Əsas səhifə > Xəbər > YAZARLAR QRANTLARI SƏMƏRƏSİZ XƏRCLƏYƏN QHT-lərin ADLARINI GÖSTƏRMƏYİ PLANLAŞDIRIRLAR

YAZARLAR QRANTLARI SƏMƏRƏSİZ XƏRCLƏYƏN QHT-lərin ADLARINI GÖSTƏRMƏYİ PLANLAŞDIRIRLAR

Media layihələrinə ayrılan qrantların dayandırılmasını istəyən yazarlar yeni tədbirlər görməyi planlaşdırırlar. Qrantların dayandırılması üçün beynəlxalq təşkilatlara və səfirliklərə ünvanlanan müraciəti imzalamış yazarlardan Seymur Baycan «Media forum» saytına deyib ki, həmin müraciətdə onlar məsələni qısa şəkildə əks etdirmişdilər: «Səfirliklərdə adətən geniş məktubları oxumurlar, ona görə biz qısa müraciət mətni hazırlamışdıq. Yaxın vaxtlarda bir araya gəlib yeni müraciət yazmağı, media layihələrinə ayrılan qrantları səmərəsiz xərcləyən qeyri-hökumət təşkilatlarının adlarını göstərməyi planlaşdırırıq».

Müraciəti imzalamış digər yazar – Şahvələd Çobanoğlu da «Media forum»a bildirib ki, müraciət müəlliflərinin bir araya gəlməsinə ehtiyac var. Bunu deyəndə Ş.Çobanoğlu əsasən müraciətə donor təşkilatlarının və səfirliklərin lazımınca reaksiya vermədiyini nəzərdə tutub. İndiyədək müraciətə yalnız ABŞ səfirliyi reaksiya verib, səfirlik yazarların etirazının səbəbi ilə maraqlanıb.

Sözügedən müraciət yanvarın 12-də göndərilib. Onu Qan Turalı, Zamin Hacı, Rafiq Tağı, Həmid Herişçi, Xaliq Bahadır, Natiq Güləhmədoğlu, Pərviz, Xalid Kazımlı, Elnur Astanbəyli, Aqşin Yenisey, Seymur Həziyev, Natiq Cavadlı, Ələkbər Əliyev də imzalayıblar.

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: