Əsas səhifə > Siyasi, Xəbər > QARABAĞ və RESPUBLİKA UĞRUNDA HƏRƏKAT AÇIQ TOPLANTI KEÇİRİB QAPALI TOPLANTIYA QƏRAR VERDİ

QARABAĞ və RESPUBLİKA UĞRUNDA HƏRƏKAT AÇIQ TOPLANTI KEÇİRİB QAPALI TOPLANTIYA QƏRAR VERDİ

 

18 mart referendumuna qarşı çıxan siyasi və ictimai təşkilatları birləşdirən Qarabağ və Respublika Uğrunda Hərəkatın Azərbaycan Media Mərkəzində düzənlədiyi fövqəladə toplantı bu dəqiqələrdə başa çatıb. «Media forum» saytı xəbər verir ki, əsas müzakirə mövzusu müxalifətdən olan təşəbbüs qruplarının imza kampaniyasına müdaxilələr olub.

Toplantı iştirakçıları müxalifətdən olan təşəbbüs qruplarının imzatoplama kampaniyasına müdaxilələrlə bağlı faktlar sadalayıblar və bununla bağlı bəyanat qəbul ediblər. Referendumun konstitusiyaya zidd təşkil olunduğuna və ana qanunun müddəalarının pozulması yoluyla keçirildiyinə dair fikirlər də səsləndirilib.

Müzakirələrdə ümumi razılaşma bundan ibarət olub ki, referendumun dayandırılmasıyla bağlı təklif hərəkata daxil olan partiyaların rəhbər strukturlarında müzakirəyə çıxarılsın.

«Media forum»un məlumatına görə, yanvarın 29-u saat 12-də hərəkatın rəhbər şəxslərinin mətbuata qapalı toplantısının keçirilməsi qərarlaşdırılıb. Toplantı ADP qərargahında olacaq.

Qarabağ və Respublika Uğrunda Hərəkat yanvarın 9-da yaradılıb. Təsisçiləri Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf, Demokrat, Ümid partiyaları, Azərbaycan Naminə İctimai Forum və digər vətəndaş cəmiyyəti qurumları olan hərəkata daha sonra Vətəndaş Həmrəyliyi və Vahid Azərbaycan Milli Birlik partiyalarının da qoşulduğu açıqlanıb.

Advertisements
Kateqoriyalar: Siyasi, Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: