Arxiv

Archive for the ‘Xəbər’ Category

Qərib Azərə cavab

November 13, 2009 Ali Resh 3 şərh

Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər  Adnan  və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda  xalqın təhqir  oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada  blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir  nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil.  Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir. Read more…

Categories: Xəbər Tags: , , ,

Demoktariyaya həbs, köləliyə dəstək

November 11, 2009 Ali Resh 2 şərh

Emin və Adnanın məhkəməsi bitdi. Məhkəmə Eminə 2 il 6 ay, Adnana  isə 2 il həbs cəzası kəsdi. Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir  şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut  elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var. Read more…

Categories: Xəbər Tags: , , ,

Dayım niyə söyür?

November 8, 2009 Ali Resh 3 şərh

Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?

Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət  görməmişəm.  Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Read more…

Categories: Xəbər Tags: , ,

Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?

Oktyabr 29, 2009 Ali Resh 3 şərh

Ümumiyyətlə televizora  baxmıram.  Hakimiyyətin ikinci  fiqurunun məqaləsindən sonra  izləməyə başladım.  Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr  ağadan gəlmişdi.  Xoş sözlər eşitdim. Güya,  bir neçə bayağı verlişləri bağlayıblar. Amma  eşitdim, görmədim.  Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər. Read more…

Categories: Xəbər Tags: , , ,

Saxta bayraqdarlara

Oktyabr 23, 2009 Ali Resh 4 şərh

Protokollar imzalandı. Türkiyə-Ermenistan maçında bayraq hadisəsi. Azərbaycanda kontr  bayraq  hadisəsi. Bu barədə çox yazdılar.

Nə baş verir ? Qardaş ölkə, bir  millət  iki dövlət deyənlər niyə  birdən  belə aqressiv oldular ?  Qafqazlı qanı qaynadı ?  Bəli bu bizə xas  olan xüsusiyyətdir. Biz rahatlıqda  hörmət etdiyimiz insanları,  uşaqlıqdan birgə  olduğumuz  dostlarımız;, bizə  daim  yaxşılıq  edən xeyirxah insanları, birgə ömür sürdüyümüz həyat  yoldaşımızı axmaq  bir  səbəbdən silib ata  bilirik. Read more…

Categories: Xəbər Tags: , ,

Türkiyə bayraqlarının yığışdırılmasına etiraz

Oktyabr 21, 2009 Gunay Kerimova 1 comment

azeri turk bayragi(23.09.2009)Bu gün (21 oktyabr) biz, yəni AzNAN (Azərbaycan-Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi) üzvləri Şəhidlər Xiyabanını ziyarət etdik. Təxminən 10 nəfər üzvümüz Şəhidlər Xiyabanında Türk hərbiçilərinin şərəfinə ucaldılan abidənin önünə qərənfillər düzdük.

Bizdən öncə, saat 12.00-da müxalifətçi gənclər də aksiya keçirdi. Amma bu zaman polislə onlar arasında toqquşma oldu. Ona görə polislərin bizə də mane olacağını düşündük. Amma polislər sadəcə olaraq bizdən soruşdu ki, çəkiliş olacaq, ya yox. Heç bir çəkilişin olmadığını görüb bizə mane olmadılar.

Şəhidlər Xiyabanında şəhid olan türk hərbiçilərinin şərəfinə ucaldılan abidəni ziyarət etməkdə məqsədimiz abidədinin yanından Türkiyə bayraqlarının yığışdırılmasına etirazdır.

Ümumiyyətlə son zamanlar Türkiyə ilə Azərbaycan arasında soyuq yellər əsməyə başlayıb. İndi də başlanıb bayraq davasına.

Azərbaycan Türkiyə həmişə dost, qardaş ölkə olub. Arada münasibətlərin soyuması isə düşmənlərin sevincindən başqa bir şey deyil. Düşmənlərimizi sevindirməyək!!!

