Əsas səhifə > Xəbər > HİLLARİ KLİNTONUN DÖVLƏT KATİBİ VƏZİFƏSİNƏ TƏSDİQLƏNMƏSİ TƏXİRƏ SALINIB

HİLLARİ KLİNTONUN DÖVLƏT KATİBİ VƏZİFƏSİNƏ TƏSDİQLƏNMƏSİ TƏXİRƏ SALINIB

ABŞ Senatı Hillari Klintonun dövlət katibi vəzifəsinə təsdiqlənməsini təxirə salıb. «Media forum» saytı xəbər verir ki, buna respublikaçı senatorlardan birinin Hillarinin həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintontun hazırda rəhbərlik etdiyi fonda xaricdən ayrılan maliyyə yardımı ilə bağlı məsələnin müzakirəsini tələb etməsi səbəb olub. H.Klinton dövlət katibi vəzifəsinə bu müzakirə bitəndən sonra təsdiqlənə biləcək.

Obamanın maliyyə naziri təyin etdiyi Timoti Qaytnerin məsələsi isə daha qəlizdir. O, Senatın maliyyə komitəsinə hesabat verməlidir. Komitə T.Qaytnerin Beynəlxalq Valyuta Fondunda işlədiyi vaxt gəlir vergisinin ilk odəməsini edə bilməməsinin səbəbi ilə maraqlanır.

Keçən həftə Obama demişdi ki, Qaytnerin vergi məsələsi onun nazir təyin edilməsi üçün ciddi maneədir, indi isə prezident ilk odəməni edə bilməməsini Qaytnerin «məsum bir səhvi» adlandırır.

Obamanın daha iki təyinatı problem yaradıb: Erik Holderin baş prokuror, Tom Daşın səhiyyə naziri vəzifəsinə təsdiqlənməsi təxirə salınıb. Senat Holderin vaxtilə (B.Klintonun prezidentliyi dövründə) vergi yoxlamasından yayınmış milyonçu Mark Riçin bağışlanması ilə nəticələnən işdə əli olub-olmadığını bilmək çalışır. Daşın isə vergi qeydlərinin araşdırılması tələbi qoyulub.

ABŞ qanunvericiliyinə görə, prezidentin təyinatları Senatda təsdiqlənəndən sonra qüvvəyə minir. Senat Obamanın komandasında yer tutan adamlardan çoxunu artıq təsdiqləyib.

Advertisements
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: