Əsas səhifə > Kitab > Əlisa Nicat – QIZIL FƏLSƏFƏ

Əlisa Nicat – QIZIL FƏLSƏFƏ

ƏlisaNicat

 d181d0bad0b0d0bdd0b8d180d0bed0b2d0b0d0bdd0b8d0b50014Qızılfəlsəfə

     

   Yazıçı və filosof Əlisa Nicatın   2003-cü ildə çap etdirdiyi “Qızıl Fəlsəfə” adlı  bu kitabı dünya  müdriklərinin 100  aforizm və onların şərhi,  fəlsəfi düşüncələri, pritçalar və Azərbaycanın musiqi nümunələrindən 7-si  haqqında yazılarından ibarətdir. Maraqlı kiatbdı. Filosof  aforizmlərin şərh edərək şərhi zamanı  insanların, əsasən isə Azərbaycan  xalqının(Həm güney həm qüzey) psixologiyasının açır.  Sosial,  siyasi  və iqtisadi sahələri əhatə edən bu aforuzmlər  Nitşe, Kant, Kafka, Vegner  və digər filosof və ədiblərin fikirlərindən bəhrələnilərək anlaşıqlı və aydın dillə izah olunur.

  Kitabdan hissələr:

   7. İNSANIN MAŞINDAN  ÜXTÜNLÜYÜ ODUR Kİ, ÖZÜ ÖZÜNÜ SATA BİLİR-(LETS)

“… Bəli, insan özü-özünü sata bilir. Yəni dırnaqdan başa kimi özünü başqasına ixtiyarına verir.  Lets isə, çox güman ki, insanın öz ruhunu şeytana satmasını nəzərdə tuturdu.  Və  bu hadisə indiki zamanda lap kütləvi şəkil alıb. Bu gün milyonlarla adam mənsəb xatirinə, sərvət xatirinə, insane qiyafəsində olan iblislərin, yəni tiranların və diktatorların köləsi və məddahı  olub. Nə qədər şair, ədib, artist, müğənni öz ürəyini, allahını, dilini və varlığını belə despotların ixtiyarına verir. Onlar bununla  əzilən, tapdanan, təhqir  olunan millətlərini, xalqlarını satırlar….”

    Kitab bu cür və bundan da maraqlı  insanı düşünməyə vadar  eləyən fikirlərlə dolu olsa da, xoşuma gəlməyən  cəhətlər də var idi.

10. VƏHŞİLİK ÇOX VAXT ELEQANT GEYİMLƏR ALTINDA MÜRGÜLƏYİR – (QASTON BUASYE)

“ Sadə adamlar, bazar  “milçək”ləri, necə deyərlər, aydındır. Bu əyri- burunlu, uzun çənəli, yaxud heyvan kimi girdə üzlü adamların dərisi altındakı məxluqların necəliyini təyin etmək o qədər də çətin deyil.  Ümumiyyətlə, kütlə adamı, sadə rayon əhli hər yerdə eyni cürdür. Həyata hazır, mübahisə və mübarizə hazır, yalan deməkdə usta, aldatmaqda mahir olan sadə xalq nümayəndələri bütün xalqlara məxsus tiplərdir….

 ….Şəhər əhli isə, adətən vəzifəli, sıx geyimli, hətta ziyalı, xüsusilə hümanitar sahə adamı və əgər  müəyyən post və imtiyaz sahibidirsə, onda daha çox sifətinə görə xarakterizə edilmək üçün çətin bir obyektdir. Çox böyük ustalıq və təcrübə lazımdır ki, gözlərdəki ifadəyə, çənəyə, alına, buruna, dodaqlara əsasən bu cür adamın necə tip, hansı yuvanın quşu olduğunu təyin edəsən. . …”

78. KİÇİK ADAMLARIN İÇİNDƏ BÖYÜK ADAMLAR VƏ BÖYÜK ADAMLARIN İÇİNDƏ DƏ BÖYÜK ADAMLAR OLUR-(BERNARD ŞOU)

“…. Hər gün metronun “20 Yanvar” stansiyasından  avtobus minib, işə gəlirik və hər gün də bazaar  gedirik. Ay Allah, necə üzlər var ! Elə üzlər varki, ancaq və ancaq bizim tayfadan tapmaq olar. Heç bir həşərat və ya qırxayaq lupa altında da belə əyri-üyrü, belə məzmunsuz görünə bilməz. Zərrə qədər gəlirin nüansını gözəgörünməz radarları ilə tuturlar. . .”

