Ana səhifə > Xəbər > Adnan ve Emili ittiham edenlerin muracieti

Adnan ve Emili ittiham edenlerin muracieti

“Hörmətli media işçiləri!

Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.

Həmin gün biz “Sahil” metrosunun qarşısında görüşüb, Fəvvarələr meydanına getdik. Sonra “Livan” restoranına gəlib, yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, içki içirdi. Bir az sonra həmin adamların uca səslə söyüş söydüklərini eşitdik. Bundan narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim iradımıza məhəl qomadılar. Dedik ki, söyüş söyməyin, biz burda istirahət edirik. Onlardan bir-iki nəfəri “Əcəb edirik, siz bizə ağıl öyrətməyin” dedi. Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də, onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onlardan iki nəfər bizə xüsusi qəddarlıqla zərbə vururdu. Nəticədə biz çoxsaylı zədə aldıq. İndiyə kimi xəstəxanada müalicə olunuruq.

Dost-tanışdan eşitmişik ki, bir çox qəzetlərin səhifələrində bizə qarşı kampaniya gedir. Guya biz onları döymüşük. Biz özümüz də bəzi qəzetləri oxuduq və əmin olduq ki, bizə böhtan atırlar. Bizi günahkar çıxarmağa çalışırlar. Biz buna öz etirazımızı bildiririk. Onu da hiss edirik ki, elə bil polis idarəsi bu uydurmaların təsiri altına düşüb bizim əleyhimizə iş aparır.

Ona görə də sizdən xahiş edirik ki, bizim nahaqdan günahkar çıxarılmağımıza imkan verməyin, həqiqəti yazın, əsl həqiqətin üzə çıxmasına kömək edin.

Babək Hüseynov,
Vüsal Məmmədov

18 iyul 2009-cu il”.

Categories: Xəbər Tags: , , ,

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.