Bu gün (21 oktyabr) biz, yəni AzNAN (Azərbaycan-Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi) üzvləri Şəhidlər Xiyabanını ziyarət etdik. Təxminən 10 nəfər üzvümüz Şəhidlər Xiyabanında Türk hərbiçilərinin şərəfinə ucaldılan abidənin önünə qərənfillər düzdük.
Bizdən öncə, saat 12.00-da müxalifətçi gənclər də aksiya keçirdi. Amma bu zaman polislə onlar arasında toqquşma oldu. Ona görə polislərin bizə də mane olacağını düşündük. Amma polislər sadəcə olaraq bizdən soruşdu ki, çəkiliş olacaq, ya yox. Heç bir çəkilişin olmadığını görüb bizə mane olmadılar.
Şəhidlər Xiyabanında şəhid olan türk hərbiçilərinin şərəfinə ucaldılan abidəni ziyarət etməkdə məqsədimiz abidədinin yanından Türkiyə bayraqlarının yığışdırılmasına etirazdır.
Ümumiyyətlə son zamanlar Türkiyə ilə Azərbaycan arasında soyuq yellər əsməyə başlayıb. İndi də başlanıb bayraq davasına.
Azərbaycan Türkiyə həmişə dost, qardaş ölkə olub. Arada münasibətlərin soyuması isə düşmənlərin sevincindən başqa bir şey deyil. Düşmənlərimizi sevindirməyək!!!
ŞƏRHLƏR