. Bir ara  muğamın da  lazımsız  olduğunu deyənlər də var idi.

Bəs meyxana bizə lazımdır ya yox ? geriliyimizin sebeblerinden biri de meyxanadır ?  Bəlkə meyxananın geriliyi  bizim geriliyimizdi ?

Hə meyxana  heç nə vermir deyirlər. Haqlıdırlar. Heç verə də bilməzlər.  Rahat kreslo arxasında  oturan xalq şairləri  nə veriri  ki, onlardan da nə istəyək ?

Meyxana  çox  xeyirli də ola  bilər ! Dunya Azərbaycanlılarına aid, Qrabağa aid, dostluğa aid və sairə mövzularda maraqlı mayxanalara qulaq asmışam. Belələri azdır.  Gərək xalqın bilik səviyyəsi, dünyagörüşü artsın ki, keyfiyyətli mözmunlu məhsul tələb etsin. Həmin xalqın içindən məzmunlu xeyirli meyxana deyənlər formalaşsın ! Nə qədər ki bizim ümumi cəkimiz  yüngül olacaq, yaratdığımız  hər  bir  iş də yüngül olacaq  !

Advertisements
Kateqoriyalar: Düşüncə, Mədəniyyət, Sosial Etiketlər: , ,
  1. Ali Resh
    Oktyabr 21, 2009 tarixində, saat 16:28

    cox gozel :)) istediyin insana ve unsura nifret elemek haqqindir 🙂

  2. alius
    Oktyabr 19, 2009 tarixində, saat 23:18

    Meyxana poxdur ve ele evvelden de axmaglarin musiqisi olub.Ondan ve bu janra hansisa berayet qazandiran insanlardan hemise zehlemim qetmishdir.Ele undide hec ne deyishmeyib.

  3. Ali Resh
    Mart 11, 2009 tarixində, saat 21:37

    Kamran çox şadam ki, sən mənim nə demək istədiyimi tam başa düşmüsən 🙂

  4. kamran
    Mart 11, 2009 tarixində, saat 21:28

    Siz Reshadin yazisini diqqetle oxumusunuz?? o meyxana haqqda sorgu aparir, daha bu gunlerde TV de geden yarish haqqda yox! fergini basha dushursunuz?? Meyxana xalq folklorunun bir novudur.Rep kimi, mugam, klassika,pop musigisi kimi tam mustegil bir bolumdu.illerle xalq terefinde yaradilmish bir istiqametdir ! ! her novun oz heveskarlari ve kritikleri olur.Here oz zovgune uygun secim edir ve neise KESIB ATMAQ OLMAZ! ! !O ki qaldi meyxananin TVde pis formaya dushmesine , bu artiq bashqa movzudu! ! !. bele ki hal hazirda incesenetin her bir novunde esl ustadlari ve qalmaqal ile reytinq qazananlari var. teessuf ki son zamanlar mes qalmaqalla gundeme gelmek asandlashib. dedeqorgud ve doktor ravik kimi 🙂

  5. Elnare
    Mart 11, 2009 tarixində, saat 12:12

    Yazilanlari oxudum….Dogrudu meyxana Azerbaycana id bayagi musiqi novudur, Dedeqorqudun yazdigi werhle tamamile raziyam, duzgun deyil eeee cixib efirde deyiwirler ozudeki chox kobud..Eslinde bir-birlerini alchaldirlar bu da ki hec bir xalqda yoxdu, yalniz Azerbaycanda buna rast gelmey olar…

  6. Ali Resh
    Fevral 7, 2009 tarixində, saat 14:03

    ax x ne qeder asand. repressiya eleyek hamisiniama kimleri ? 🙂 mence televiziya rehberliyini! pul qazanirlar ama pulu xalqa xeyir verəcək formada da qazanmaq olar :)bunun üçün ağıl lazımdır. Bizimkilər isə özlərinə əziyyət vermək istəmirlər.

  7. alius
    Fevral 7, 2009 tarixində, saat 12:27

    Meyxanadan zehlem gedir. Onu ifa eden insanlardan da hemcinin baxin o insanlarin seviyyesine hec omurlerinde ellerine bir kitab da bele almayiblar. Hamisini govasan ANsin studiyasindan kitabxanaya belke onda o avaralardan ne ise alindi.

  8. Ali Resh
    Fevral 6, 2009 tarixində, saat 20:59

    Tenqid lazimdir. Tenqid olmasa inkisaf olmaz. Amma tenqid esasli olmalidir. Musbet ve menfi terefler de deyerlendirilmelidir.
    Bezi memurlar kimi baltani kokunden vurmaq olmaz axi. Sovet dovrunden qalma ne qeder abideler hekeller var idi hardadilar? ? komunismden qalib deye sindirdilar dagitdilar. Ne olsun komunistlerden qalib. Bu abideleri dagiddiq, sovet hakimiyetinde yashadigimiz dovr silindi? ? o abideleri saxlayib bir parkda aciq muzey teshkil elemek daha yaxshi olardi. O abideler yaxshi el ishleri idi. En azindan tarix idi. neyse sozum odur ki, bir terefli dushunmek hech vaxt xeyir vermir !

  9. Fevral 6, 2009 tarixində, saat 17:06

    salam Yaziya gore Reshad sene tewekkurler.
    men sadece bir sheyi anlamiram. her bir sheyin bir yaxshi terefi var, niye biz ancaq pis terefleri ozumuzcun gotururuk.

  10. Ali Resh
    Fevral 6, 2009 tarixində, saat 10:37

    men seninle raziyam 🙂 ama bunun gunahi meyxanadimi ? meyxanani kesib atsaq duzelecekmi her shey ? duzelecekse kesib ataq 🙂 men de isteyirem ki duzelsin !

