Ana səhifə > Düşüncə, Maraqlı, Sosial, Xəbər > Kimsəsiz uşaqların sığınacaq yeri

Kimsəsiz uşaqların sığınacaq yeri

İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdu, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunva övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil.

Əvvəllər uşaq evinə getmək nədi, yanından belə keçə bilmirdim. Fikirləşirdim ki, ora getsəm pis olaram, yəni ağlamaq tutar uşaqların da qəlbinə dəyər. Ona görə qorxub getmirdim. Amma sonra bütün cəsaritimi toplayıb Nizami rayonunda yerləşən 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evinə getdim. Tək getmədim rəfiqəmlə birlikdə.Birinci 1 saylı uşaq evinə getdik. Gözlədiyimizin əksinə olaraq, orada bizi qapıçı yox, iki məktəbyaşlı uşaq qarşıladı. Təəccübləndik, bunun səbəbini öyrənmək istədik. Uşaq evinin tərbiyəçi-psixoloqu Nərgiz Ağayeva bildirdi ki, hər gün 2 məktəbli oğlan uşağı növbə ilə qapıda növbətçilik edirlər… Və elə oradaca dərslərini oxuyub, yazırlar. Bu uşaq evi 100-dən çox uşağın sığınacaq yerinə çevrilib. Onların içində məktəbə qədər yaşlı uşaqlar da var. Uşaqlar yaş hədlərinə görə 5 qrupa bölünüblər. Bura qəbul olunan uşaqlar 3 yaşdan yuxarı olmalıdır. Məktəblilər yaxınlıqdakı 220 saylı məktəbdə təhsil alırlar. Onların günləri isə belə başlayır: saat 7-də yuxudan dururlar. Saat 8-ə kimi yeməklərini yeyib, hazırlaşıb dərsə gedirlər. İkinci növbə saat 10-un yarısına kimi təmizlik işlərini görürlər. Uşaqlar boş vaxtlarında müxtəlif məşğələlərdə olurlar. Məsələn, televizora baxırlar (“Kurtlar Vadisi”ni xüsusilə sevirlər), idmanla məşğul olur, oyun oynayırlar. Burada rəqs, ingilis dili, kompyuter, idman, musiqi, bacarıqlı əllər, bədii naxış və başqa dərnəklər var. Hər bazar günü isə valideynlərlə görüş olur.
Getdiyimiz digər uşaq evi isə Xətai rayonunda yerləşən “Günəş evi” adı ilə tanınan 3 saylı uşaq evi oldu. Bu uşaq evinin 90-dan çox sakini var. Onlardan 12 nəfəri peşə məktəbi və kollecdə, 51-i orta məktəbdə oxuyur. 20-yə yaxın uşaq isə məktəbəqədər yaşlıdır. Uşaqlar 3-yaşdan 18 yaşa qədər qəbul olunurlar. Ancaq elə yeniyetmələr var ki, 18 yaşı tamam olsa da getməyə yeri olmadığı üçün burada qalır. “Günəş evi”nin uşaqları 4 qrupa bölünürlər.
Məktəb yaşlı uşaqlar Xətai rayonunda yerləşən 29 saylı orta məktəbdə təhsil alırlar. “Günəş evi”nin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhbubə Hüseynova bildirdi ki, əsas məqsəd burdakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla ünsiyyətdə olmalarıdır: “Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir”. Məktəbi bitirənlərdən müxtəlif ali məktəblərdə təhsil alanları var. Əsgərlik yaşına çatan oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 aylıq kurs keçir, sonra iş və yataqxana ilə təmin olunurlar. Buradakı uşaqlar da dərslərindən əlavə müxtəlif məşğələlərdə iştirak edirlər. Uşaq Evlərində olan balacalar, bəzən öz ailələrinə qaytarılır, amma ailələrini istəməyərək yenidən uşaq evlərinə geri dönürlər.
Hər iki Uşaq Evi bu günədək bir çox uğurlar göstərib, Azərbaycanı digər ölkələrdə bacardıqları qədər təmsil ediblər.
Bu Uşaq Evlərində gələcəyin həkimləri, müəllimləri, hüquqşünasları, rəssamları, rəqqasları, idmançıları və s. yetişir. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanıram.
Uşaq evlərində olarkən diqqətimi bir şey çəkdi, burdakı uşaqlar üçün gələn qonaqlar çox zaman əhəmiyyət kəsb etmir. Ancaq onları qınamaq olmaz. Çünki gələnlər onlara nə doğma ata olacaq, nə də ki, həsrətini çəkdikləri ana…

  1. Gulnar
    İyun 25, 2011 at 13:09 | #1

    Biz de kollektivlə usaq evlerinden birine getmek istirrik amma adresini bilmirik bize komek edin xahis edikir.

  2. ayka
    Dekabr 28, 2009 at 00:43 | #2

    men bu yazilanlari ozum yawamiwam ozumde 1 ne4e defe uwaqlar evine getmiwem.indide ehd etmiwem getmeliyem sadece ele uwaqlar evine istirem ki ora HEYDER ELIYEV FONDU baxmasin.wukur Allaha o fondun baxdigi uwaqlar evi sevgiden bawqa he4 neye mohtac deyiller.eger bilen varsaki bu fondun baxmadigi uwaqlar evi harada yerlewir xaiw olunur mene xeber verin.emailim qruzinka@mail.ru evvelceden 4ox sagolun

  3. SB
    Dekabr 23, 2009 at 00:17 | #3

    Salam!
    mende 220 sayli mektebin sagirdiyem!duzdukii 1 sayli usag evinin usaglari burda tehsil alir!usag evinde (1saylo)deusunduyunnuzdenn ferqli onlarla cox gozel mesgul olurlar!verilen her seydende usaglarin xeberi olur!
    lakin usaglarin maksimum 20 neferi oxuyur orta seviyeli!
    oglanlarininda yarisi siqaret cekir (((((co0x tesuf ama men onlarin hamisini cox istireeem!sevgilimde usag evinin usagidi!
    kenan seni seviremmmm!

  4. jale
    November 28, 2009 at 17:48 | #4

    men de usaq evine gedib onlarla unsiyyetde olmagi cox sevirem.onlara maddi cehetden cox komek ola bilmesemde menevi komeyim cox deyer.amma esitmisem qoymurlar iceri

  5. Peygember_Ashiqi
    Sentyabr 12, 2009 at 18:52 | #5

    Salamun Aleykum.Men de hami kimi uwaqlarin atilmasina chox pis baxiram,ele buna gore de tez-tez uwaqlar evine gedib onlarla maraqlaniram ve elimizden gelen yardimi onlara edirik.Bu gun yeni 12.09.2009-cu il tarixinde Ramazan ayinda refiqelerimle birlikde NEFTCHILERDE YERLEWEN 1 SAYLI UWAQ EVI-ne getdik,amma gozlediyimizin eksi ile qarwilawdiq,chox pis olduq.Uwaqlar uchun apardigimiz erzaqlarla (meyve ve wirniyyat) bizi geri qaytardilar.Biz uwaqlara ozumuz ikramda bulunmaq ve onlarla sohbet etmek istedik,amma bize ozunu mudir adlandiran Allahin bir nawukur bendesi ile rastlawdiq.O uwaqlarla goruwmeyimize imkan vermedi ve dedi:”Uwaqlar indi yeyibler,erzaqlari bufete tehvil verin gedin!” Indi siz mene deyin gorum uwaq evinde iwleyen bezi bele iwchilere arxayin olmaq olarmi?! Apardigimiz wirniyyatin ve meyvelerin uzunu uwaqlar gore bileceklermi,onlardan dada bileceklermi?! Neyse…. AWKARDA VE GIZLINDE OLANLARIN HER BIRINI DEQIQLILE BILEN ALLAHDIR.Chox teessuf edirem ki,bile-bile oz uwagini atan vicdansiz valideynler var bu dunyada,onlari ALLAH-A TAPWIRIRAM!

  6. Mart 25, 2009 at 20:37 | #6

    əvvəla təşəkkür edirəm, belə bir mövzuya toxunduğunuza görə minnətdaram. Orada yaşayan uşaqlardan biri ilə müsahibe aparsanız daha yaxşı olardı.Gələcəiyimizin sərvətləri olan uşaqlarımızı qoruyaq və onlara qayğı göstərək. Bunlar bizim cəmiyyətin güzgüsüdür. Bu güzgünü təmizləməsən və silməsən çirklənəcək və hər şey bu güzgüdə çirkli görsənək. Ümumiyyətlə, çox gözəl mövzuya toxunmusunuz. Təşəkkür edirəm.

  1. No trackbacks yet.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.