Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqvim. I hissə
1988- ci il
10 -12 fevral- Xandəndində izdihamlı mitinq keçirilir…
13 fevral- Rayon ərazisinə DQMV- nin Xocavənd rayonunun kəndlərindən onlarla azərbaycanlı köçkün ailələr gəlir…
19 fevral- Bakıda Dağlıq Qarabağ məsələsi ilə balğı ilk etiraz mitinqi keçirilir…
22 fevral- Qarabağ müharibəsində ilk qan tökülür. Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəranda ermənilər tərəfindən qətlə yetirilir…
27- 28 fevral- Sumqayıt təxribatı törədilir, 32 nəfər həlak olur…
23 mart- SSRİ Ali Soveti Dağlıq Qarabağın Ermənistana verilməsinin qeyri- mümkünlüyü barədə qərar çıxarır…
17 iyun- Azərbaycan SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərbinə verilməsinin qəbuledilməzliyi haqqında” qərar çıxarılır…
18 iyul- SSRİ Ali Sovetinin ssesiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir…
Sentyabr- DQMV ilə həmsərhəd rayonların, o cümlədən, Füzuli rayonunun əhalisindən soyuq silahlar müsadirə olunur…
18 sentyabr- Azərbaycanlıların silah gücünə Xankəndindən çıxarılmasına başlanılır…
17 noyabr- 4 dekabr – Bakıda, Azadlıq meydanında kütləvi etiraz mitinqləri keçirilir. Azərbaycanda milli- azadlıq hərəkatı başlayır…
30 dekabr- 1988- ci il ərzində hadisələr başlayandan 186 nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, 200 mindən çox adam isə doğma ocaqlarından qovulmuşdur…
1989- cu il
İyun- Əhalidən bütün növ silahlar- o cümlədən, ov tüfəngləri də yığılır…
16 iyul- Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis konfransı keçirilir. AXC- nin yaradıldığı elan edilir. Əbülfəz Əliyev (Elçibəy) AXC sədri seçilir…
16 sentyabr- Tbilisi- Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu ermənilər tərəfindən partladılır. 5 nəfər həlak olur, 25 nəfər yaralanır…
22 sentyabr- Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR- in dövlət suverenliyi haqqında Konstitusiya qanunu qəbul edir…
23 sentyabr- Respublika Ali Sovetinin Sessiyasında “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edilir…
28 noyabr- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Xüsusi İdarə Komitəsi ləğv edilir…
28 noyabr- DQMV- da XİK ləğv edilir. Azərbaycan SSR- in Təşkilat Komitəsi yaradılır…
1 dekabr- Ermənistan SSR Ali Soveti “Ermənistan SSR- in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında ” və “DQMV- da vəziyyətin normallaşdırılması sahəsində tədbirlər haqqında” SSRİ Ali Soveti qərarının qəbuledilməzliyi barədə” qərarlar qəbul edir…
30 dekabr- Gəncə (Kirovabad) şəhərinin tarixi adı bərpa olunur…
30 dekabr- Hadisələr başlanandan ermənilər tərəfindən 1989- cu ilin sonunadək 216 azərbaycanlı qətlə yetirilmişdir. Öldürülənlərin 30%- i (57 nəfəri) qadın və azyaşlı uşaqlardır…
31 dekabr- Araz çayı boyunca 137 kilometrlik Sovet- İran sərhədində (Naxçıvan MR ilə İran arasında) sərhəd qurğuları dağıdılır…
1990- cı il
10 yanvar- SSRİ Ali Soveti Rəyasət Heyəti Ermənistan Ali Sovetinin Dağlıq Qarabağa dair 1989- cu ilin dekabrın 1- də və 1990-cı il yanvarın 9- da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına müvafiq olmaması barədə qərar qəbul edir…
13 yanvar- Azadlıq meydanında keçirilən çoxminlik mitinqdə AXC tərəfindən Milli Müdafiə Şurasının yaradıldığı elan edilir…
15 yanvar- M. S. Qorboçovun fərmanı ilə Dağlıq Qarabağda “Xüsusi vəziyyət” elan edilir…
16 yanvar- Aslan Mehdiyev Füzuli rayon Partiya Komitəsinin 1- ci katibi seçilir…
19 yanvar- M. S. Qorboçov Bakı şəhirində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalayır. Bu fərman yalnız yanvarın 20-də səhər saat 6-7 radələrində radio ilə elan edilir…
20 yanvar- Bakıda dinc əhaliyə qarşı Sovet Ordusu tərəfindən silah işlədilir, amansız divan tutulur, dəhşətli qırğın törədilir…
20 yanvar- Bakıda fövqəladə vəziyyət elan edilir…
21 yanvar- 20 yanvar Bakı qırğını ilə əlaqədar rayon mərkəzində etiraz mitinqi keçirilir…
19 may- Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsi təsis edilir…
21 may- 28 mayı Azərbaycan dövlətçiliyinin bərpası günü elan etmək haqqında Respublika Prezidenti fərman verir…
28 iyul- Respublika demokratik qüvvələrinin forumu keçirilir. 20-dən çox ictimai təşkilatın iştirak etdiyi demokratik blok yaradılır…
10 avqust- Tbilisi- Ağdam marşurtu ilə hərəkət edən sərnişin avtobusu ermənilər tərəfindən partladılır. 20 nəfər həlak olur, 30 nəfər yaralanır…
22 avqust- Ağdam- Füzuli şose yolunda, Qarqar çayının üzərində olan körpü ermənilər tərəfindən partladılır…

ŞƏRHLƏR