  11. dedeqorqud
    Fevral 6, 2009 tarixində, saat 10:30

    Hele ele sey olmayib ki, Rus kanallarinin birinde iki neferi bir ortaya getirib castuska deyirtdire- deyirtdire bir-birine qarsi hurdursunler.
    Uzunden-gozunden qara ayaqqabi, yana daranmis sac, qara eynek, utulenmis koynek ve cindirliq yagan abrsiz gedaler dunyanin en dusuk ve seviyyesiz kanallarindan biri olan ANS-de bir-birilerini ve ozlerini biabir etmekden cekinmirler.

  12. Ali Resh
    Fevral 5, 2009 tarixində, saat 22:43

    Men seninle tamamile raziyam bayaqiliqi ve primitivliyi teblig edir. bir chastushla kimi bir rap kimi. ama rapin dushunduren, ichinde felsefi fikirler olan, insanlarin sosial siyasi problemlerini eks etdiren numuneleri de var. hem mence rapi yayan onun musiqisidir. İnsanların əksəriyyəti sözə fikir vermir əsas musiqinin yaratdığı duyğu ilə davranır. Meyxanada bu cox azdir bu cur meyxanalar yayilmir yaxin insanlarin cevresinde deyilir. Mence meyxana ile de maraqli movzulara toxunmaq olar. bunun uchun meyxana deyenlerin dunyagorushu shuuru yuksek olmalidir, qorxusu az olmalidir.

  13. dedeqorqud
    Fevral 5, 2009 tarixində, saat 22:33

    Meyxana primitivlik ve bayagiliq teblig edir. Telekanallarimiz Fikret Emirovun, Qara Qarayevin, Vaqif Mustafazadenin eserlerini teblig etmek evezine bele seviyyesiz, bomjsayagi biabirciliqlari teblig ederek zovq korlamaqla mesguldur. Hem de gunah tebii ki, xalqdadir. Teleb olmasa, teklif de olmaz. Xalq ozune oxsayan seyleri sevir.

  14. Ali Resh
    Fevral 5, 2009 tarixində, saat 20:54

    teleb teklif + meyxana diyen de teleb eleyenlerin ichinden cixir. medeni durumumuz dunya gorushumuz deyishse ! ancaq maraqli, deyerli meyxana ola biler. Hec meyxana deyerli olmasa bele meyxanani kesib atmaq olmaz axi. Chastushka ne verir ruslara? belke rusiyada shedevr chastushkalar var? ? Esasen yumor dolu musiqili sheir deyirler. Meyxanadaki kimi deyishirler. Niyese chastushka ruslarin gozunu kor elemir bizimkilerin gozunu kor eleyir( ve yaxud qulagini kar eleyir) ? ozude bu insanlar esasen ruslari bizim milletden ustun tutur.

  15. Ali Resh
    Fevral 5, 2009 tarixində, saat 20:50

    Ela a a 🙂 ozune layiq sherh yazmisan ravik. 🙂 senden ele bu cur de gozleyirdim. Yene subut eledin ki sen o yazilarindaki ciliz insanlardan cox az ferqlenirsen. Menim uchun maraqlidi menim bu sherhine nece reaksiya vereceyimi dushunurdun? ? ? 🙂

  16. Fevral 5, 2009 tarixində, saat 19:26

    Eslinde meyxana seven sayilmaram hec qulaq asmiram çünki arxada durub boş boş çirtma vurub is pis gülün insanlar menim esbimi pozurlar verlişlerde olanlari deyirem…. Hem meyxana mence seir kim ideyilende daha yaxsidi derviş sayagi oda gerek ele adam dsinki mentiqli insan olsun dediyi soz soz olsun qafiye yigini yox…. İndikiler menasiz deyirler seviyyesini oldururler artiq meyxanadan meyxanaliq qalmayib… Mahni ile deyilen meyxanalara pis baxiram menasizdi onnansa mahni oxusun da

  17. ravik
    Fevral 5, 2009 tarixində, saat 18:08

    esi kul sizin bashiniza
    qoyunlar
    meyxana qoyun musiqisidir

  18. Gunay Kerimova
    Fevral 5, 2009 tarixində, saat 17:12

    Bu yazi uchun muellife tewekkur edirem. Bir wey deyim ki, men indi meyxanaya baxa bilmirem. Meyxanani chox ucuzlawdiriblar, kimi daniwdirirsan deyir meyxana deyenem. Butun avtobuslar yuksek sesle keyfiyyetsiz meyxanalar qoyurlar ve bu meyxananin seviyyesini awagi salir. Yaxwi, seviyyeli meyxanachi olub Nizami Remzi, indi de az da olsa normal meyxana deyenvar . Indi meyxanalari da musiqiye cheviribler. Bilmek olmur bu meyxanadi, ya estrada musiqisi. Ne ise indi meyxananin seviyyesi urekachan deyil, umid edirem ki, ne zamansa duzelecek.

  19. Fevral 5, 2009 tarixində, saat 14:16

    Meyxana da bir mədəniyyətdir və öyünüləsi bir mədəniyyətdir. Bədahətdən qafiyə qoşmaq hər oöulun işi deyil. Tənqidi yazıların sahibləri isə yəqin mövzu tapmayanda telekanallarda yayımlanan meyxaba verilişindən biri ilə rastlaşıblar. Ümumiyyətlə şou səviyyəsinə qaldırılanda hər şeyin əlavə təsiri olur.
    Nizami Gəncəvi demiş,
    bir inci saflığı varsa da suda
    artıq içiləndə dərd verir o da

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: