Ana səhifə > Xəbər > Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?

Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?

Ümumiyyətlə televizora  baxmıram.  Hakimiyyətin ikinci  fiqurunun məqaləsindən sonra  izləməyə başladım.  Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr  ağadan gəlmişdi.  Xoş sözlər eşitdim. Güya,  bir neçə bayağı verlişləri bağlayıblar. Amma  eşitdim, görmədim.  Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər.

Nə olub belə ?   Balta  kəsərini  itirib ?  Azərbaycanda  bu insanın yuxusuna  da girə bilməz.  Bu yazı  çox  güman ki,  söz azadlığının sıxışdırılması  üçün görüləcək tədbirlərin xəbərçisidir. Tv rəhərlərini toplayıb  onların  nəyi necə yayımlayacaqlarını hökümət tapşırır.

Bu haqqda  media mütəxəssislərindən biri ilə söhbət  edəndə o, mənə Ramiz Mehdiyyevin  bundan qabaq  da media  haqqında  məqalə yazdığını ve  bundan sonra  medianın ciddi problemlerinin yaranmasını xatırlatdı.

Bəli, balta koralmayıb. Sadəcə bu balta başqadı. Yaşayarıq, bu baltanın necəliyini və hara  vurulduğunu görərik.

Categories: Xəbər Tags: , , ,
  1. Gunay Kerimova
    November 4, 2009 at 14:14 | #1

    Hamısı boş şeydi. Hamısı şoudu, 1-2 verlişi bağlamaqla isə sadəcə gözdən pərdə asmaq istədilər.

  2. Oktyabr 30, 2009 at 00:57 | #2

    Bu balta hələ bundan sonrada illərcə belə qalacaq.

  3. Oktyabr 29, 2009 at 13:35 | #3

    yox sadec olaraq bu baltanin gosterilmesidir. baltani gosterdiler ki, yeni ozunuz yaxshi aparin keserik haaa sizi:)

  1. No trackbacks yet.