Arxiv

Archive for İ

Əlisa Nicat – QIZIL FƏLSƏFƏ

Dekabr 10, 2008 13 şərh

ƏlisaNicat

 d181d0bad0b0d0bdd0b8d180d0bed0b2d0b0d0bdd0b8d0b50014Qızılfəlsəfə

     

   Yazıçı və filosof Əlisa Nicatın   2003-cü ildə çap etdirdiyi “Qızıl Fəlsəfə” adlı  bu kitabı dünya  müdriklərinin 100  aforizm və onların şərhi,  fəlsəfi düşüncələri, pritçalar və Azərbaycanın musiqi nümunələrindən 7-si  haqqında yazılarından ibarətdir. Maraqlı kiatbdı. Filosof  aforizmlərin şərh edərək şərhi zamanı  insanların, əsasən isə Azərbaycan  xalqının(Həm güney həm qüzey) psixologiyasının açır.  Sosial,  siyasi  və iqtisadi sahələri əhatə edən bu aforuzmlər  Nitşe, Kant, Kafka, Vegner  və digər filosof və ədiblərin fikirlərindən bəhrələnilərək anlaşıqlı və aydın dillə izah olunur.

  Kitabdan hissələr:

   7. İNSANIN MAŞINDAN  ÜXTÜNLÜYÜ ODUR Kİ, ÖZÜ ÖZÜNÜ SATA BİLİR-(LETS)

“… Bəli, insan özü-özünü sata bilir. Yəni dırnaqdan başa kimi özünü başqasına ixtiyarına verir.  Lets isə, çox güman ki, insanın öz ruhunu şeytana satmasını nəzərdə tuturdu.  Və  bu hadisə indiki zamanda lap kütləvi şəkil alıb. Bu gün milyonlarla adam mənsəb xatirinə, sərvət xatirinə, insane qiyafəsində olan iblislərin, yəni tiranların və diktatorların köləsi və məddahı  olub. Nə qədər şair, ədib, artist, müğənni öz ürəyini, allahını, dilini və varlığını belə despotların ixtiyarına verir. Onlar bununla  əzilən, tapdanan, təhqir  olunan millətlərini, xalqlarını satırlar….”

    Kitab bu cür və bundan da maraqlı  insanı düşünməyə vadar  eləyən fikirlərlə dolu olsa da, xoşuma gəlməyən  cəhətlər də var idi.

10. VƏHŞİLİK ÇOX VAXT ELEQANT GEYİMLƏR ALTINDA MÜRGÜLƏYİR – (QASTON BUASYE)

“ Sadə adamlar, bazar  “milçək”ləri, necə deyərlər, aydındır. Bu əyri- burunlu, uzun çənəli, yaxud heyvan kimi girdə üzlü adamların dərisi altındakı məxluqların necəliyini təyin etmək o qədər də çətin deyil.  Ümumiyyətlə, kütlə adamı, sadə rayon əhli hər yerdə eyni cürdür. Həyata hazır, mübahisə və mübarizə hazır, yalan deməkdə usta, aldatmaqda mahir olan sadə xalq nümayəndələri bütün xalqlara məxsus tiplərdir….

 ….Şəhər əhli isə, adətən vəzifəli, sıx geyimli, hətta ziyalı, xüsusilə hümanitar sahə adamı və əgər  müəyyən post və imtiyaz sahibidirsə, onda daha çox sifətinə görə xarakterizə edilmək üçün çətin bir obyektdir. Çox böyük ustalıq və təcrübə lazımdır ki, gözlərdəki ifadəyə, çənəyə, alına, buruna, dodaqlara əsasən bu cür adamın necə tip, hansı yuvanın quşu olduğunu təyin edəsən. . …”

78. KİÇİK ADAMLARIN İÇİNDƏ BÖYÜK ADAMLAR VƏ BÖYÜK ADAMLARIN İÇİNDƏ DƏ BÖYÜK ADAMLAR OLUR-(BERNARD ŞOU)

“…. Hər gün metronun “20 Yanvar” stansiyasından  avtobus minib, işə gəlirik və hər gün də bazaar  gedirik. Ay Allah, necə üzlər var ! Elə üzlər varki, ancaq və ancaq bizim tayfadan tapmaq olar. Heç bir həşərat və ya qırxayaq lupa altında da belə əyri-üyrü, belə məzmunsuz görünə bilməz. Zərrə qədər gəlirin nüansını gözəgörünməz radarları ilə tuturlar. . .”

 Kitabdan verdiyim bu parçalardan da göründüyü kimi filosof diyesen insanlara  xarici görünüşünə və mənsub olduğu təbəqəyə görə qiymət verirməyi xoşlayır. Bununla heç cür barışa  bilmirəm. Heç də deməzdim ki, sadə  insanlar, rayon əhli pulgir, yalancırlar. Axı sadə, kasıb insanların avam-cahil olmaqlarının günahı özlərindən çox  dövlətdədir. Rayon əhli, kasıb kütlə nə vaxt normal təhsil  aldı? Nə vaxt  normal qazanc əldə etdi ki normal yaşasın? Və sən də onu  bu rahatlıqda cahil və avam olduğuna görə qınayasan?? Bəlkə də filosof bunları acığından deyir ama yenə də  düzgün saymıram.

  Kitabda xoşuma gəlməyən cəhədlərdən biri də Filosofun qadınlar haqda  verdiyi şərhlərdi. O, Otto Veyningerin fikirlərinə əsaslanaraq qadınları izah etməyə çalışır. “30.KOBU VƏ HEYVANI HİSLƏRİ İNKİŞAF ETMƏMİŞ KİŞİLƏR QADINLARDA HEÇ BİR TƏSİR BURAXA BİLMİRLƏR- (OTTO VEYNİNGER).”, “37.GÖZƏL ARVAD ÜMUMXALQ MALIDIR, GÖZƏL OLMAYAN DA ƏR ÜÇÜN CƏZADIR- (ANTİSFEN).”  Və bir sıra başqa aforizmlərdə bu cür şərhlər verir:

  “… Veyninger sübut etdi ki, qadınlar fərd deyil, onlarda kişilər kimi bənzərsizlik yoxdur. Hamısı zahirən bir-birnə bənzəməsələr də xarakter və davranışca tamamilə eynidirlər….

  … Veyningerə görə iki qadın görürür, ana və vahişə.  Ana, əlbəttə mahiyyətcə yüksəkdir. Məsələn, ana qadınlar türmədən çıxan kişilərə qətiyyən maraq göstərməzlər. Halbuki, kişilər bu cür məsələləri qətiyyən aşkarlamazlar.

    Ümumiyyətlə, Veyninger göstərir ki, bütün qadınlar bu və ya digər dərəcədə ikinci növə meyllidirlər. . .

…. Beləliklə bəxtinə gözəl düşən kişilər doğru yol seçirlər. yəni arvadlarının onlara xəyanət edəcəklərini ağıllarına belə gətirməməklə özlərini problemin həll olunduğuna əmin edirlər.  Böyük əksəriyyəti bu üsulla qocalır, qafil kimi də dünyanı tərk edirlər….”

 Başdan ayağa absurddur. Aydın məsələdir 23 yaşında  “Xarakter və cins” adlı fəlsəfi əsərini yazan Otto Veyninger  nəyə görə 25 yaşında intihar edib. Yəqin  həyatı yalnız kitabında  göstərdiyi tip qadınlardan ibarət  olub.

   Misal üçün Filosofun Allahın olmaması haqda dediyi fikirləri tutarlı deyil həm də  bəzi yazılarında  məntiqin izah eləyə bilmədiyi məqamlara  gələndə hardasa  filisof da Allahın varlığını qəbul edir.

 

 

Kateqoriyalar: Kitab Etiketlər: , , ,

Qeyri adi binalar və evlər

Dekabr 9, 2008 Bir şərh yazın
a241_mushroom

Göbələk ev(Çinçinati,Ohio-ABŞ)

a241_helio

Qeliotrop Fırlanan ev( Feyburq-Almaniya) Barama ev(Rochel, New York-ABŞ)

a241_gangster

Qangster evi(Arxangelsk-Rusiya)

a241_wozoco

Amsterdam-Hollandiya

a241_habitat

Habitat 67 (Monreal-Kanada)

a241_spheres1

Azad ruh kürəsi (Britaniya Kalumbiaysı-Kanada)

a241_cube

Kub ev(Rotterdam-Holandiya)

Kateqoriyalar: Maraqlı Etiketlər: ,

Avropada və ABŞ-da qadağan olunmuş reklam plakatları

Dekabr 8, 2008 Bir şərh yazın

a276_a13 a276_a10 a276_a12 a276_a15 a276_a112 a276_a8

Kateqoriyalar: Maraqlı, Mədəniyyət, Xəbər Etiketlər: , , ,

ABŞ-ın yeni prezidenti Obama haqda bilmədikləriniz

Dekabr 8, 2008 1 şərh

• O, Spider-Man və Conan the Barbarian komiks jurnallarını toplayır.
• Orta məktəbdə oxuduğu zaman yaxşı basketbol oynadığı üçün ona “O’Bomber” deyirdilər.
• Swahili (Kenya, Tanzaniya və Uqandada yaşayan xalq) dilində Obama “Xeyir-dua Verilmiş şəxs” mənasını verir.
• 2006-cı ildə “Atamın arzuları” adlı xatirə kitabının audio nümunəsinə görə Grammy mükafatına laiq görülüb.
• Solaxaydı- müharibədən sonrakı 6-cı solaxay prezidentdir.
• Harry Potter kitablarının hamısını oxuyub.
• Onda Məhəmməd Əlinin imzaladığı Qırmızı boks əlcəyi var.
• Gən yaşlarında o Baskin-Robbins dondurma mağazasında işlədiyinə görə indi dondurma xoşlamır.
• Ən xoşladığı yüngül yemək şokoladlı-yerfındığı pratein batonlarıdır.
• İndaneziyada yaşayarkən it əti , ilan əti, qızardılmış çəyirtkə yeyib.
• İspan dilində danışa bilir.
• Seçki qatarına olarkən CNN-Ə baxmaqdan imtina edərək əvəzində idman kanalarını seyr edib.
• Ən xöşladığı içki qara meşə giləmeyvəli “İce Tea” içgisidir.
• Həyat yoldaşı Mişelə prezident seçilməzdən qabaq siqareti atacağını söz versədə ata bilməyib.
• İndoneziyada yaşayarkən Tata adlı meymun saxlayırdı.
• Uzanaraq sinədən 100kg-a yaxın cəki ilə press eləyə ilir.
• Universitetə qədər on Burry deyə çağırırdılar sonralar o öz adı ilə çağırmağını istədi.
• Ən sevdiyi kitab Herman Mervilin Moby-Dick kitabıdır.
• 1996-cı ildə abcılığının yoldaşının toyqabağı əyləncəsində iştirak edib ama striptiz başlayanda oranı tərk edib.
• Onun Senatdakı stolu bir vaxtlar Robert Kenediyə məxsus olub.
• O və yoldaşı Mişel keçən il 4.2 milyon (.7 milyon) abş dolları qazanıblar. Bu pulların böyük hissəsi kitabının satışından əldə olunub.
• Ən sevdiyi kinolar Casablanca və One Flew Over the Cuckoo’s Nest kinolarıdı(tam tərcüməsini tapmadım)
• O İraqda qulluq eləmiş bir əsgərə məxsus kicik Madonna və uşaq brasletini özündə gəzdirir.
• Harvardda olarkən əsasən qızların göründüyü Qara kalendarda görünmək üçün müraciət etsə də qadın komitələri tərəfindən rədd edilib.
• Ən xoşladığı müsiqilər Miles Davis, Bob Dylan, Bach və The Fugees-in ifalarıdı.
• O həyat yoldaşı Mişeli ilk görüşlərində Spike Lee-nin Do The Right Thing- (Düzgün olanı elə) filminə aparıb.
• Söz oyununu və poker oynamaqdan həzz alır.
• Coffe içmir və çox nadir hallarda spirtli içi qəbul edir.
• Siyasətçi olmasaydı mühəndis olmaq istərdi.
• Gənc yaşlarında marixuana və kokain qəbul edib.
• Qızları Malianın(10) məqsədi aktrisa olmazdan qabaq Yale universitetinə getmək Saşanın (7) isə oxuyub oynamaqdır.
• Gənclərin geyindiyi arxası sallanan şalvardan zəhləsi gedir.
• O universitet pulun 4 il bundan qabaq kitabına müqavilə imzalayandan sonra ödəyib.
• Çikaqodakı evinin 4 ocaq peçi var.
• Qızı Malianın xaç anası Jesse Jacksonun qızı Santita oldır.
• Dediyinə görə ən piss vərdişi tez-tez mobil telefonunu yoxlamasıdır.
• 1500(52) abş dolları dəyərində Hart Schaffner Marx kastyumu geyinir.
• 4 cüt eyni qara ayaqqabısı var (11)
• Həftədə bir dəfər 21 abş dollarına Çikakodakı bərbər Zarifin bərbərxanasında saçını qırxdırır.
• Gizli Xidmət ona “Renegade” adı verib.
• Nənəsi ona “Bar” ləqəbi qoymuşdu.
• O “Ağ evin” həyətində basketboll meydançası quraşdırmağı planlaşdırır.
• Ən xoşladığı rəssam Pablo Picassodur
• Onun yemək bişirmək üzrə vəzifəsi çilli hazırlamaqdır(souz)
• Dediyinə görə İndoneziyada yaşayarkən dostluq elədiklərinin çoxu avara uşaqlar olub.
• Stolunun üstündə ağacdan oyulmuş yumurta tutan əl var. Kenyada bu həyatın uzun olmamasına, cox həsas olmasına işarədir.
• Onun sonrakı atalığı Kenya hökümətində əsas baş iqtisadçı olub.

