Arxiv

Archive for the ‘Düşüncə’ Category

POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

Dekabr 18, 2009 elchinhasanov Şərh yazın

Yazi Rovsen Cavadovun xatiresine yazilib.

Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Ölümündən sonra da elə bil onu qısqanırlar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür. Read more…

Categories: Düşüncə

Azərbaycan axtarırıq

Dekabr 14, 2009 Ali Resh 2 şərh

Google axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azerbaycan sözüdür. Azərbaycanlılar Azərbaycan axtarır  ! maraqlıdır.  Başqa ölkələrə də baxdım. Fransa, Almaniya, ABŞ, İsvecrə və sairə damokratik saydığımız ölkədə statistikada  öz ölkələrinin adını görmədim. Amma bizim kimi, Ermənilər, Gürcülər, Hindlilər də bizim kimi öz ölkələrini axtarmaqla məşğuldur. Görəsən bunun səbəbi nədir ?  Fikrinizi bilmək istərdim…

Categories: Düşüncə

SƏNİN QƏLƏBƏN

Avqust 9, 2009 gulershahin 1 comment

Bir vaxt soyudub əllərini, geriyə baxmadan gedən insanların arxasından tökdüyünüz göz yaşları əbəsdir. Gözünüzü telefona dikib keçirdiyiniz yuxusuz gecələr də gərəkli deyil.

  Heç aynanın qarşısına keçərək özünü kənardan seyr etdinmi? Pırıl-pırıl yanan gözlərinin nəyə qadir olduğunu, vücudunun daxili gücünü duydunmu? Əks cinsin nümayəndəsinə niyə aldanırsan deyə, necə düşündünmü? Sevdiyin insan ilə son dəfə hansı səbəbdən mübahisə edərək ayrıldığını, heç özün də  bilmirsən? Elə içini didib dağıdan da bu deyilmi? Yenidən onu istəyirsən. Adi bir mesaji belə yetərlidir, amma yazsın. Olanlarla barışa bilmirsən, ancaq qürurun da hisslərinə müharibə elan edib. Nəhayət, qərara alırsan ki, ona yazasan. Bəs sonra? Read more…

Categories: Düşüncə

Yalnızlıq

Avqust 8, 2009 gulershahin 6 şərh

  Bəli, səbirsizliklə gözlədiyim bayram da keçdi. Neçə qəlbləri sevindirdi bu yeni il. Küsənləri barışdırdı, ayrılanları qovuşdurdu. Tortağın çoxdan gözlədiyi qar da ağ gəlinliyi hədiyyə gətirdi ona. Bu şəhər bir az da gözəlləşdi. Sevənlər əl-ələ, göz-gözə sevgilərini bəxş etdilər aləmə.

  Bir rəfiqəm iki il ayrılıqdan sonra qovuşdu sevdiyinə.

  Qəmdən, kədərdən dərin iz buraxmış köhnə ili yola salıb gələn yeni ilə başlamağa çalışdım amma necə? Səhər açılandan dostlar, tanışlar mənə, mən də onlara təbrik və arzularımı yetirdim. Və…bir zaman oldu ki, telefonum susdu. Gözlədim, yenə də gözlədim…Nəfsim məni bir yana, qürurum o biri yana çəkdi. Sevgi qürura baxmır deyirlər. Mən də elə etdim, zəng vurdum. Telefonu söndürdü. Ardından ürəyimdən gələn sözləri inci kimi, mesaj xanalarına düzüb o laqeydə göndərdim. Axı nə edərdim? Bilsəydim…bilsəydim ki, o andan qəlbimin dərinliklərində bir qılınc yarası açılacaq və elə həmin gündən ayrılıq yarası göynəməyə başlayacaq…barmaqlarımı da düymələrə toxundurmazdım. Yenə də xəyallarımla yaşayardım, inanardım qurub yaratdığım süni yuvaya. Read more…

Categories: Düşüncə

YAĞIŞ YAZACAQ…

Avqust 2, 2009 gulershahin 3 şərh

Bax göy guruldayır, yenə yağış yağacaq. Yenə küçələrdə balaca gölməçələr doğulacaq yağışdan. Yenə külək əsəcək, ləpələndirəcək gölməçədəki suyu. Külək coşaraq yağışı pəncərəmə çırpacaq. Yağış şüşəni döyəclədikcə xəyala dalacam, səni xatırlayacam. Yağışın həzin səsinə sözlərdən naxış vuracam. Bəlkə yağış, külək məni üşüdəcək, amma tir-tir əssəm də qorxmayacam soyuqdan. Yenə xəyalım şəhəri dolaşacaq, səni arayacaq. Gəzəcəm əyri küçələrdə….baxacam tikilən körpülərə. Hərdən qorxacam, bəlkə uçurdar külək onları, bizim sevgi qalamızı uçurdan kimi deyə….

Dolaşacam, yağışda islanan, soyuqda üşüyən, mənsiz birini tapmaq istəyəcəm. Hansı küçə ilə gedəcəyimə qərar vermək çətin olacaq, vallah! Hansı qapını döyüm bilməyəcəm, səni harada tapacağımı bilmirəm! Read more…

Categories: Düşüncə

Payızın izi ilə…

Avqust 1, 2009 gulershahin Şərh yazın

Payız yaşıl ağacların qapısını çoxdan döymüş, yamyaşıl yarpaqlarına əvvəl sarı don geyindirmiş, sonra xəzana döndərmişdir. Əvəzsiz ekzotika yaranıb. Indi də yağış yağır…Bulud bu gecə göz yaşları ilə xəzanı nəmləndirəcək. Amandır üşüməsin yarpaqlar! Yağışla yuyunacaq onlar…
Bu yağış çuxurları dolduracaq  evə qayıdanları isladacaq. Kimisi iti addımlarla evə tələsəcək, kimisi həzz alacaq, asta-asta yürüyəcək küçələrdə. Kimi romantika dolu yağışın damlalarına sirdaş olub qələmə sarılacaq. Bəlkə kiminə ayrlıqları, kiminə  həsrəti, kiminə tənhalığı, kiminə ilk sevgini xatırlatmaq üçün yağır bu yağış. Read more…

Categories: Düşüncə

BU BİZİK

İyul 29, 2009 gulershahin 2 şərh

Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq. Read more…

Categories: Düşüncə, Sosial Tags: ,

“Siyasətlə məşğul olmuram” deyənlərə

İyul 26, 2009 Ali Resh 10 şərh

Son zamanlar ən çox eşitdiyim cümlə – “Mən siyasətlə məşğul olmuram…” Kimlə söhbət edirsən, kimlə danışırsan – bu cavabı alırsan.

- Qazın qiymətin qaldırdılar…
- Mən siyasətlə məşğul olmuram…

- Filankəs filankəsdən filan qədər rüşvət aldı…
- Mən siyasətlə məşğul olmuram…

- Sahibkardan qanundan kənar “vergi” istəyirlər…
- Mən siyasətlə məşğul olmuram…

Bax belə-belə işlər… Nədir bu siyasət ki, heç kəs bununla məşğul olmur və olmaq istəmir?

Read more…

Azərbaycanın FM radio məkanı haqqında

İyul 25, 2009 Ali Resh Şərh yazın


Günü gündən inkişaf edən cəmiyyətdə insanların ən çox ehtiyac duyduqları şeylərdən biri də informasiya və maraqlı, ürəkaçan verilişlərdir. Bütün bunlara isə radio və televiziya vasitəsilə nail oluruq. Gəlin qısaca da olsa bu sahədə radiolarımızın fəaliyyətinə nəzər salaq.

XX əsrdə televiziyanın yaranması ilə cəmiyyətimizdə radionun sərhədləri daraldı. Lakin, müasir dövrdə radionun da öz dinləyici auditoriyası var. Sovet rejimi dağıldıqdan sonra ölkəmizdə fəaliyyət göstərən milli radiodan əlavə kommersiya radioları da meydana gəlməyə başladı. Bu sahədə özəl radiolar klassik modeldən uzaqlaşaraq Avropa dəyərlərinə doğru istiqamətləndi. Hər ölkədən bir adət götürən radiolarımız həftəbecər formasında öz fəaliyyət istiqamətini formalaşdırmış oldu. Ölkəmizdə olan özəl radioların proqram siyasətini əsasən sms cəlb edən bayağı verilişlər təşkil edir. Bütün bunların nəticəsidir ki, radiolarımızda mövzu seçimi tərbiyələndirmə, maarifləndirmə deyil, sms gəlir məqsədi güdür. Belə olan təqdirdə isə radiolarımızın nə vəziyyətdə olması yəqin ki, çoxlarına məlumdur. Read more…

Categories: Düşüncə Tags: , ,

SAXLA DÜŞEN VAR

İyul 25, 2009 gulershahin 2 şərh

Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir. Read more…