Categories: Xəbər Tags: , , ,

“Media haqqında hər şey” əslində isə heç bir şey…

Oktyabr 13, 2009 gulershahin 1 comment

Bura əsl bazar meydanına oxşayır. Hər gələn öz malını tərifləyir, alıcıya sırımağa çalışır. Həm ağız deyəni qulaq eşitmir, həm də ki, lalın səsindən karın qulağı batır. Bir sözlə müsibətdi… Bilirsiniz bura haradı? İctimai televiziyanın canlı yayımı…

  Dünən yaxın bir dostum mənə zəng edib İctimai televiziyanın efirində canlı yayımlanan “Media haqqında hər şey” adlı verilişə dəvət etdi. Mövzu, “Jurnalist etikası və jurnalistlərin peşəkarlıq səviyyəsi” məni maqnit kimi telekanala çəkdi. Aparıcı Vüsalə Mahirqızı qonaqları təqdim etdi. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, millət vəkili Fazil Mustafa, peşəkar jurnalist kimi dəvət olunan Azər Həsrət və  Eldəniz Qulyev. Çox gözəl. Keçək söhbətlərə. Read more…

Categories: Xəbər

Mən plan verməliyev ! ! !

Oktyabr 11, 2009 Ali Resh Şərh yazın

Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz “Mən plan verməliyəm. Mənim işimə qarışmayın” olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır(baxmayaraq ki, aynaya “DAYANACAQDAN KƏNARDA SAXLAMAQ OLMAZ”  yazılıb), müştəriləri bir-birinin belinə mindirir. Kimin başı kimin qoltuğundan, burunlar qarşıdakının peysərinə söykənir. Read more…

Categories: Xəbər Tags: , ,

Media kritikanın katalizatoru-Ramiz Mehdiyev

Oktyabr 8, 2009 Ali Resh 1 comment

Bir coxunuz bilir, bilmeyenlere deyim ki,  Ramiz Mehdiyev  “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il sayısında “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr.” adlı məqalə dərc etdirib.  Yazının əvvəlində  dövlətin mediaya göstərdiyi yardımdan, jurnalistlərin mükafatlarla qiymətləndirilməsi, söz azadlığının təmin olunması üçün görülən tədbirlərdən danışılır. Read more…

Tənqidçi tələbə universitetə bərpa olundu.

Sentyabr 10, 2009 Ali Resh 1 comment

mri“Cənub xəbərləri” qəzetinin Lənkəran Dövlət Universitetindən (LDU) qovulmuş əməkdaşı Pərviz Əzimov ali təhsil müəsisəsinin tələbələri sırasına bərpa olunmalıdır. Pərviz Əzimovun Lənkəran Dövlət Universitetinin tələbələri sırasından xaric olunması barədə universitet rektorunun əmrindən verilmiş iddiaya baxan Lənkəran şəhər Məhkəməsi bu gün (10 sentyabr) belə qərar verib. Məhkəmə qərarına görə, universitet rektorunun 5 mart 2009-cu il tarixli əmri qanunsuz hesab edilməli, “Cənub xəbərləri” qəzetinin əməkdaşı LDU-ya bərpa olunmalıdır. Lənkəran Dövlət Univer¬si¬te¬ti¬nin Tə¬biyyat fakültəsinin IV kurs tələbəsi P.Əzimov martın 5-də uni¬¬ver¬sitetdaxili nizam-intizam qaydalarını pozması əsas göstərilərək LDU-dan qo¬vul¬muş, əmrlə razılaşmayan P.Əzimov məhkəməyə müraciət etmişdi. Jurnalist-tə¬lə¬bə¬nin hüquqlarını məhkə¬mə¬də Media Hüququ İnstitutu müdafiə edib. Jurnalistin müdafiəçiləri məhkəməyə təqdim olunan iddia ərizəsində LDU rektorunun əmrinin qa-nunsuz olduğunu bildiriblər. Read more…

Categories: Xəbər