http://www.telegraph.co.uk/ saytına istinad olunub

Kateqoriyalar: Maraqlı Etiketlər: ,

Dünyanın ən çılğın diktatorları

Dekabr 8, 2008 Bir şərh yazın

Safarmurad Niyazov

niyazov-747857

1991-ci ildə SSR-i dağıldıqdan sonra turkmənlər yüz illərdən bəri ilk dəfə azad oldular. 1985-ci ildən hakimiyyətdə olan köhnə komunist Sovet hakimiyyətinin türkmənistanı milli kimliksiz qoyduğunu düşünürdü. Bu səbəbdən də o, türkəmistanı özü görmək istədiyi formada qurmağa başladı. Niyazov ilk olaraq Türkmənbaşı adını alaraq özünü ömürlük prezident elan etdi. Paytaxt Aşqabaddakı aeroport, Yanvar ayı, geniş liman şəhəri olan Krasnovodsk, bir cox küçələr, məktəblər TÜRKMƏNBAŞI adlandırıldı. 1998-ci ildə Türkmənistana 304kq ağırlığında meteorit düşmüşdü. Alimlər bunu da “Türkmənbaşı” adlandırdılar.  Coxlu sayda  Türkmənbaşı heykəlləri qoyuldu.

Türkmənbaşının heykəlləri

turkmenbashi_tower Türkmənbaşının Qıpcakdakı heykəli Niyazovun daha bir heykəli travel-graphics-200_433857a2

İnanılmaz və çılğın qərarlarınan biri isə 2004-cü ildə asiyanınən isti səhrası Qaraqum səhrasında buzdan saray tikilməsini əmr etməsi olub. O bu sarayda penqvinlər yaşayan zooparkda nəzərdə tutmuşdu. Tükrmənbaşının uzu ölkədəki mövcud olan 3 telekanalın hər birinin logosunda yerləşdirilib. Qanunla isə hər bir qol və divar saatlarının üzərində, Türkmənbaşı araq ticarət markası olan hər şüşənin üzərində Türkmənbaşının şəklinin olması tələb olunurdu.

turkmenbashi-tv

Türkmənbaşı Tv-də

– 2001-ci ilin aprel ayında Niyazov opera və balet teatrını bağlatdı. Onun fikrincə opera və balet türkmən mədəniyyətinin bir parçası deyil.

– 2004-dən gənc oğlanlara uzun saç və saqqal saxlamaq qadağan edildi.

– 2004-cü ilin mart ayında tibb bacısı, mamaça, məktəb tibbi inspektorlarından ibarət 15 000 ictimai səhiyyə işçisini işindən azad edib hərbi çağırışçılarla əvəz etdi.

– Həmin ili bütün vəsiqəsi olan sürücülər “əxlaq”-dan imtahan verdilər.

– Daha sonra kasmetikadan istifadə qadağan olundu. Xəstələr müalicə üçün paytaxta gəlməlidilər.

– Kənd kitabxanalrı bağlandı. Buna səbəb kimi adi türkmən vətəndaşının kitab oxumaması idi.

– 2005-ci ilin noyabr ayında hipokrat andını ləğv edib həkimlərə prezidentə and içmək haqda göstəriş verildi.

– Həmin ilin dekabr ayında türkmən xalqı üçün zorakı olduğuna görə video oyunlar ləğv edildi.

– 2006-cı ilin yanvarında ölkə yaşlılarının 1/3-nin təqaüdləri dayandırıldı və qalan 200 000 yaşlının isə təqaüdü azaldıldı. Əvvəlki iki ildə alınan pensiyalar dövlətə geri ödənilməsi haqda göstəriş verildi.

turk_book

Quranı əvəz edən kitab

– Niyazov Türmən xalqı üçün yeni quran yazmışdı. “Ruhnamə” adlanan bu kitab türkmən xalqının ruhu bələdçisi olub, türkmənbaşı vasitəsi ilə daha yaxşı yşamağın yollarını göstərirdi. – 2006-cı il dekabr ayının 21 Türlmənbaşının vəfat etdiyi elan olundu.

Amerikanın Türkmənistanda səfiri olmuş Laura Kenney ilə Türkmənbaşı haqda musahibə(ingilis dilində)

http://www.cbsnews.com/stories/2003/12/31/60minutes/main590913.shtml

Ətraflı…

Kateqoriyalar: Maraqlı Etiketlər: , , ,

Terror haqqında bilmədikləriniz

Dekabr 5, 2008 3 şərh

Loretta Napoleoni Avropa və Amerikada bir neçə bankda və beynəlxalq təşkilatlarda iqtisadcı işləyib. İtalian dilində novellə və kitablar yazıb. Terrora aid kitabların tərcüməsi və redaktəsi ilə məşğul olub.  1990-cı ildə  mövud olmuş Qırmızı Briqada ilə intervyu aparan cox az sayda insanlardan biridir. Qırmızı Briqada ilə söhbətdən sonra onda Terror biznesi haqqda kitab yazmaq  həvəsi yaranıb. O əsl jurnalistdir.  Böyük qüvvələrin sirr kimi saxlamaq istədikləri faktları ortaya çıxarmaq arzusundadır.

1) Terrorizm biznesdir.

Soyuq müharibə dövründə terrorizm superqüvvələrin biznesi olub. Onlar vasitəçilərin köməyi ilə dünyanın müxtəlif yerlərindəki yerli silahlı qrupları qanuni və ya gizli əməliyyatlara (məsələn Mərkəzi Amerikada Contra) cəlb etməklə  müharibə aparırdılar. 1970-ci illərin sonu 1980-ci illərin əvvəli bu qruplardan bəzisi terrorizmi özəlləşdirməsinə rəhbərlik etməyə başladı. Pullarını artırmaq üçün onlar qanuni və qeyri qanuni fəaliyyətdən yararlanmağa başladılar. İRA Belfastda Daşıma sahəsində monopoliya yaratdı, PLO- Bekaa Voleyydən həşiş ticarəti ilə məşğul olur, Çakkal Karlos və Abi Nidal Ərəb liderlərinə silah satanlara çevrildilər.(Məsələn Kaddafi)

2) Qloballaşma terrorizmi yüksəltdi.

1990-cı ildə beynəlxalq iqtisadi və maliyyə sədlər endirildiyindən terror qrupları öz biznesini genişlədərək beynəlmiləl oldu. Bu gün terror pulları sübut olunduğu kimi Yousef Nada və Idris Nasreddin-in birləşmiş biznes imperiyası vasitəsi ilə artır.Hər ikisi Bin Ladenin tərəfdarlarıdır. Birləşmiş millətlər təşkilatına görə onların biznesi Avropa və Afrikaya yayılan balıqçılıqdan ibarətdir. 100 milyon dollarlar məbləğində dəyərləndirilir.

3) Hər dəfə ABŞ vətəndaşı qəzet oxuyanda və ya spirtsiz içki qurtumlayanda Bin Ladenin maliyyə imperiyasına pul qoyur.

Terror biznesi istehlakçı dünyada ən böyük istehlakçı bazarından, ABŞ-dan kənarda qala bilməz. 1990-cı illərin ortasında Sudanda yaşayarkən Osama bin Laden Gum Arabic Company Ltd. nin 70%-ni ələ keçirdi. Dünyada istehsal olunan ərəb qətranının 80%-i bu kompaniyanın payına düşür. Sudanda bitən Akasiya ağacının şirəsindən hazırlanan ərəb qətranı qəzet çapında, spirtsiz içkilərdə köküntünün qarşısını almaqda, şirniyat və həblərdə qoruyucu təbəqə çün istifadə olunur. ABŞ dünyanın ən böyük idxalçısıdır. 1997-ci ildə Klinton Sudana iqtisadi sanksiya tədbiq edəndə bir çox amerika ABŞ idxalçıları buna etiraz etdilər. Etirazçılar arasında Amerika Qəzet birliyi və Spirtsiz İçkilər birliyi də var idi.
Nəticədə ərəb qətranı azad oldu.

4) Terror biznesi Birləşmiş Krallığın ümumi daxili məhsulundan böyükdür.

Qloballaşma terror biznesinin qanunsuz və kriminal vəaliyyətlərlə birləşməsini yüngülləşdirdi. Bu böyük biznes demək idi. Bu gün onların illik dövriyyəsi 1,5 trillion dollar həcmindədir. bu da Birləşmiş Krallığın Ümumi Daxili Məhsulundan yüksəkdir.

5) Terror iqtisadiyyatı qərb kapitalizminin dirəyidir.

1,5 trillion dollar qərb iqtisadiyyatına axır, ABŞ və qərbi avropada yuyulmuş pullar götürülür. Bu iqtisadiyata can verici nağd pulun qovuşmasıdır. Biz bu axını anidən kəssək avropa çökərdi.

6) Qanunsuz/terror iqtisadiyyatı ABŞ-ın iqtisadiyyatından tez böyüyür.

İndiyənə kimi terror iqtisadiyyatı dollarla hərəkət edib, əsasən 100 dollarlıq əskinaslarla. beləliklə silah və narkotika kanrabandalığı və digər qanunsuz və kriminal fəaliyyətlər. Terror iqtisadiyyatının illik artımının kobud göstəriciləri dolların dəyərindəki dəyişikliklərə də təsir edir. 2000-ci ildə ABŞ-ın pul ehtiyatının 2/3 hissəsinə bərabər 500 milyard dollar ABŞ-ın pul sistemindən birdəfəlik götürülüb və hələdə xaricdə saxlanılır. bu statistikalar düzdürsə terrorçuların pul sisteminin artımı ABŞ-ın pul artımından çoxdur.

7) 9/11 müasir tariximizdə ən möhtəşəm insider-trade hadisəsi oldu.
insider-tradin=kompaniya daxili əlumatdan yararlanaraq alqı satqı etmək-qanundan kənar sayılır
Terroristlər yaxşı birja oyunçularıdır. 9/11 dən qabaqki həftə müəyyən sahələrdə qeyri adi qiymət yüksəlişi müşahidə olunmağa başladı. misal üçün daşıma, siğorta və enerji sahələrində. 9/11 hücumuna cəlb olunmuş Amerikan Airlines və US airlines kampaniyalarının hissələri hədəf alınmışdı. Oxşar məlumatlar siğorta sahəsində də müşahidə olundu. Hücum sonrası həftəsonu Almaniyanın Bundesbankının prezidenti Ernst Welteke qəbul etdi ki, terroristlər tərəfindən insider-tradinq həyata keçirilib və əlavə etdi ki əmtəə bazarı da hədəf seçilib. sentyabrın 12-si nefti qiyməti 13%dən cox və qızılın qiyməti 3%-in üzərinə qalxdı. qiymətlər həftəboyu qalxmağa davam elədi. 11 sentyabr hadisələrinin olacağını bilə hər kəs bu qiymt dəyişikliyini hiss edə bilərdi.

8 ) Terrorizmdən xeyir götürmək

Terrorism o qədər yaxşı biznesdir ki, ABŞ höküməti ona pul qoymaq istəyirdi. Amma Pentaqon 20 aylıq proyekti dayandırmağa məcbur edildi. online məkanda terror hadisələri üzərinə mərcləşmək mümkün olacaqdı. Proyektə rəhbərliyi dövlətdən maliyələşən terrorizm mütəxəssisi, Prezident Reyganın vaxtında milli təhlükəsizlik üzrə müşavir olmuş, təxris olmuş admiral John Poindexter olmuşdu. 1990-cı illərdə Poindexter 5 ağır cinayət üzrə mühakimə olunmuşdur. Bu cinayətlər sırasında konqresə yalan demək, sənədləri məhv etmək və iran-contra skandalının konqres tərəfindən araşdırılmasına mane olmaq da vardı.
Bir çox Senator bu proyektə qarşı çıxdı. Onlar əmin idilər ki bundan yalnız terroristlər qazanacaqdı çünki hadisələri onlar özləri törədəcəkdi.

9) Terrorizm o qədər yaxşı biznesdir ki heç kəs onun kökünü kəsmək istəmir.

Terrorun maliyyəsini cilovlamaq üçün beynlxalq cəhdlər fayda vermədi. 9/11 hadisəsindən onra 140 milyon dollar əhəmiyyətsiz dərəcədə terror puıu donduruldu. hansı ki, 70%-i qərbdəki hesablardan daxilm olmuşdu. Al Qaida tərəfdarlarının artirilan biznes gəliri və İslam dünyasının yatırımları demək olar ki toxunulmaz qalıb. Misal üçün Səudiyyə Ərəbistanının illik 30 milyon dəyəri olan Haramain Xeyriyyə Fondu bir çox ölkələrdə fəaliyyət göstərir. Haramain bu yaxınlarda Cakartada(cənub şərqi asiyada islam terrorunun bir isti yatağı) İslam məktəbi açıb. Səudiyyə İslam İşləri üzrə naziri Sheikh Saleh bin Abdul Aziz al-Ashaikh başçılığı ilə Səudiyyəlilər iki dəfə bu Xeyriyyə fondunun bağlanması ilə razılaşsa da hələ də əməl etməyib. İndiyə qədər Səudiyyəlilər 4,7 milyon dollar terror pulu dondurub, 241 xeyriyyə cəmiyyətindən 6-sını bağlayıb, ticarət mərkəzlərində qəpik yığmağı qadağan edib. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən 9/11 hadisələrindən qabaq Səudiyyə ərəbistanının ümumi daxili məhsulun dəyərinin 20% Al Qaidəyə getdiyini nəzərə alsaq Səüdiyyəlilərin terrora qarşı etdiyi çox cuzidir.

10) ABŞ iki dəfə Osama bin Ladeni tutmaq üstünlüyünü rədd edib.

Terror o qədər yaxşı biznesdir ki, Binladenin həbsinin qarşısını alasan ? 1996-cı ildə Sudan Müdafiə naziri General Mayor Elfatih Erwa ABŞ-a o vaxt Sudanda yaşayan bin Ladeni extradisiya etməyi təklif edəndə ASŞ rəd edib. Əvəzində General Erwaya bin Ladendən Sudanı tərk etməsini istəməyi bildiriblər. “Yalnız Somalia getməsin” deyə əlavə ediblər. 1993cü ildə Somalidə əl Qaidə tərəfdarları ilə küçə ixtişaşı zamanı 18 ABŞ əsgəri öldürülmüşdü. ABŞ bin Ladenin Somaliyə qəlməsi ilə burada narahtçılığın artacağını düşünürdülər. General Erwa bin Ladenin Əfqanıstana getmək istədiyini bildirdikdə “Buraxın getsin” deyiblər. 9/11 hücumundan sonra Pakistanın iki islam partiyasının rəhbərləri Molla Ömər və bin Laden ilə ekstradisiya olmaq və 9/11 hadisələrinə görə mühakimə olunmaq haqda razılığa gəlsələr də ABŞ höküməti yeni rədd edib.

İki il yarım terrorla müharibədə aydın görünür ki, terroristlər qalib gəliblər. Al Qaidənin maliyyəsi toxunulmaz qaldığı halda ABŞ tarixində ən böyük büdcə defisitini yaşayır. Nə etmək olar? terrorizmlə olduğu kimi davranmaq lazımdı: Beynəlxalq bizness kimi: islam birliklərinə təzyiq edərək terror fondlarını cilovlatmaq və səylərimizi ölkədaxli terror pullarına yönəltmək. hətda bu qərbin ən güclü kapitalistlərini araşdırmaya cəlb etməli olsa belə. Wall Street, the City of London və digər uzaq mərkəzlər onlarla əlaqəlidir.

Məqalənin orijinalı ingilis dilində bu linkdədi:

http://www.progress.org/2004/napo03.htm

Öz fikrinizi  bildirsəniz məmnun olardım:) Əvvəlcədən təşəkkürlər ! !