 Kitabdan verdiyim bu parçalardan da göründüyü kimi filosof diyesen insanlara  xarici görünüşünə və mənsub olduğu təbəqəyə görə qiymət verirməyi xoşlayır. Bununla heç cür barışa  bilmirəm. Heç də deməzdim ki, sadə  insanlar, rayon əhli pulgir, yalancırlar. Axı sadə, kasıb insanların avam-cahil olmaqlarının günahı özlərindən çox  dövlətdədir. Rayon əhli, kasıb kütlə nə vaxt normal təhsil  aldı? Nə vaxt  normal qazanc əldə etdi ki normal yaşasın? Və sən də onu  bu rahatlıqda cahil və avam olduğuna görə qınayasan?? Bəlkə də filosof bunları acığından deyir ama yenə də  düzgün saymıram.

  Kitabda xoşuma gəlməyən cəhədlərdən biri də Filosofun qadınlar haqda  verdiyi şərhlərdi. O, Otto Veyningerin fikirlərinə əsaslanaraq qadınları izah etməyə çalışır. “30.KOBU VƏ HEYVANI HİSLƏRİ İNKİŞAF ETMƏMİŞ KİŞİLƏR QADINLARDA HEÇ BİR TƏSİR BURAXA BİLMİRLƏR- (OTTO VEYNİNGER).”, “37.GÖZƏL ARVAD ÜMUMXALQ MALIDIR, GÖZƏL OLMAYAN DA ƏR ÜÇÜN CƏZADIR- (ANTİSFEN).”  Və bir sıra başqa aforizmlərdə bu cür şərhlər verir:

  “… Veyninger sübut etdi ki, qadınlar fərd deyil, onlarda kişilər kimi bənzərsizlik yoxdur. Hamısı zahirən bir-birnə bənzəməsələr də xarakter və davranışca tamamilə eynidirlər….

  … Veyningerə görə iki qadın görürür, ana və vahişə.  Ana, əlbəttə mahiyyətcə yüksəkdir. Məsələn, ana qadınlar türmədən çıxan kişilərə qətiyyən maraq göstərməzlər. Halbuki, kişilər bu cür məsələləri qətiyyən aşkarlamazlar.

    Ümumiyyətlə, Veyninger göstərir ki, bütün qadınlar bu və ya digər dərəcədə ikinci növə meyllidirlər. . .

…. Beləliklə bəxtinə gözəl düşən kişilər doğru yol seçirlər. yəni arvadlarının onlara xəyanət edəcəklərini ağıllarına belə gətirməməklə özlərini problemin həll olunduğuna əmin edirlər.  Böyük əksəriyyəti bu üsulla qocalır, qafil kimi də dünyanı tərk edirlər….”

 Başdan ayağa absurddur. Aydın məsələdir 23 yaşında  “Xarakter və cins” adlı fəlsəfi əsərini yazan Otto Veyninger  nəyə görə 25 yaşında intihar edib. Yəqin  həyatı yalnız kitabında  göstərdiyi tip qadınlardan ibarət  olub.

   Misal üçün Filosofun Allahın olmaması haqda dediyi fikirləri tutarlı deyil həm də  bəzi yazılarında  məntiqin izah eləyə bilmədiyi məqamlara  gələndə hardasa  filisof da Allahın varlığını qəbul edir.

 

 

Advertisements
Kateqoriyalar: Kitab Etiketlər: , , ,
  1. seyid
    Oktyabr 3, 2012 tarixində, saat 20:11

    salam elisisa mellim xos gorduk sizi menim babam Baqir kolatani sizinle gorusmek arzusundadir 05053172 19 tecili zeng edin yada nomresine yazin

  2. Qüdrət Ağayev
    May 29, 2012 tarixində, saat 12:24

    Əlisa Nicatın yalnız bir kitabını -Dünya filosoflarını oxumuşam.Bu oxuduğum ilk fəlsəfi kitab olduğu üçün çox təsirlənmişdim.Sonralar anadolu türkcəsinə tərcümə olunmuş bir çox fəlsəfi kitab oxudum və Əlisa Nicatın Təsəvvür etdiyim qədər də zəka sahibi olmadığını öyrəndim.Hələ bir də müsahibələrini oxuyub başqalarına qarşı necə kobud və qaba olduğunu,xalq haqqında necə aşağılayıcı sözlər işlətdiyini,özündən necə də razı olduğunu və ümumiyyətlə avanturist xasiyyətli biri olduğunu görub,yumşaq desək, onun haqqında fikirlərimi dəyişdim.Sokrat deyirdi mən heç bir şey bilmirəm,Əlisa Nicat deyir mən hər şeyi bilirəm.Bərəkallah! Bu arada, o heç ALLAHa da inanmır.

  3. aydın
    Yanvar 28, 2011 tarixində, saat 17:07

    düya filosofları kitabınızda nitsşenin şeri məni ovsunlayıb bir necə gündün karvan kitabını almışam çox təəssüf edirəm belə yaradıcılıqla gec tanış olmama kitabda sadılanan alyabevin bülbül romansından tutmuş niyazinin xos.və şir dəki bir neçə xor və ariyalara qədər telfonumdadır klassik musiqi sövqö barədə ən yaxşı yaxınımı tapdım

  4. Kadusi
    May 5, 2010 tarixində, saat 00:02

    Men o kitabi oxumusam bir nece defe.Dunya gorusume cox tesiri olub.Mende bir ara onu cox axtardim.Tapdim axir ki.Deyerli bir kitabdi Felsefi incilerinden yarpaqlar.Hele qebile bascisini demirem.Bir de tiranlar ve koleler.Qiymetli eserlerdi…

  5. Aprel 15, 2010 tarixində, saat 23:48

    salam men elisa nicatin dunya felsefesi irsinden yarpaglar kitabini tapa bilmirem burda o kitabi eks etdirinde please

  6. Ali Resh
    Mart 11, 2010 tarixində, saat 13:52

    Insanin heyatini rengareng eden ona maraq qatan ele problemlerdir. Bunu anlayan insanlari problemler sindira bilmez 😉 dediyin kimi bir gun chetinlik chekdiyin bu problemleri xatirlayacaqsan amma hesed aparmayacaqsan sadece guleceksen 🙂 kecdiyin uchun fexr edeceksen 🙂 geride qalmish her bir problem bir ugurdur 🙂

  7. Kadusi(Aftandil)
    Mart 6, 2010 tarixində, saat 21:54

    Unversitetden eve gedirdim.Qanim qara idi cunki imtahandan kesilmsdim ozumde ac idim pulumda az idi nese alimaqa.Ozum ozume nifret edirdim.Menim taylarim kef edir men ise yemek,imtahan derdi cekirem.Ozumu soye-soye kuce ile gedirdim.Birden gozum anasinin elinden tutub aqlayan bir usaqa satasdi.Usaq maqazanin vitrininde gorduyu oyuncaqi cox beyenmisdi amma anasinin almaq fikri yox idi.Usaq ise honkure-honkure aqlayirdi.Oyuncaq ucun.Buan meni gulmek tutdu.Yox usaqa gulmedim.Ozume.Axi bir an evvel mende az qala aqlayrdim.Usaq oyuncaqa gore mende imtahana gore ferqi yoxdu.Cun ki basa dusdum herkesin derdi ozu boydadi.Indi biraz boyumusem ve bir gun cekdiyim derde indi heset apariram.indi derdlerimde boyukdu amma daha aqlamiram cunki hele boyuyecem ve bu gunume heset aparacam!

  8. Kadusi
    Mart 6, 2010 tarixində, saat 21:17

    Salam Əlisa Nicat.Robindranat Taqor ve siz menim en cox sevdiyim yazicilar ve filosoflarsiz.Menim dunya goruşume sizin kitablariniz cox boyuk tesir gosterib.Əsasən də Qebile başçisi,Dunya felsefe irsinden yarpaqlar,Veneranin goyleri od icindedi,Tiranlar ve Koleler ve s.Men sizin kitablarinizda ele bil oz dunyami oz felsefemi tapiram.Ve indi mende siz felsefenin asiqi olmusam.Amma bir sey meni cox meyus edir.Esitdiyime gore siz Talislari elede cox sevmirsiz ve bu Midiya baresinde yazdiqiniz hekayelrdede gorunur.Amma men Talis ovladi kimi sizin felsefenizin vurqunuyam ve dusunuremki sizin Talislari sevmirsiniz fikrinde men yaniliram.Men sizin yerliniz kimi fexr edirem eger bu yazini oxusaz menim ucun boy

  9. RaqfoR
    Dekabr 19, 2009 tarixində, saat 14:17

    Əlisa Nicat mənim üçün dahi filosof yox,sadəcə çox kitab oxumuş və buna görə də fikirləri yaranmış birisidir.O ki qaldı onun fikirlərinə…Çox adidir,o qədər adidir ki,onu nəinki böyük filosofların cərgəsinə,heç onlardan bir az aşağıda da yerləşdirmək olmaz.

  10. Behruz
    Dekabr 9, 2009 tarixində, saat 12:12

    Elisa bey eger bunu oxumaq imkaniniz olsa xahis edirem meni arayin.Men sizinle shexsen gorusmusem sonra nomrenizi itirmisem.Size vacib suallarim var.Illerde cavabin hecyerde tapabilmediyim suallar.

  11. Behruz
    Dekabr 9, 2009 tarixində, saat 12:08

    Elisa Nicati 9ildi oxuyuram.Azerbaycaninin heqiqi dahisidi.bizde onunkimi muteffekkir olmayib.ona heckes catabilmeyecek.Ama o bizim dushunce yolumuzu deyisdirdi.Butun dahilerin faciesi mehkumiyyeti buduki Xaliqnda ustunluk.Onun xalqi qul kole exlaqsiz seviyyesiz eqidesiz iradesiz sheref ve heysiyyatdan mehdud insanlarin cemidir.Onun qeder xalqini heckes tanimir.Elisa Nicat Azerbaycanda ildi.Cunki O felsefeye herseyden ayri baxa bildi.yani hec bir mehdudiyyet qoymadan.O onagore dahidiki Azerbaycanli ola-ola Azerbaycanli kimi dusunmedi.Ne sovet Dovrunde ne musteqillik dovrunde bele zeka yetismeyib.Ona olan fikirlerimi sozlerle ifade eedebilmerem.Sozsuzki o dunya seviyyeli fikir adamidi.

  12. Rəşad
    Dekabr 7, 2009 tarixində, saat 18:28

    Dahi adının mistik bir mənası olmasaydı onu Əlisa Nicata sözsüz vermək olardı amma yenə də mənim üçün bi dühadır. Çox heyf ki, o aramızdan getdikdən sonra onun qədrini biləcəyik, bu həmişə belə olub bu da təbiətin acımasız bir üzüdü. 20-30 il sonra Əlisa Nicatın adını çox ciddi, indikindən fərqli və layiqli yerinə olduğunu görəcəyik. Siz özünüz də deyirsiniz barmaqla sayılan dahilər var ki öz dövrlərində anlaşılıblar və lazımı dəyəri görüblər çox təəssüf ki, Ə.Nicat o sayılanlardan olmadı.

  13. Avqust 4, 2009 tarixində, saat 13:16

    Əlisa Nicat mənim ən sevdiyim yazıçılardan biridir. Onun 1991-ci ildə, Bakıda “TURAN” adlı jurnalı çap etdirmişdi. Bu jurnalda gözəl siyasi fikirlər olduğundan, yəni xalqa SSRİ-nin kimliyini, kommunizmin heç də yaxşı bir idealogiya olmadığını anlatdığından cəmi 2 nömrəsi çıxdıqdan sonra bağladılmışdı.
    Hal-hazırda Azərbaycanımızın bu cür yazıçılara, jurnalistlərə böyük ehtiyacı var.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: