BARAK OBAMANIN ELEKTRON POÇT ÜNVANLARI. İNTERNETDƏ HAKERLƏRİN OBAMANIN BİR POÇTUNUN PAROLUNU SINDIRDIQLARI HAQDA DA MƏLUMAT VAR
Barak Obama Ağ evdə elektron poçt ünvanı olan ilk Amerika prezidentidir. ABŞ-ın qaradərili ilk prezidenti Ağ evə çoxlu imkana malik «Bləkberri» markalı mobil aparatı ilə daxil olub. Seçki kampaniyası zamanı B.Obamanın elektron poçtunu yoxlamaq üçün «Bləkberri»sindən istifadə etdiyini çoxları görüb.
And içməmişdən əvvəl Obama demişdi ki, prezidentin də «Bləkberri»si ola bilər. O öz «Bləkberri»sindən Ağ evdəki ofisində olan 10-12 nəfərlə və dostları ilə əlaqə saxlamaq üçün istifadə edəcəyini söyləmişdi.
«Bi-Bi-Si» xəbər verir ki, B.Obamanın «Bləkberri»dən istifadəyə davam etməsinə dair əsas narahatlıq təhlükəsizlik məsələsi və onun elektron poçtuna gələn məktubları başqalarının görə bilməsi ilə bağlı olub. Bu narahatlıqlara baxmayaraq prezidentin sözçüsü Robert Gibs təsdiqləyib ki, Obama «Bləkberri»ni işlətməkdə davam edəcək: «Razılığa əsasən, o, bu aparatdan yüksək səviyyəli işçi heyəti və bəzi dostları ilə əlaqə saxlamaq üçün yararlanacaq».
«Media forum» saytı bu məsələ ilə əlaqədar qısa araşdırma aparıb. Saytın əməkdaşları internetdən B.Obamaya məxsus olduğu bildirilən bir neçə elektron ünvan tapıblar.
presidential.election.08@gmail.com
İnternetdə hakerlərin Obamanın elektron ünvanlarından birinin parolunu sındırdığı haqda da məlumat var. Söhbət barry.obama1961@gmail.com ünvanından gedir. Məlumatlara görə, B.Obama bu e-mail vasitəsilə Hillari Klinton, Robert Deniro, Con Makkeyn, Robert Çeyni, Dik Çeyni və digər şəxslərlə məktublaşırmış.
Elektron poçta güvənməyənlər B.Obamaya ənənəvi üsulla da məktub yaza bilərlər. ABŞ prezidentinin poçt ünvanı belədir: The White House, 1600 Pennsylvania Avenue NW, Washington, DC 20500.
ŞƏRHLƏR