Əsas səhifə > Maraqlı, Xəbər > Dendrariyə səyahət

Dendrariyə səyahət

Yəqin ki, Mərdəkanda yerləşən Dendrari parkı haqqında eşitmisiniz. Çoxlarınız orada olmusuz da. Mən də bu park haqqında çox eşitmişdim, amma görməmişdim. Fikirləşdim ki, 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdı. Düzdü Dendraridə oldum, ətraflı məlumat aldım. Amma buranı görmək bir az çətin və macəralı oldu.

dsc00530Birinci dəfə qrup yoldaşlarımızla əməlli-başlı bazarlıq edib getdik Dendrariyə istirahətə. Deyə-gülə getdiyimiz yolu zənbillərimiz əlimizdə əhvalımız pozulmuş geri qayıtdıq. Çünki qapıdan içəri keçməyə qoymadılar ki, bitkilər bu gün dərmanlanıb başqa gün gəlin. İkinci dəfə rəfiqəmlə getməyi planlaşdırdıq. Amma qərarlaşdırdıq ki, əvvəlcə parka yaxın məsafədə yerləşən Mir Mövsüm ağanın ocağını ziyarət edək, orada namazımızı qılaq, sonra səyahətimizi davam etdirərik. Ocağa getdik, namazımızı qıldıq. Namaz otağından çıxdıq ki, ayaqqabılarımızı geyinək. Bu zaman bizi həm təəccübləndirən, həm təəssüfləndirən, həm də əsəbləşdirən vəziyyətlə qarşılaşdıq. Rəfiqəmin ayaqqabısı yerində yox idi, oğurlanmışdı. Bəli, müqəddəs ocaqda oğurluq. Nə qədər axtarsaq da tapmadıq. Heç tapa da bilməzdik. Oğru bu qədər ağılsız olmayacaq ki, ayaqqabını götürəndən sonra orda qala. Amma oğru “ürəyiyumşaq” imiş, özünün köhnə ayaqqabısını orada qoyub ki, qız heç olmasa ayaqyalın qalmasın. Əvvəllər fikirləşirdim ki, müqəddəs ocaqlara ancaq namaz qılmağa, ibadət etməyə gəlirlər. Bu hadisədən sonra başa düşdüm ki, sən demə başqa məqsədlər üçün gələnlər də olurmuş. Kor-peşman getdik Dendrariyə ki, bu qədər yol gəlmişik. Amma bu dəfə də dedilər ki, istiyirsinizsə gəlin baxın, amma sizə ətraflı məlumat verə biləcək şəxs hazırda işdə yoxdu. Bu dəfə də qayıtdıq geri. Atalar üçdən deyib məsəlinə əməl edib üçüncü dəfə də rəfiqəmlə getdik Dendrari parkına. Nə yaxşı ki, bu dəfə bəxtimiz gətirdi. Həm parkı gəzdik, həm də ətraflı məlumat aldıq.
Əvvəlcə bildirim ki, Dendrari adı yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdi. Bir əsr yaşı olan park sovet rejimi qurulmamışdan əvvəl, 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub.
Qeyd edim ki, M.Muxtarov Əmircanda arabaçı ailəsində anadan olub. Bir müddət Zabrat-Balaxanı neft mədənlərində fəhləlik edib. Muxtarov işlədikcə rus ustası Martov onun işinə fikir verir, marağı, qüvvəsi olduğunu görüb qazma quyularının sirlərini öyrədir. Qocalanda isə Martov öz sexini ona verir. M.Muxtarov burada çalışır, savadını təkmilləşdirir və milyonçu səviyyəsinə çatır. O, hətta taxta yonan dəzgah ixtira edir. O dəzgah hazırda Sankt-Peterburqda dağ-mədən institutunun muzeyində saxlanılır. M.Muxtarov 2 dəfə ailə həyatı qurub. Onun birinci xanımı Hacı Yusifin qızı Qönçənaz xanım olur. Bəzi kitablarda yazılır ki, o, birinci dəfə öz əmisi qızı ilə evlənir, amma bu yalnışdır. Boşandıqdan sonra isə çeçen generalı Tuqanovun qızı Liza xanımla ailə həyatı qurub. Murtuza Muxtarov ikinci xanımı Lizayla İtalyada səfərdə olarkən, xanımı oradakı Səadət sarayını çox bəyənir. 1911-ci ildə Muxtarov 1 il müddətinə Bakıda da eyni ilə o binaya bənzəyən Səadət sarayını tikdirir və xanımına hədiyyə edir.
M.Muxtarov parkın ərazisini aldığı vaxt bura qayalıqlardan ibarət olub. O, parkın tonlarla torpağını Lənkərandan gətirdib. Bağın mərkəzində isə əsrarəngiz bina tikdirib. Binanın tikilməsini o, fransız memarı Plaşkoya tapşırır. Bundan əlavə Muxtarov Səadət sarayı və Bakı şəhər İcra Hakimiyyətinin binasının tikilməsini də Plaşkoya həvalə etmişdi.
Bağın içində yerləşən kənardan gəmiyə bənzəyən bina italyan qotika üslubunda tikilib. Bu ev Sovet rejimi qurulandan sonra dəfələrlə dağılmaq təhlükəsi ilə qarşılaşıb. Bağın içində 29 m dərinliyində quyu var. Quyunun içində 4 yol var. Bu yollardan biri Xəzər dənizinə, biri neft milyonçusu Şəmsi Əsədullayevin bağına, digəri isə binanın özünə çıxırdı. Hazırda quyunun 19 m-dən su başlayır. Əvvəllər Xəzər dənizi bağın yaxınlığnda olduğundan Muxtarov burada liman tikdirmək istəyir. Amma müəyyən səbəblərdən liman tikilmir. Həmin ərazidə bitkilərin sulanması üçün arx düzəltdirir. Dendrari parkı 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstituna tapşırılıb.
Dendraridə bir çox filmlər də çəkilib – “Arşın mal alan”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır”, “Başsız atlı” və b.
Səyahətimiz zamanı qara rəngli pişik bizi bir dəqiqə də olsun tərk etmədi. Bu pişik insanlara elə öyrəşib ki, əl çəkmək istəmir. Bir də burada ən çox xoşuma gələn şey su gölməçəsi üzərində katamaranla səyahətdi.
Nə isə, çətinliklə də olsa Dendrarini gördüm və bu sakit, təmiz havalı parkda bir neçə saatlıq da olsa şəhərin qarmaqarışıq, səsli-küylü həyatından uzaq oldum…

Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , , , ,
  1. Lale
    Avqust 20, 2017 tarixində, saat 22:59

    Men ora getmisem bolca sekiller de cekdirmisem. Bizim ucun hec bir problem olmadi . Sinifle getmisdik. Cix gozel boyuk esrarengizdir. Amma indi ailemle getmek isteyirem ora hansi avtobus gedir?

  2. suada-vusala
    İyul 30, 2016 tarixində, saat 18:09

    Sabah o baga getmek isteyirem hansi avtobus ora gedir hardan ,meqale xowuma geldi amma buneqliyyat meselesini de yazsaniz ela olardi.Cox Adam bele yerleri gezmek isteyir amma yolu bilmir

  3. elnur
    Fevral 19, 2009 tarixində, saat 13:12

    demek hec de hasad deyil dendrariye seyahet. en maraqlisi en cetin olandir. o sekilere baxmaq daha maraqli olardi.

  4. Gunay Kerimova
    Yanvar 28, 2009 tarixində, saat 15:29

    Çox sağ ol Rəşad, fikirlərin üçün:) Orada çox maraqlı şəkillər çəkmişdim heyf ki, hamısını yerləşdirmək mümkün olmadı.
    Mən də fikirləşirdim ki, yəqin bircə mən idim uşaqlıqda orda olmayan:)

  5. Ali Resh
    Yanvar 28, 2009 tarixində, saat 14:00

    He Guney maraqli yazidir 🙂 refiqenin ayaqqabilarinin ogurlanmasi ise lap Seymurun yazisindaki kimi oldu (korpusalanlar) orda qehreman mescide gedir bir turk direktorun ayaqqabilarini geyinib cixir aradan :))
    Ama onu deyim men o Dendrarede olmamisam 🙂 gerek gedem bir gun 🙂

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: